Azərbaycan-Türkiyə: dostluğun, qardaşlığın, birliyin təntənəsi

 

Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Türkiyə-Uels matçı keçirilib

 

 

“Avro-2020”nin A qrupunda yer alan Türkiyə milli komandası iyunun 16-da Bakı Olimpiya Stadionunda Uels yığması ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan oyuna baxıblar.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) prezidenti Aleksander Çeferin ilə görüşüblər.

Oyun başa çatandan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı yola saldılar.

 

Azərbaycan.-2021.- 17 iyun.- S.1;11.