“Azərbaycan Respublikası
Hökuməti ilə Türkiyə Respublikası Hökuməti
arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq
haqqında” Anlaşma Memorandumunun
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası
Hökuməti ilə
Türkiyə Respublikası
Hökuməti arasında
rəqəmsal ticarət
sahəsində əməkdaşlıq
haqqında” 2021-ci il aprelin 2-də Bakı şəhərində
imzalanmış Anlaşma
Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində
göstərilən Anlaşma
Memorandumu qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Türkiyə
Respublikası Hökumətinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun
2021-ci il
Azərbaycan.-2021.-
18 iyun.- S.1.