“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq  qərara alır:

Azərbaycan Respublikasının dövlət sərhədi haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992,  ¹ 1, maddə 1; 1995, ¹ 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 7, maddə 444; 2004, ¹ 2, maddə 57, ¹ 4, maddə 199; 2008, ¹ 10, maddə 886; 2011, ¹ 2, maddə 71; 2013, ¹ 2, maddə 95; 2016, ¹ 1, maddələr 14, 19; 2017, ¹ 4, maddə 518, ¹ 11, maddə 1949; 2018, ¹ 7 (I kitab), maddə 1403) aşağıdakı dəyişikliklər edilsin:

 

1.         23-cü maddədəmotorlu motorsuzsözlərimühərrikli mühərriksizsözləri ilə əvəz edilsin.

2.         25-ci maddə üzrə:

2.1.      3-cü, 4-cü 5-ci bəndlərdəmotorlu motorsuzsözlərimühərrikli mühərriksizsözləri ilə əvəz edilsin;

2.2.        7-ci bənd üzrə:

2.2.1. birinci abzasdamotorlu motorsuzsözlərimühərrikli mühərriksizsözləri ilə əvəz edilsin;

2.2.2. ikinci abzas ləğv edilsin.

3. Aşağıdakı məzmunda 7-1-ci bənd əlavə edilsin:

“7-1) Bu maddənin 2-ci bəndinin dördüncü abzası 7-ci bəndi nəzərə alınmaqla, dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçik həcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol verilir;”.

4.  37-ci maddənin 7-ci bəndinin “a” yarımbəndindəmotorlu, motorsuzsözlərimühərrikli, mühərriksizsözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2021-ci il

Azərbaycan.-2021.- 18 iyun.- S.2.