“Xəzər
dənizinin dəniz ətraf mühitinin
mühafizəsi haqqında” Çərçivə
Konvensiyasının Neftlə çirklənmə halları
ilə mübarizədə regional
hazırlıq, cavab tədbirləri və
əməkdaşlıq haqqında Protokolu”
üzrə səlahiyyətli orqanın müəyyən edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 508-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu”nun 5-ci maddəsinin 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə qərara alıram:
1.
2011-ci il avqustun 12-də Aktau şəhərində
imzalanmış “Xəzər dənizinin dəniz ətraf
mühitinin mühafizəsi haqqında” Çərçivə
Konvensiyasının Neftlə çirklənmə halları
ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri
və əməkdaşlıq haqqında Protokolu” üzrə
Azərbaycan Respublikası tərəfindən səlahiyyətli
orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi müəyyən edilsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın
1-ci hissəsinə uyğun olaraq “Xəzər dənizinin dəniz
ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə
Konvensiyasının Neftlə çirklənmə halları
ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri
və əməkdaşlıq haqqında Protokolu” üzrə
Azərbaycan Respublikası tərəfindən səlahiyyətli
orqanın müəyyən edilməsi barədə həmin
Konvensiyanın Katibliyinə bildiriş göndərsin.
3. Bu
Sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 iyun 2021-ci il
Azərbaycan.-2021.-
18 iyun.- S.2.