“Dağınıq
skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət
qayğısı haqqında”,
“Həbs yerlərində saxlanılan şəxslərin
hüquq və azadlıqlarının təmin
edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi
haqqında”, “Uşaqların icbari
dispanserizasiyası haqqında”, “Tütün
məmulatlarının istifadəsinin məhdudlaşdırılması
haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları
haqqında”, “Psixoloji yardım haqqında”
və “Ümumi təhsil haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 1-ci bəndini
rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dağınıq
skleroz xəstəliyinə
tutulmuş şəxslərə
dövlət qayğısı
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 4, maddə 272; 2019, ¹ 11, maddə 1685; 2020, ¹ 7, maddə
831) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.0.2-ci
maddədən “qeydiyyatı
və” sözləri çıxarılsın;
1.2. 4.1-ci
və 6.6-cı maddələr
aşağıdakı redaksiyada
verilsin:
“4.1. Dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslərin uçotunun
aparılmasını təmin
etmək, dağınıq
sklerozla xəstələnmə
halları, ağırlaşma,
əlilliyin, o cümlədən
18 yaşadək uşaqların
sağlamlıq imkanları
məhdudluğunun müəyyən
edilməsi və ölüm halları, müalicə-profilaktika tədbirlərinin
səmərəliliyi haqqında
sistematik və düzgün məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən registr
yaradılır və
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) həmin registrə çıxışı təmin
edilir.”;
“6.6. Dağınıq skleroz xəstəliyinə tutulmuş
uşaq və gənclərə təhsil
aldıqları müəssisələrdə
tibb mütəxəssisləri
və müəllimlər
vasitəsilə xüsusi
nəzarət təşkil
edilir, səhhətlərində
hər hansı dəyişiklik baş verdikdə tibbi yardım göstərilir.”.
Maddə 2. “Həbs
yerlərində saxlanılan
şəxslərin hüquq
və azadlıqlarının
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 7, maddə 641; 2014, ¹ 4, maddə 347, ¹ 7, maddə
767; 2016, ¹ 6, maddə 987; 2018, ¹ 10, maddə 1979, ¹ 11, maddə
2226; 2019, ¹ 4, maddə 579, ¹ 11, maddə 1685; 2020, ¹ 7, maddə
831) 22.7.10-cu maddəsində “səhiyyə” sözü
“dövlət tibb” sözləri ilə əvəz edilsin.
Maddə 3. “Yaşıllıqların
mühafizəsi haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 6, maddə
606; 2017, ¹ 12 (I kitab), maddə
2208; 2018, ¹ 3, maddə 402, ¹ 10, maddə 1964; 2019, ¹ 6, maddə
990) 6.1.2-ci maddəsində “və səhiyyə” sözləri”, tibb” sözü ilə əvəz edilsin.
Maddə 4. “Uşaqların
icbari dispanserizasiyası
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 4, maddə 360; 2018, ¹ 2, maddə 155) aşağıdakı
dəyişikliklər edilsin:
4.1.
7.3-cü, 7.4-cü maddələrdə,
7.5-ci maddənin birinci
və ikinci cümlələrində, 8.1-ci maddədə ismin müvafiq hallarında “orqanı” sözü ismin müvafiq hallarında “orqanının
müəyyən etdiyi
orqan (qurum)” sözləri ilə əvəz edilsin;
4.2. 7.8-ci
maddənin birinci cümləsinə “müəyyən
etdiyi” sözlərindən
sonra “orqan (qurum) tərəfindən müəyyən edilən”
sözləri əlavə
edilsin;
4.3. 9.1-ci
maddənin birinci cümləsi aşağıdakı
redaksiyada verilsin:
“İcbari dispanserizasiyadan keçmiş uşaqların
registri uşaqların
sağlamlıq vəziyyəti
və müalicə-profilaktika
tədbirlərinin səmərəliliyi
haqqında tam məlumat
almaq məqsədilə
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən yaradılır
və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) həmin registrə çıxışı
təmin edilir.”.
Maddə 5. “Tütün
məmulatlarının istifadəsinin
məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 12 (I kitab), maddə
2244; 2018, ¹ 10, maddə 1969; 2020, ¹ 12 (I kitab), maddə 1425)
10.1.2-ci maddəsində “səhiyyə”
sözü “tibb müəssisələrində” sözləri ilə əvəz edilsin.
Maddə 6. “Peşə
təhsili haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 6, maddə
1152; 2019, ¹ 5, maddə 799, ¹ 6, maddə 986, ¹ 11, maddə
1685; 2020, ¹ 5, maddələr 508, 514, ¹ 7, maddələr 831, 851, ¹ 11, maddələr
1323, 1335, ¹ 12 (I kitab), maddə
1421; 2021, ¹ 2, maddə 109) aşağıdakı
dəyişikliklər edilsin:
6.1.
4.0.21-ci maddə aşağıdakı
redaksiyada verilsin:
“4.0.21. dövlət peşə təhsili müəssisəsində pulsuz
tibbi xidmətin təşkili qaydasını
müəyyənləşdirmək;”;
6.2.
15.2-ci maddədə “ödənişsiz”
sözü “pulsuz” sözü ilə və “müvafiq icra hakimiyyəti orqanı” sözləri “həmin təhsil müəssisələri” sözləri
ilə əvəz edilsin.
Maddə 7. “Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 7 (I kitab),
maddə 1386; 2019, ¹ 3, maddə
381, ¹ 5, maddə 797, ¹ 8, maddə
1382; 2020, ¹ 7, maddə 831, ¹ 11, maddə 1335) 8.3-cü maddəsində
“orqanı” sözü
“orqanının müəyyən
etdiyi orqan (qurum)” sözləri ilə, “orqanlarının”
sözü “orqanının
müəyyən etdiyi
orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.
Maddə 8. “Psixoloji
yardım haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 1, maddə
7) aşağıdakı dəyişikliklər
edilsin:
8.1. 1.0.14-cü və 9.5.4-cü maddələrdə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;
8.2. 5-ci fəslin adında “SƏHİYYƏ” sözü “TİBB” sözü ilə əvəz edilsin;
8.3. 18-ci maddə üzrə:
8.3.1. adında “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz edilsin;
8.3.2. 18.1-ci maddənin birinci cümləsində və 18.2-ci maddədə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;
8.4. 19-cu maddə üzrə:
8.4.1. adında, 19.1-ci və 19.4-cü maddələrdə “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz edilsin;
8.4.2. 19.2-ci maddədə və 19.5-ci maddənin birinci cümləsində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.
Maddə 9. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 5, maddə 789; 2020, ¹ 6, maddə 664, ¹ 7, maddə 851, ¹ 11, maddə 1335; 2021, ¹ 2, maddə 109) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 4.0.22-ci maddədə “ödənişsiz” sözü “pulsuz” sözü ilə əvəz edilsin
və həmin maddədən “və dövlət ümumi təhsil müəssisəsində tibbi xidməti təmin etmək” sözləri
çıxarılsın
9.2.
19.2-ci maddəyə “xidmət” sözündən sonra “həmin
təhsil müəssisələri tərəfindən”
sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2021-ci il
Azərbaycan.-2021.- 18 iyun.- S.8.