“Dövlət sosial
sığorta sistemində fərdi uçot
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və
16-cı bəndlərini rəhbər tutaraq
qərara alır:
Maddə 1. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 738; 2005, ¹ 6, maddə 466; 2007, ¹ 5, maddə 401, ¹ 11, maddə 1071; 2008, ¹ 2, maddə 49; 2018, ¹ 5, maddə 866; 2019, ¹ 3, maddə 379) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.3-cü maddədə “müntəzəm olaraq” sözlərindən sonra
“dövlət sosial sığorta sistemində
fərdi uçotu həyata keçirən
müvafiq icra hakimiyyəti
orqanı tərəfindən” sözləri əlavə
edilsin;
1.2. 6-cı, 7.6.3-cü, 7.7.4-cü, 8.2.3-cü, 9.1.1-ci və 9.2.3-cü maddələr ləğv edilsin;
1.3.
7.6.2-ci və 7.7.3-cü maddələrdə “dövlət
sosial sığorta şəhadətnaməsi olmayan” sözləri
“fərdi uçota alınmamış” sözləri ilə əvəz
edilsin;
1.4.
10.2.2-ci maddəyə “izah etmək” sözlərindən sonra
“, habelə fərdi şəxsi hesabındakı məlumatlara
baxış imkanının yaradılmasını təmin etmək”
sözləri əlavə edilsin.
Maddə 2. Bu Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel
2021-ci il
Azərbaycan.-2021.- 18 iyun.- S.10.