Azərbaycan
Respublikasının Əmək Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının Əmək
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 4, maddə
213; 2001, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr
672, 679, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 2, ¹ 5, maddə
241, ¹ 6, maddə 328; 2003, ¹ 1, maddələr 9, 23; 2004, ¹ 1, maddə
10, ¹ 2, maddə 57, ¹ 3, maddə
133, ¹ 6, maddə 413, ¹ 7, maddə
505, ¹ 9, maddə 672, ¹ 12, maddə
981; 2005, ¹ 3, maddə 151, ¹ 4, maddə 278, ¹ 7, maddə
560, ¹ 10, maddə 874, ¹ 11, maddə
1001, ¹ 12, maddə 1094; 2006, ¹ 3, maddələr 220, 222, ¹ 5, maddə
385, ¹ 11, maddə 923, ¹ 12, maddələr
1004, 1025, 1030; 2007, ¹ 5, maddələr 401,
437, ¹ 6, maddə 560, ¹ 8, maddə
756, ¹ 11, maddələr 1049, 1053; 2008, ¹ 3, maddə 156, ¹ 7, maddələr
600, 602, ¹ 10, maddə 887, ¹ 11, maddə 960; 2009, ¹ 2, maddə
48, ¹ 5, maddə 294, ¹ 6, maddə
399, ¹ 12, maddələr 949, 969; 2010, ¹ 2, maddələr 70, 75, ¹ 4, maddə
275; 2011, ¹ 1, maddə 11, ¹ 2, maddələr 70, 71, ¹ 6, maddə
464, ¹ 7, maddə 598; 2012, ¹ 11, maddə 1054; 2013, ¹ 2, maddələr
89, 101, ¹ 11, maddə 1268; 2014, ¹ 2, maddə 92, ¹ 10, maddə
1162, ¹ 11, maddə 1339, ¹ 12, maddə 1527; 2015, ¹ 2, maddə
97, ¹ 3, maddə 250, ¹ 6, maddə
680; 2016, ¹ 2 (I kitab), maddələr
190, 201, ¹ 5, maddə 847, ¹ 11, maddə 1767; 2017, ¹ 6, maddələr
1031, 1048, ¹ 12 (I kitab), maddələr
2187, 2189; 2018, ¹ 1, maddə 13, ¹ 6, maddə 1155, ¹ 7 (I kitab), maddələr 1380, 1408, ¹ 12 (I kitab),
maddə 2532; 2019, ¹ 1, maddə
35, ¹ 4, maddə 570, ¹ 5, maddələr
796, 804, ¹ 7, maddə 1182, ¹ 8, maddə 1380; 2020, ¹ 1, maddə
1, ¹ 5, maddə 522, ¹ 7, maddə
832, ¹ 11, maddələr 1322, 1332, 1335, ¹ 12
(I kitab), maddə 1424;
2021, ¹ 1, maddə 2) aşağıdakı
dəyişikliklər edilsin:
1.
43-cü maddənin 2-ci hissəsinin
“b” və “ğ” bəndlərində,
1 nömrəli əlavə
- “Əmək müqaviləsinin
(kontraktının) nümunəvi
forması”nın 1.1-ci bəndində
(hər iki halda) “dövlət sosial sığorta şəhadətnaməsinin” sözləri
“sosial sığorta” sözləri ilə əvəz edilsin.
2. 48-ci maddənin
1-ci hissəsindən “və
dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar
istisna olmaqla)” sözləri çıxarılsın.
3. 307-ci maddənin
3-cü hissəsi aşağıdakı
redaksiyada verilsin:
“3. Sığorta olunmuş işçiyə “Dövlət
sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi
ilə fərdi şəxsi hesab açılır, habelə
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq sığorta şəhadətnaməsi
(polisi) verilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel
2021-ci il
Azərbaycan.-2021.-
18 iyun.- S.10.