Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi
haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və
aparatının işçilərinin say
həddinin müəyyən edilməsi barədə”
2006-cı il 25 may tarixli 413 nömrəli və “İcbari
Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli
fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
25 may tarixli 413 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 5, maddə
411,¹ 8, maddə 680; 2007, ¹ 6, maddə 602, ¹ 8, maddə
770, ¹ 10, maddə 947; 2008, ¹ 7, maddə 612, ¹ 11, maddələr
967, 970; 2009, ¹ 10, maddə 779, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə
83; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 7, maddə 688, ¹ 9, maddə
855; 2013, ¹ 2, maddə
114, ¹ 6, maddə 651, ¹ 9, maddələr
1060, 1061; 2016, ¹ 3, maddə 436; 2017, ¹ 10, maddə 1781; 2018, ¹ 2, maddə
217, ¹ 5, maddə 932, ¹ 10, maddə
1990; 2019, ¹ 12, maddə 1953; 2020, ¹ 3, maddə 228, ¹ 6, maddə
690, ¹ 8, maddə 1036; Azərbaycan
Respublikası Prezidentinin
2021-ci il 23 aprel tarixli 1322 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 8.1-ci
bəndə “əhaliyə”
sözündən əvvəl
“tabeliyində olan tibb müəssisələri
vasitəsilə” sözləri
əlavə edilsin;
1.2.
8.1-1-ci bənd ləğv
edilsin;
1.3. 8.5-ci
bənddən “uşaqların
icbari dispanserizasiyasının
həyata keçirilməsinə
nəzarəti,” sözləri
çıxarılsın;
1.4.
8.5-3-cü bənd aşağıdakı
redaksiyada verilsin:
“8.5-3. icbari dispanserizasiyadan keçiriləcək və
dispanserizasiyadan keçmiş
uşaqların uçotu
qaydasını müəyyən
etmək;”;
1.5.
8.10-1-ci bənddə “öz
səlahiyyətləri daxilində
bədən tərbiyəsi
və idmanın təbliğinin forma və
metodlarını müəyyən
etmək,” sözləri
“Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin tabeliyindəki
tibb müəssisələri
istisna olmaqla, digər tibb müəssisələrində bədən tərbiyəsi
və idmanın təbliğinin forma və
metodlarını müəyyən
etmək, habelə” sözləri ilə əvəz edilsin;
1.6.
8.12-ci bənddə “səhiyyə
orqanlarına” sözləri
“tibb müəssisələrinə”
sözləri ilə əvəz edilsin;
1.7. 9.8-ci
və 9.9-cu bəndlərdə
“səhiyyə” sözü
“tibb” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 9, maddə 1639; 2019, ¹ 2, maddə 219; 2020, ¹ 6, maddə
690, ¹ 12 (I kitab), maddə
1483) ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər
edilsin:
2.1. aşağıdakı məzmunda 2.3-cü bənd
və 3.1.24-1 - 3.1.24-7-ci yarımbəndlər
əlavə edilsin:
“2.3. “Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyi” (bundan sonra - TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinə münasibətdə
vahid tənzimləməni
Agentlik həyata keçirir;”;
“3.1.24-1.uşaqların
icbari dispanserizasiyasının
həyata keçirilməsinə
nəzarət etmək;
3.1.24-2. uşaqların icbari dispanserizasiyası zamanı
müayinələrin və
baxış keçirəcək
ixtisaslı mütəxəssislərin
siyahısını təsdiq
etmək, dispanserizasiyadan
keçiriləcək və
dispanserizasiyadan keçmiş
uşaqların uçotunu
aparmaq, dispanserizasiyanın
təqvimini müəyyən
etmək, dispanserizasiyadan
keçmiş uşaqların
registrini yaratmaq və aparmaq;
3.1.24-3. şəkərli diabet xəstəliyinə tutulmuş
şəxslərin registrini
yaratmaq və aparmaq;
3.1.24-4. dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslərin registrini
yaratmaq və aparmaq;
3.1.24-5. “TƏBİB”in tabeliyində
olan tibb müəssisələrində bədən tərbiyəsi
və idmanın təbliğinin forma və
metodlarını müəyyən
etmək, habelə kütləvi informasiya vasitələrində bədən
tərbiyəsi və
idmanın sosial əhəmiyyətinin, əhalinin
sağlamlığının möhkəmləndirilməsində, fiziki inkişafında və sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını
təmin etmək;
3.1.24-6. bədən tərbiyəsi
və idmanla, o cümlədən idman-sağlamlıq
turizmi ilə məşğul olan şəxslər üzərində
tibbi nəzarəti həyata keçirmək,
ehtiyat idman qüvvələrinin və
idman növləri üzrə müxtəlif
səviyyəli milli yığma komandaların
idman yarışlarına
hazırlığının tibbi təminatında iştirak etmək;
3.1.24-7. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının
və hüquq pozuntularının profilaktikası
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq, yetkinlik yaşına çatmayanların baxımsızlığının
və hüquq pozuntularının profilaktikası
sahəsində tabeliyindəki
tibb müəssisələrinə
həvalə edilən
məsələləri həll
etmək;”;
2.2. 3.1.11-1-ci yarımbənddə
“Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin (bundan sonra - TƏBİB)” sözləri
“TƏBİB-in” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun
2021-ci il
Azərbaycan.-2021.- 18 iyun.- S.9.