“Dövlət
sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2021-ci il 23 aprel tarixli 297-VIQD nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikası Prezidentinin
“Sınaq müddəti ilə müvafiq
dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün
əmək müqaviləsinin (kontraktının) nümunəsinin
təsdiq edilməsi barədə” 2001-ci il
3 sentyabr tarixli 567
nömrəli, “Dövlət social
sığorta sistemində fərdi uçot
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” 2001-ci il
26 dekabr tarixli
616 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli
148 nömrəli, “Dayanıqlı və Operativ
Sosial Təminat Agentliyinin
fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli
387 nömrəli və “Dövlət qulluqçusunun
şəxsi işinin aparılması
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli
527 nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2021-ci il 23 aprel tarixli 297-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 9, maddə 582; 2003, ¹ 8, maddə 441; 2005, ¹ 9, maddə
800; 2009, ¹ 6, maddə 419; 2014, ¹ 7, maddə 790; 2015, ¹ 3, maddə
265; 2017, ¹ 5, maddələr 808, 843; 2020, ¹
12 (I kitab), maddə
1501) ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət
qulluğuna qəbul üçün əmək
müqaviləsinin (kontraktının)
nümunəsi”nin 1.1-ci bəndində
“dövlət sosial sığorta şəhadətnaməsinin”
sözləri “sosial sığorta” sözləri
ilə əvəz edilsin.
2. “Dövlət sosial sığorta sistemində
fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2001-ci il 26 dekabr tarixli 616 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 12, maddə
762; 2006, ¹ 12, maddə 1034; 2008, ¹ 3, maddə 187; 2016, ¹ 9, maddə
1464; 2019, ¹ 5, maddə 844, ¹ 7, maddə 1219) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
2.1. ikinci abzas ləğv edilsin;
2.2. üçüncü abzasda “həmin Qanunun” sözləri “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri ilə, “5.2.11-ci” sözləri “5.3-cü” sözləri ilə əvəz edilsin və həmin abzasdan “6.2-ci, 6.3-cü, 6.5-ci, 6.6.1-ci, 6.6.2-ci, 6.6.3-cü (hər iki halda), 6.7-ci,” və “8.2.3-cü,” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1238, ¹ 10, maddə 1991, ¹ 11, maddə 2287; 2019, ¹ 3, maddə 411, ¹ 4, maddə 619, ¹ 5, maddələr 839, 855, ¹ 6, maddə 1027, ¹ 12, maddə 1921; 2020, ¹ 1, maddə 5, ¹ 2, maddə 100, ¹ 8, maddə 1039, ¹ 11, maddə 1357; 2021, ¹ 1, maddə 30) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 2-ci hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndində “şəhadətnaməsinin verilməsi” sözləri “sistemində fərdi uçotun həyata keçirilməsi” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12 (I kitab), maddə 2544; 2019, ¹ 7, maddələr 1213, 1233, ¹ 12, maddə 1935; 2020, ¹ 8, maddə 1039) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 8-ci hissəsinin 8.2-ci bəndi ləğv edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 2, maddə 226, ¹ 11, maddə 1719; 2020, ¹ 12 (I kitab), maddə 1480) ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.4.6-cı yarımbənd ləğv edilsin;
5.2. Qaydalara 1 nömrəli əlavəyə “Fərdi identifikasiya nömrəniz (FİN)” sözlərindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:
“Dövlət sosial sığorta sistemində sosial sığorta nömrəniz (SSN)___________”.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 297-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 iyun 2021-ci il
Azərbaycan.-2021.- 18 iyun.- S.10.