Azərbaycan Respublikası PrezidentininXüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi  Fondunun yaradılması haqqında” 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanının ləğv edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanının 8.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 4, maddə 622; 2020, ¹ 1, maddə 12, ¹ 4, maddə 424, ¹ 6, maddə 708; 2021, ¹ 2, maddə 119) ilə təsdiq edilmiş Əlavə 1 - “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı”nın 29.24-cü bəndindəAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi FondununsözləriAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyininsözləri ilə əvəz edilsin.

 

2. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqındaAzərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədəAzərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 12 (I kitab), maddə 1503) 1.7.2.4-cü yarımbəndininXərclərin istiqamətisütunundaAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi FondusözləriAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyisözləri ilə əvəz edilsin.

 

3. “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 4, maddə 220, ¹ 12, maddə 988) ləğv edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2021-ci il

Azərbaycan.-2021.- 18 iyun.- S.10.