“Dini etiqad
azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2021-ci il 4 may tarixli 309-VIQD nömrəli Qanununun
tətbiqi və “Dini etiqad
azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanununa əlavələr
və dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2021-ci il 4 may tarixli 309-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən
edilsin ki:
1.1. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun
6.3-cü maddəsinin birinci
cümləsində, 6.4-cü, 6-1.2-ci,
6-1.3-cü maddələrində, 8-ci maddəsinin üçüncü
hissəsinin ikinci cümləsində, dördüncü
və beşinci hissələrində, 9-1.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsinin
ikinci hissəsinin
8-1-ci bəndində və
beşinci hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun 6.3-cü maddəsinin
birinci cümləsində,
6.4-cü, 6-1.2-ci, 6-1.3-cü maddələrində,
8-ci maddəsinin üçüncü
hissəsinin ikinci cümləsində, dördüncü
və beşinci hissələrində, 9-1.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsinin
ikinci hissəsinin
8-1-ci bəndində və
beşinci hissəsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə
tutulur.
2. “Dini etiqad azadlığı
haqqında” Azərbaycan
Respublikasının Qanununa
əlavələr və
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 29 may tarixli
97 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 5, maddə 329; 2012, ¹ 4, maddə 294; 2013, ¹ 8, maddə
908; 2015, ¹ 9, maddə 987; 2017, ¹ 6, maddə 1097; 2019, ¹ 5, maddə
840) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
“2.1. “Dini etiqad azadlığı
haqqında” Azərbaycan
Respublikası Qanununun
6.3-cü maddəsinin birinci
cümləsində, 6.4-cü, 6-1.2-ci,
6-1.3-cü maddələrində, 8-ci maddəsinin üçüncü
hissəsinin ikinci cümləsində, dördüncü
və beşinci hissələrində, 9-1.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsinin
ikinci hissəsinin
8-1-ci bəndində və
beşinci hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;”;
2.2. 2.2-ci bəndə
“həmin Qanunun” sözlərindən sonra
“8-ci maddəsinin üçüncü
hissəsinin birinci cümləsində,” sözləri,
“üçüncü cümləsində,
üçüncü” sözlərindən
sonra “, dördüncü” sözləri,
“ikinci hissəsinin
9-cu bəndində,” sözlərindən
sonra “üçüncü
hissəsində,” sözləri
əlavə edilsin;
2.3. aşağıdakı
məzmunda 2.1-1-ci, 2.3-1-ci və
2.5-1-ci bəndlər əlavə
edilsin:
“2.1-1. həmin Qanunun 22-ci maddəsinin dördüncü
hissəsində və
beşinci hissəsinin
ikinci cümləsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər
Kabineti həyata keçirir;”;
“2.3-1. həmin Qanunun 22-ci maddəsinin altıncı
hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
həyata keçirir;”;
“2.5-1. həmin Qanunun 6.3-cü maddəsinin birinci cümləsində, 6.4-cü, 6-1.2-ci, 6-1.3-cü maddələrində,
8-ci maddəsinin üçüncü
hissəsinin ikinci cümləsində, dördüncü
və beşinci hissələrində, 9-1.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsinin
ikinci hissəsinin
8-1-ci bəndində və
beşinci hissəsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə
tutulur;”;
2.4. 2.5-ci bənddə
“on ikinci” sözləri
“on birinci” sözləri
ilə əvəz edilsin;
2.5. 2.6-cı bəndin
sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi
ilə əvəz olunsun, 2.7-ci və 2.8-ci bəndlər ləğv edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2021-ci il 4 may tarixli 309-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyun
2021-ci il
Azərbaycan.-2021.- 18 iyun.- S.11.