SÜRPRİZƏ İMKAN VERİLMƏDİ

 

 

 

C qrupu

 

Niderland - Avstriya - 2:0

 

Qollar: Depay, 11, Dyumfris, 67

 

Baş hakim: Orel Qrinfeld (İsrail)

 

Amsterdam. Yohan Kroyf Arena

 

 

 

Turnirin favoritləri sırasında göstərilən Niderland millisi Avstriya ilə qarşılaşmaya çox sürətli başladı. Cinahlardan hücumlara üstünlük verən Frank De Burun komandası meydançanın rəqibə aid hissəsində tətbiq etdiyi pressinqlə Avstriyanın müdafiədən çıxmasına imkan vermədi.

 

Nəticədə xətlər arasında əlaqənin itməsinə görə müdafiə ilə hücum arasında boşluqlar yarandı. Bir sözlə, Avstriyanın oyun planı pozuldu. Bundan istifadə edən Memfis Depay 11-ci dəqiqədə vurduğu qolla qarşılaşmada hesabı açdı.

 

Qoldan sonra daha çox qısa ötürmələrə üstünlük verən Niderland yığması oyuna nəzarəti ələ aldı. Avstriya futbolçuları isə topun ardınca o qədər çox qaçdılar ki, artıq 60-cı dəqiqədən sonra yorğunluq hiss edilməyə başladı.

 

Komandada edilən oyuncu dəyişiklikləri belə matçın gedişatına təsir edə bilmədi. Yekunda 2:0 hesabı ilə qalib gələn niderlandlar “Avro-2020”nin 1/8 finalına vəsiqəni təmin etdilər.

 

Qeyd edək ki, Niderland yığması Avropa çempionatına seçmə mərhələnin C qrupunun ikincisi kimi qatılıb. Komanda Almaniya, Şimali İrlandiya, Belarus Estoniya ilə mübarizədə 8 oyunun 6-da qələbə qazanıb, 1-də heç-heçə edib 1 dəfə məğlub olub.

 

Lider Almaniyadan 2 xal geri qalmaqla 19 xal toplayan Niderland 3-cü pillənin sahibi Şimali İrlandiyanı 6 xal üstələyib. Əsas rəqibi Almaniyaya evdə uduzsa da, səfərdə qələbə qazanannarıncılaryeganə heç-heçəsini Britaniya təmsilçisi ilə matçda etdi.

 

Rəqib qapılarına 24 qol vuran Niderland futbolçuları 7 top buraxıblar. Komandanın ən yaxşı bombardiri qəribə olsa, 8 qolla dayaq yarımmüdafiəçisi Corcinio Veynaldum olmuşdu.

 

Niderland tarixində 10-cu dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb. Yığma əvvəlki 9 cəhdin 1-də çempion olmağı bacarıb. Bu, 1988-ci ildə reallaşıb. Ronald Kuman, Ruud Qullit, Frank Raykard, Marko van Bastenli yığma həmin vaxt məğlub olmadan Avropa çempionu adını qazanıb. Niderland millisi 4 dəfə də qitə 3-cüsü olub. Ancaq son vaxtlar yığmanın Avropa çempionatlarında işləri qaydasında getmir. 2012-ci ildə qrupda qalanzanbaqlar ölkəsi” 4 il sonrakı qitə birinciliyinə, ümumiyyətlə, vəsiqə qazana bilməmişdi.

 

 

 

Ukrayna - Şimali Makedoniya - 2:1

 

Qollar: Yarmolenko, 29 (1:0), Yaremçuk, 34 (2:0), Alioski, 57 (2:1)

 

Baş hakim: Fernando Rapallini (Argentina)

 

Buxarest.  Milli Arena

 

 

 

C qrupunun digər matçında isə Ukrayna  Şimali Makedoniya yığmaları üz-üzə gəldilər. Daha baxımlı futbol nümayiş etdirən Andrey Şevçenkonun komandası matç boyu bütün komponentlərdə rəqibini üstələdi. Yarmolenkonun bir dirijor kimi idarə etdiyi Ukrayna millisi istədiyi vaxt oyunun tempini qaldırır endirirdi. Şimali Makedoniya kollektivi isə daha çox əks-hücumlara üstünlük verməyə çalışırdı.

 

Ukraynanın hücumlara qoşularkən cinah müdafiəçilərinin itirilən hər topdan sonra geri dönüşlərdə müəyyən axsamalar yaşaması əks-hücumlarda Ş.Makedoniya komandasına matçın müəyyən hissələrində əlavə üstünlüklər yaratsa da, bundan yararlana bilmədilər. Yekunda 2:1 hesabı ilə qalib gələn Ukrayna seçməsi cari turnirdə ilk qələbəsini qazandı.

 

Qeyd edək ki, Ukrayna yığması Avropa çempionatına seçmə mərhələnin B qrupunun qalibi kimi qatılıb. Komanda Portuqaliya, Serbiya, Lüksemburq Litva ilə mübarizədə 8 oyunun 6-da qələbə qazanıb, 2-də heç-heçə edib. Ümumilikdə 20 xal toplayansarı-göylərPortuqaliyanı 2 xal üstələyərək seçmə mərhələ qrupunu lider kimi tamamladı.

 

Ölkə müstəqillik əldə etdikdən sonra yığma 2 dəfə Avropa çempionatlarının final mərhələsində yarışmaq hüququ qazanıb. Bunlar son iki qitə birinciliyinə təsadüf edir. Ukrayna heç bir halda qrupdan çıxa bilməyib. Beş il öncə keçirilən çempionatda isə komanda qrup mərhələsində qol vura bilib, xal qazanmağı bacarıb. Ukrayna millisinin “Avro-2020” heyəti əsasən ölkə daxilində çıxış edən futbolçulardan təşkil olunub.

 

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 19 iyun.- S.1;10.