Leyla Abdullayeva: Beynəlxalq insan
hüquqları təşkilatlarını üçtərəfli
Bəyanatın həyata keçirilməsini dəstəkləməyə
çağırırıq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18
iyun tarixli Sərəncamı ilə ümummilli lider Heydər
Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan
Respublikasında ilk “İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan
hüquqlarının təmin olunmasının dövlət
siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən
edildiyi nəzərə alınaraq, hər il iyunun 18-i Azərbaycan
Respublikasında İnsan hüquqları günü kimi qeyd
olunur.
Əvvəla vurğulamaq istərdik ki, Azərbaycan bütün insan hüquqları və əsas azadlıqlarının universallıq, qarşılıqlı bağlılıq və bölünməzlik prinsiplərinə sadiqdir. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquqları və əsas azadlıqların təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etmişdir. Sənədin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva insan hüquqlarının qorunması və təşviq edilməsi sahəsində Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə bağlı KİV-in sualını cavablandırarkən deyib.
Leyla Abdullayeva bildirib: “Bildiyiniz kimi, ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə tərəfdir. İnsan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, Azərbaycan onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müqavilə-əsaslı qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.
İnsan
hüquqlarının və əsas azadlıqların
qorunması və təşviq edilməsi Azərbaycan
Hökumətinin gündəmindədir. Hazırda
ölkəmiz ərazilərinin 30 ilə yaxın davam edən işğaldan
azad olunması nəticəsində məcburi
köçkünlərin doğma
torpaqlarına təhlükəsiz və layiqli
qayıdış hüququnun, bu şəxslərin sosial,
iqtisadi, mədəni
hüquqlarının, işğaldan azad olunmuş ərazilərdə
fəaliyyət göstərən media
nümayəndələrinin peşə fəaliyyətlərini
maneəsiz yerinə yetirə bilmələri ilə
bağlı söz
azadlıqlarının təmin olunması kimi
çağırışlarla üzləşir. Bu xüsusda, bir daha beynəlxalq insan
hüquqları təşkilatlarını bölgədə
yaxşı qonşuluq münasibətlərinin
bərpasına yönəlmiş 2020-ci il
noyabrın 10-da Azərbaycan, Rusiya və
Ermənistan liderləri tərəfindən imzalanmış
üçtərəfli Bəyanatın həyata keçirilməsini
dəstəkləməyə, insan
hüquqları və əsas azadlıqlarına seçkili münasibət sərgiləməkdən
yayınmağa çağırırıq”.
Azərbaycan.-2021.- 19 iyun.- S.3.