Ağıllı kənd”in Azərbaycan modeli

 

 

Dünyadaağıllı kənd”in ayrı-ayrı nümunələri uzun illər ərzində yaradılmış inkişaf etdirilmişdir. Azərbaycan da işğaldan azad edilmiş əraziləriniağıllıkənd şəhərlərə çevirərək yeni nümunələrini yaratmaqla bu sıraya qoşulur.

Ağıllı kənd”in yaradılması maşın, mexanizm, robot yüksək texnologiyaların aqrar sektorda əl əməyini tam əvəz etməsi deməkdir. Dünyanın aparıcı alimləri belə hesab edirlər ki, bu, fantastika yox, baş tutması mümkün olan təqdirəlayiq sanballı bir ideyadır. Bu gün planetimizdə artıq yüksək texnologiyalar, internet resursları, dronlar hətta kosmik gəmilər aqrar sektorda bir sıra prosesləri, məlumatların emalını idarəetmənin mürəkkəb elementlərini yerinə yetirirlər. Dünyanın inkişaf etmiş ölkələrindəağıllı kəndtəsərrüfatına keçidin unikal ilkin nümunələri mövcuddur. Amma maraqlısı odur ki, “ağıllı kəndtəsərrüfatına keçidin ən bənzərsiz nümunəsinin tətbiqinə Azərbaycanda start verilmişdir.

Artıq işğaldan azad edilmiş ərazilərimizdə dövlət başçısının göstərişi xeyir-duası iləağıllı kəndağıllı şəhərlayihələrinin tətbiqinə başlanmışdır. Söhbət bir kənddən, bir şəhərdən yox, Qarabağın işğaldan azad edilmiş bütün ərazilərindən, şəhər kəndlərindən gedir. Ağıllıkənd şəhərlərin salınması bilavasitəağıllıaqrar sektorun bünövrəsinin qoyulması deməkdir. Yəni bu anlayışlar bir-birinə sıx bağlıdır, vəhdət təşkil edir, bir çox məqamlarda isə harmonik şəkildə uzlaşaraq fərqləri aradan qaldırırlar.

Ağıllı kənd”in Azərbaycan modelinin unikallığı ondan ibarətdir ki, əgər dünyada belə layihələr hər ölkədə bir neçə nümunə ilə başlamışdırsa, bizdə bu proseslərə eyni zamanda start verilmişdir. Biz 30 illik işğal zamanı yerlə-yeksan edilən böyük ərazilərin - yandırılan kəndlərimizin viran qoyulan şəhərlərimizinağıllıvariantını reallaşdırmağı qərara almışıq.

Erməni faşistləri işğal altında olan ərazilərimizi onilliklər boyu talan etmiş, vəhşicəsinə dağıtmış bununla da aqressiv, vandal vəhşi mahiyyətlərini ortaya qoymuşlar. Biz isə azad edilən ərazilərimizdə ildırım sürətilə quruculuq işlərinə start vermiş bu işlərə dost ölkələrin aparıcı şirkətlərini dəvət etmişik.

Bu baxımdan İsrailin Qarabağda bərpa işlərinə cəlb edilərək onun həmin sahədəki təcrübəsindən faydalanmağımız təsadüfi deyil. İsrailağıllı kəndtəsərrüfatında yeni suvarma sistemlərini artıq çoxdandır uğurla tətbiq edir. Səhralıqlarda yerləşən bu ölkənin cansız torpaqları dirçəltməsi, bəhərə salması möcüzədir. Aqrar sektorun inkişafı üçün böyük su ehtiyatlarına malik olmayan, əksinə, su qıtlığından əziyyət çəkən İsrail kənd təsərrüfatının inkişafında fenomenal uğurlara imza atıb. Səhralıqlardan ibarət olan 20 min kvadratkilometrdən artıq ərazilərdə meyvə tərəvəz yetişdirir. Dünyada damcı suvarmasına birinci keçən israillilər özlərini ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm 40-dan artıq ölkəyə müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edirlər.

İsrailin “Roots” şirkətinin istehsal etdiyiağıllıborular torpağın üst qatına yerləşdirilir, “Root Zone Temperature Optimization” sistemi isə hər sahənin özünə uyğun optimal temperatur suvarma qrafikini təyin edir. Su boruları torpağı qışda isidir, yay boyu isə sərinləşdirir. Torpağın üst qatından keçən borular suvarma ilə yanaşı, həm havanın rütubətin torpaqda kondensasiyasını təmin edir. Bu sistem tətbiq edildikdən sonra məhsuldarlıq 10-66 faiz arasında artmışdır.

Artıq Azərbaycanda da damcı suvarması geniş tətbiq olunur. Böyük aqroparklardan tutmuş kiçik pay torpaq sahiblərinədək çoxları damcı suvarmasından geniş istifadə edirlər. Lakin bütün tətbiq edilən yeniliklərə baxmayaraq, Prezident İlham Əliyev bu sahədə daha ciddi addımlar atılması üçün sərt tələblər irəli sürür. Bu, dövlətin aqrar sektorda yüksək texnologiyalara uğurlu keçidi təmin edən zəruri tələbkarlığıdır. Ona görə ki, biz inkişaf etdikcə, dünya da irəliyə gedir daha yeni yanaşmalar, daha müasir texnologiyalar ortaya qoyur. Məsələn, ağlabatmaz kəşfləri ilə dünyanı heyran qoyan yaponlar inəklərinibuludlara qaldırıboradan idarə edirlər. Bu ölkənin ərazisinin cəmi 15 faizi kənd təsərrüfatı üçün yararlıdır. Torpaq qıtlığından əziyyət çəkən yaponlar təbii resursların azlığını aradan qaldırmaq, məhsuldarlığı artırmaq üçünağıllıtexnologiyaları başqalarına nisbətən daha sürətlə inkişaf etdirmək məcburiyyətindədirlər. Avtomatlaşdırma, müxtəlif tənzimləyicilər, mürəkkəb texnologiyalar son kəşflər həddən artıq zəif inkişaf edən heyvandarlığı dirçəltməyə yönəldilir. Yaponlar internet resurslarının imkanlarından faydalanaraq inəklərin fiziki sağlamlığını, hətta əhvali-ruhiyyəsini belə, nəzarətdə saxlayırlar. Bu məqsədlə inəklərin ayaqlarına xüsusi elektron qolbaqlar geyindirilir, onların gün ərzində fəallığı atdıqları addımların sayı dəqiqliklə hesablanır. Sürüdəki inəklərin sağlamlığı haqqında gün ərzində bütün məlumatlarbuludadlanan məlumat bazasına ötürülür, yığılan göstəricilər analiz edilərək fermerə ötürülür. Ən maraqlısı odur ki, məlumatlar hər saat yenilənir. Mütəxəssislər bu yolla sağımı, yemləməni idarə cdir, hətta inəklərin yuxusunu nəzarətdə saxlayır, xəstəliklərini vaxtından əvvəl üzə çıxarırlar. Ağıllıqolbaqlar həmçinin inəklərin düzgün mayalanması üçün əlverişli vaxtı da dəqiq seçir. Belə ki, hövrə hazır olan inək daha çox gəzir, addımlarının sayı artır. Nəticədə süni mayanlanmanın effekti 44 faizdən 90 faizədək artır. Forbesin məlumatına görə, artıq bu texnologiya Koreyada, Polşada, Rumıniyada Türkiyədə tətbiq edilir.

Norveçlilər isə hər qızılbalığa tibbi kart açıblar. Dünyanın ən böyük qızılbalıq ixracatçısı olduğundan bu ölkədə tədricən balıq fermalarının sayı istehsalın həcmi artır. Amma fermada yetişdirilən balıqların ən qatı düşməniLepeophtheirus salmonisadlı qızılbalıq biti fermerlər üçün problem yaradır. Bu bit balığın dərisinə düşüb artaraq bütün balıq zavodlarına ciddi ziyan vurur. Onun qarşısını almaq üçün indi bütün fermalarda balıqlar skaynerdən keçirilir. Mütəxəssislər daim balığın səhhətini nəzarətdə saxlayır, biti vaxtında aşkarlayıb məhv edirlər. Yeni nəzarət sisteminin mükəmməlləşməsi üçün alimlər bir neçə il tədqiqatları davam etdirmək niyyətindədirlər.

Böyük Britaniyada isəağıllı kənd”in yaradılmasında heç kəsin ağlına gəlməyən bir addım atılıb. Əvvəla qeyd etmək lazımdır ki, ingilislərin kənd təsərrüfatı Avropada digərlərindən daha kamildir. Doğrudur, aqrar sektorda nəhəng şirkətlər yox dərəcəsindədir, kənd təsərrüfatında əhalinin cəmi

2 faizi çalışır həmin rəqəm ildən-ilə azalmaqdadır. Amma müasir texnologiyaların geniş tətbiqi məhsuldarlığı getdikcə artırmağa imkan yaradır. Kənd təsərrüfatının rentabelli olması üçün dövlət fermerlərə daim dəstək verir, alimlər, həmçinin rəqəmsal texnologiya istehsalçıları yeniliklərin tətbiqində, əl əməyinin avtomatlaşdırılmasında maraqlıdırlar. Hələ 2017-ci ildə Böyük Britaniyada ilk dəfə insan ayağı dəyməyən sahədə robotların köməyi ilə arpa yetişdirilərək 4,5 ton məhsul biçilmişdir. Alimlər bütün prosesləri avtomatlaşdırmaqla sübut etmişlər ki, insan yeri şumlamasa da, əkib biçməsə də, bütün işləri robotlar vasitəsilə görmək, bütün prosesləri “ağıllı” texnologiyalara həvalə edərək məhsul götürmək mümkündür.

Harper Adams Universiteti isə robotlaşdırılmış ferma layihəsini işləmişdir. “Hands Free Hectare” fermasında dronlar multispektral cihazlarla otlaq sahələrini nəzarətdə saxlayır, çəkilişlər aparır və bununla da əkin sahələrinin vəziyyətini öyrənməyə, ziyanvericilərlə vaxtında mübarizə aparmağa imkan yaradır.

Yerin üstündə hərəkət edən mexanizmlər torpaq nümunələrini toplamış, vacib gübrələri təyin etmişdir. Əkin və biçində o qədər də böyük olmayan robotlaşdırılmış texnikalar işlədilmişdir. Bütün məlumatları vahid mərkəzə toplayan alimlər və mütəxəssislər hələ də eksperimentləri davam etdirirlər.

Ümumiyyətlə, dünyanın aqrar sektorunda bütünlükdə tətbiq edələn “ağıllı” texnologiyaları bir neçə istiqamətdə qruplaşdırmaq mümkündür. Bunlardan ən vacibi böyük bilik və məlumatların tətbiq edilməsidir. Məlumatların bolluğu düzgün qərar verməyə, qabaqcıl təcrübədən faydalanmağa və məhsuldarlığı artırmağa kömək edir. İkinci istiqamət dəqiq torpaqşünaslıqdır. Səlis nəzarət mexanizmi düzgün qərarların verilməsini təmin edir. Artıq kosmik gəmilər bu istiqamətdə xeyli görmüşlər.

Bu iki faktorun Azərbaycanda ilkin tətbiqi kənd təsərrüfatının müəyyən sahələrində məhsuldarlığın artmasına səbəb olmuşdur. Məhsuldarlıq artdıqca “ağıllı” kənd təsərrüfatına da tələbat çoxalır. Təsadüfi deyil ki, heyvandarlıqda, suvarmada yeni texnologiyaların tətbiqi aqrar sektorun simasını dəyişmişdir. Xərclərin azaldılması, resursların daha qənaətlə istifadəsi və məhsuldarlığın artması Azərbaycanda tədricən daha böyük uğurlar qazanmağa imkan verəcək.

Bütün dünyada qəbul olunub ki, “ağıllı kənd”in yaradılmasında əsas məqsəd faydalı əmsalının və məhsuldarlığın artırılmasıdır. Bu istiqamətdə sürətlə dönüş yaratmaq üçün aqrar sektora internet əşyalarının və daha dəqiq desək, internet alətlərinin (IoT) geniş tətbiqi gərəkdir. “BI Intelligencenin hesablamalarına görə, 2030-cu ilədək kənd təsərrüfatında

75 milyon IoT-nun tətbiq edilməsi gözlənilir. Onu da xatırladaq ki, 2015-ci ildə bu rəqəm cəmi 30 milyon idi. Aqrar sektora tətbiq edilən yeniliklərin sayı artdıqca, toplanan və korrektə edilən məlumatların da həcmi ağlasığmaz dərəcədə çoxalacaq.

Kənd təsərrüfatı texnikasının istehsalında dünya lideri olan Con Dir artıq traktorlarına interfeys dəstəyi ilə İoT cihazlarını quraşdırır. Belə sistemlərə qoşulan traktorlar artıq dəbə minir, telematika - məlumatların uzaq məsafəyə ötürülməsi isə “ağıllı kənd”in zəruri elementlərinə çevrilir. Beləliklə, intellektual fermerlik önə çıxır. Artıq son bir neçə ildə aqrar sektorda pilotsuz uçan cihazlar geniş tətbiq edilir. 44 günlük müharibədə dronlarla döyüşməyin yüksək səviyyəsini nümayiş etdirən Azərbaycanın onları kənd təsərrüfatında da uğurla tətbiq edəcəyi şübhə doğurmur.

 

 

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2021.- 20 iyun.- S.1;4.