Dünya hələ də haqsızlığın girdabındadır

 

Milli və məhəlli münaqişələr var ki, BMT-nin yaşıdı olsa da, hələ öz həllini tapmayıb

 

20 iyun Ümumdünya Qaçqınlar Günüdür

 

 

 

Dünyaya daim sülh, əmin-amanlıq arzulansa da, bu istək realığa çevrilmir. Müxtəlif dövrlərdə insanlar münaqişə və müharibələrin qurbanları kimi məhv olmaqdadır. Həlak olmaq, yaralanmaqla yanaşı, onlar öz doğma yurdlarından, vətənindən didərgin salınıb, qaçqın-köçkünə çevriliblər.

 

Azərbaycan xalqı da neçə illər bu dəhşətlərin şahidi, hətta qurbanına çevrilənlərin sırasında olub. Ermənistanın təcavüzkar siyasəti nəticəsində  öz ana Vətənində ev-eşiyini tərgidib qaçmağa məcbur olan soydaşlarımız, Azərbaycan vətəndaşları da bu ağrı-acını 30 il yaşayıb. Təəssüf ki, bu gün də dünyanın az qala bütün qütblərində qaçqınlıq-köçkünlük problemi bəşəri fəlakət həddindədir.

 

Deyirlər nə qədər ki, dünyada müharibələr, təqibolunmalar, təcavüzlər, hüququ tapdalananlar var, insanlığa laqeydlik mövcuddur, qaçqınlıq-köçkünlük də olacaq. Bu insanların müxtəlif irq və dinlərə mənsub olmaları da o qədər əhəmiyyət kəsb etmir.

 

 

 

Məşhurlar da qaçqın  olublar...

 

 

 

Dünyanın məşhurları arasında da qaçqınlar az olmayıb. Albert Eynşteyn, Ziqmund Freyd, həmçinin İspaniyanın sabiq baş naziri Flipp Qonsales, Portuqaliyanın Prezidenti Mariu Soareş, Filippinin dövlət başçısı Korason Akino kimi dünyanın ən məşhur siyasi və dövlət xadimləri, alimləri də bu sıraya daxildir. Mixail Barıkin, Marlen Ditrix, Aleksandr Soljenitsın, Bertold Brext, Sun Yat-Sen, Rixard Vaqner, Vüktor Hüqo, Cüzeppe QaribaldiVladimir Nabokovun da həmin kateqoriyaya daxil olduqlarını bilmirdik.

 

2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü onu dünyanın ən çox qaçqın və məcburi köçkünü olan ölkəsinə çevirdi.

 

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam Vətən müharibəsində qazandığımız Zəfər isə daşnakların simasını bir daha  açıb dünyaya göstərdi. Lakin 30 ilə yaxın müddətdə azərbaycanlıların qaçqın-köçkün kimi yaşaması tarixin silinməz səhifələrinə yazıldı. Əslində Azərbaycan xalqı bir əsrdə dəfələrlə ermənilər tərəfindən soyqırımına məruz qalıb, sonuncu dəfə isə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovularaq Azərbaycana pənah gətirib. 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapıb.

 

Ermənistan Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsini zorla boşaldanda XX əsrin ən faciəli hadisələrindən biri törədilib - 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri bir gecədə darmadağın edilib. Beləliklə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olundu. Qarabağın dağlıq hissəsindən, ətraf rayonlardan, həmçinin Ermənistanla və onunla həmsərhəd yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum  edildi. Həmin hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak oldu. 100 min nəfər yaralandı, 50 min isə müxtəlif dərəcəli xəsarət aldı.

 

Azərbaycan dövləti öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini  ötən illər ərzində bir nömrəli vəzifəsi hesab edirdi. Bu problemlərin həlli istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm kəsb edirdi. Ümummilli Liderin 1993-2003-cü illərdə istər problemin siyasi yolla həllindəki fəaliyyəti, qaçqın və məcburi köçkünlərə daimi diqqət və qayğısı, çadır düşərgələrinin ləğvi istiqamətində atılan ilk addımlar sonrakı işlər üçün təməl oldu. Ulu Öndərin 1998-ci ildə qəbul etdiyi Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə uzunmüddətli Dövlət Proqramına əsasən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi gücləndirildi.

 

 

 

Azərbaycanda məcburi köçkünlərə dövlət qayğısı Avropaya nümunə göstərilib

 

 

 

2003-cü ildən başlayaraq Prezident İlham Əliyev bu istiqamətdə aparılan işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirib. Ötən illərdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün böyük imkanlar yaradıb, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması yönündə görülən işlərin miqyası daha da genişlənib. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və sonradan həmin proqrama 2007-ci il 31 oktyabr, 2011-ci il 21 fevral tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrasında uğurlu işlər görülüb.

 

Fəaliyyətə başladığı vaxtdan Heydər Əliyev Fondu qaçqın və məcburi köçkünlərin üzləşdiyi çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə diqqətlə yanaşıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış “Azərbaycan” portalı bu baxımdan olduqca böyük əhəmiyyətə malikdir. Portalda ötən ilin 10 noyabr tarixindən etibarən öz həllini tapan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından bəhs edən məlumatların yerləşdirilməsi dünya ictimaiyyətinin erməni vəhşilikləri ilə yaxından tanış olmasına şərait yaradıb.

 

Doğma yurdlarını, ev-eşiklərini Ermənistanın təcavüzkar siyasəti nəticəsində itirməyə məcbur olmuş bir milyondan artıq vətəndaşımızın  sosial həyat şəratinin yaxşılaşdırılması istiqamətində bir sıra qanunlar qəbul edilmiş, dövlət başçısının sərəncamları ilə yeni yaşayış massivləri salınmış, onların mənzil problemlərinin həlli diqqətdə saxlanmışdı. Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin  ötən il mayın 28-də açılışı zamanı dövlət başçısı bir daha qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüzbiz bunu göstərmişik: “2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi. Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq digər torpaqlarda hansı işlər görüləcək və hansı sürətlə görüləcəkdir. Biz Cocuq Mərcanlını uğurlu hərbi qələbədən sonra cəmi bir il ərzində yenidən qurduqindi orada həyat qaynayır, köçkünlər öz doğma torpağına qayıdıblar...”

 

 

 

Qarabağ Azərbaycandır”

 

 

 

Ötən il 44 gün ərzində Müzəffər Azərbaycan Ordusu Ermənistanın silahlı quldurlarının saxta mifini darmadağın etdi. Qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılan və həyata keçirilən hərbi  əməliyyatlar, texniki imkanlardan yararlanaraq, cəsur igidlərimizin qəhrəmanlığına, rəşadətinə söykənərək, xalqımız, ordumuz Ali Baş Komandanımız başda olmaqla,   işğalçıları bayraq qaldırıb məğlubiyyətini boynuna almağa məcbur etdi. Bu, düşmənin diz çökməsi, yalvarması demək idi.

 

Azərbaycan Prezidenti onu da bildirdi ki, biz tarixi ədaləti bərpa etdik. Biz göstərdik ki, heç kim xalqımızın iradəsi qarşısında dura bilməz.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 20 iyun.- S.1;5.