“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Baytarlıq haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 682; 2007, ¹ 12, maddə 1218; 2008, ¹ 2, maddə 49, ¹ 5, maddə 344; 2009, ¹ 12, maddələr 948, 968; 2014, ¹ 10, maddə 1151; 2018, ¹ 4, maddə 640, ¹ 12 (I kitab), maddə 2490; 2019, ¹ 6, maddə 995, ¹ 8, maddə 1630; 2020, ¹ 5, maddə 521) 39.5-ci maddəsinəgörə alınansözlərindən əvvəl “, habelə dövlət sifarişi ilə heyvanların planlı profilaktik məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinəsözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 may 2021-ci il

Azərbaycan.-2021.- 20 iyun.- S.2.