Yüksək dövlət qulluğu güclü dövlət deməkdir

 

Azərbaycanın dillərə dastan parlaq qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi artıq bəlli gerçəkliklərin təsdiqi kimi tarixə düşdü. Bütün dünya Azərbaycanda ardıcıl və sistemli dəyişikliklərin nəticələrini izlədi və eyni zamanda Qarabağda baş verənlərdən dərs çıxarmış oldu. Özü də təkcə hərbi deyil, həmçinin siyasi və idarəçilik dərsi. Baş verənlər həm də Azərbaycan üçün müharibədən əvvəl işlənib hazırlanmış ortamüddətli və uzunmüddətli inkişaf strategiyalarının faktiki təntənəsi idi. Bəlli faktdır ki, çətin dönəmlərdə, xüsusilə müharibə dönəmində hər bir xalqın güclü liderə ehtiyacı olur. Azərbaycanın bu sarıdan bəxti gətirib.

Prezident İlham Əliyev savaş öncəsi və sonrası dəfələrlə məntiqli arqumentləri, qətiyyəti və məğrur duruşuyla Azərbaycanı bəyənməyənlərin, gözü götürməyənlərin dərsini verdi. Çünki Azərbaycanın Ali Baş Komandanının iradəsi, qərarları, bəyanatları ölkəsinin qüdrətindən qaynaqlanır, sadəcə, intuisiyaya deyil, həm də güclərin və vasitələrin dəqiq hesablanmasına əsaslanırdı.

Əslində siyasi proseslərdə qlobal maraqların miqyasını və meqatrendləri, beynəlxalq müstəvidə gedən oyunları, qlobal siyasi konfiqurasiyanın bir cinahında hələ də neoimperializm siyasətini davam etdirməkdə israrlı dövlətlərin məqsədlərini dəqiq hesablayan Prezident İlham Əliyev müharibədən öncə də öz çıxışlarında dəfələrlə yeganə çıxış yolu kimi güclü Azərbaycanı gördüyünü səsləndirib və bu istiqamətdə ciddi addımlar atıb. Ən başlıcası İlham Əliyev qısa zaman çərçivəsində milli qüruru canlandırıb, Azərbaycanı beynəlxalq arenada bərabərhüquqlu tərəfdaş kimi qəbul etdirib.

Bir çox postsosialist ölkələrində demokratik tranzitin təcrübəsi bir daha sübut etdi ki, “öncə güclü dövlət, sonra iqtisadiyyatprinsipinin pozulması birmənalı olaraq gözlənilən mənfi nəticələrə yol açır. Bu şəraitdə ya siyasi rejimlərin aşınması, ya da iqtisadiyyatın dağılması və əhalinin əsas hissəsinin yoxsullaşması müşahidə olunur. Sirr deyil ki, dövlət qulluğunun institusional zəifliyi ölkələrin inkişafını əngəlləyən başlıca amildir. Müstəqilliyinə qovuşmasından 30 ilə yaxın zaman keçən Azərbaycanda 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğur strategiyasının qayəsi dövlət qulluğunu  ölkənin davamlı sosial, siyasi, iqtisadi inkişafının ən vacib elementinə çevirməkdi. Bunun üçün ilk növbədə səmərəli dövlət idarəçiliyi sisteminə malik güclü dövlətin qurulması və müasir dövlət qulluqçuları ordusunun yaradılması məqsədi müəyyənləşdirildi və bu istiqamətdə önəmli addımlar atıldı. Ölkədə dövlət qulluğu aparatının modernləşməsi dövlətin rolunun transformasiyası ilə sıx bağlıdır.

Hazırda Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun prioriteti Azərbaycan Respublikasının dünya dövlətləri arasında  rəqabətədavamlı, effektivsabit inkişaf sahəsində layiqli yer tutması, kəmiyyət deyil, keyfiyyətə əsaslanan iqtisadi yüksəlişə nail olması və vətəndaşlar üçün yüksək həyat standartları təmin etməsidir. Bu hədəfə çatmaq üçün köklü tədbirlər görülübilk növbədə cəmiyyətin başlıca ideyası - intellektə əsaslanan millətin formalaşdırılması ideyasının gerçəkləşdirilmə mexanizmləri işə salınıb.  Prezident İlham Əliyev Azərbaycanda hakimiyyətin həm simasını dəyişməyə, eyni zamanda sistemi müasir standartlara uyğun çalışmağa müvəffəq olmaqla yanaşı, yeni siyasi dəyişim mədəniyyətinin əsasını qoyub. Azərbaycan hazırda dünya reytinqlərində layiqli yer tutub, iqtisadiyyatda pozitiv dinamika qorunur, cəmiyyətdə milli birlik ruhu yüksəkdir.

XXI yüzillikdə heç şübhəsiz ki, gələcəyin açarı bilik və texnologiyalar, dövlətin başlıca vəzifəsi isə biliyə və texnologiyalara əsaslanan startegiyanın işlənib reallaşdırılmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin böyük səmərəliliklə gerçəkləşdirdiyi dövlət idarəçilik strategiyasının təməlində də məhz elm, texnologiyalar, elmi-intellektual insan potensialının formalaşdırılması dayanır. İctimai həyatın bütün sahələrində inkişaf templəri diqqətləri üzərinə çəkən, sözün həqiqi mənasında, innovativ tərəqqi sərgiləyən Azərbaycan Respublikasının ən böyük uğuru düzgün seçilmiş, dünyaya örnək ola biləcək iki liderinin bir-birini əvəzləməsi ilə yanaşı, həmçinin bu gün məntiqli, bir çox hallarda zamanını qabaqlayan genişspektrli islahatların nəticəsi olaraq formalaşdırılmış dövlət qulluğu sistemidir. O sistem ki, təkcə hesabat vermir, eyni zamanda inkişaf siyasəti və onun məqsədlərinə, öz fəaliyyətinin nəticələrinə görə məsuliyyət və cavabdehlik daşıyır. Ölkədə dövlət qulluğu sistemində başlıca yeniliklərdən biri köhnə rekrutinq metodlarından yüksək peşəkarlığa malik mütəxəssis və rəhbərlərin həm də sistem daxilində yetişdirilməsi siyasətinə keçidlə bağlıdır. Bütün bu uğurların, qazanılmış nailiyyətlərin davamlı olması isə eyni zamanda yeni idarəetmə paradiqmasına malik, müasir reallıqlara cavab verən kadrların, ilk növbədə, dövlət qulluqçularının yetişdirilməsinə bağlıdır.  Bu günün dövlət qulluqçuları idarəetmədə köklü dəyişikliklərə hazır olmalı, bir çox hallarda dəyişiklikləri qabaqlamalı, ölkədə gerçəkləşdirilən “uğurlu strategiyanın” lokomotivi rolunda çıxış etməlidirlər. Bunun üçün  öyrənmək, təhsil səviyyəsini artırmaq, düşünmək, fikirləşmək, əmək vərdişlərini təkmilləşdirmək, sosial məsuliyyəti və nəticə etibarilə şəxsiyyətin və bütövlükdə ölkənin rəqabət qabiliyyətini gücləndirmək lazımdır. Bu günün dövlət qulluqçusu yüksəksəviyyəli peşəkar olmaqla yanaşı, həm də həmhüdud sahələrdə müəyyən biliklərə yiyələnmiş, geniş dünyagörüşü və mədəniyyətə, həmçinin milli, eləcə də qlobal miqyasda sosial məsuliyyət hissinə malik bir şəxsdir. Kreativlik, innovasiyalara meyillilik kimi keyfiyyətlər də önəmlidir. Düzgün aparılan kadr siyasəti həm də bir növ ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir. XXI əsrin əvvəli bütün dünyada insanın təşkilatda roluna və əhəmiyyətinə dair mövqeyi ilə fərqlənən konsepsiya və nəzəriyyələrin müxtəlifliyi ilə xarakterizə olunur. İstənilən təşkilatın idarə olunması  müxtəlif sistemlərin qarşılıqlı təsirini nəzərdə tutur. Bu sistemlərin arasında ən fəalı, qabaqcılı, digərlərini hərəkətə gətirəni dövlət qulluğu heyətinin fəaliyyətini idarəetmə sistemidir. Bazar münasibətlərinə keçən müasir Azərbaycan üçün bir çox sosial sahələrin islahatlaşdırılmasının nəzəri və metodoloji əsaslarının axtarışı səciyyəvidir. Nəticə etibarilə paradoksal vəziyyət yaranıb: bir tərəfdən, heyətin idarə edilməsinə elmi biliklər sistemi kimi nəzəri baxışların müxtəlifliyi mövcuddur, digər tərəfdən, dövlət təşkilatlarında karyera artımını və heyətin inkişafını idarəetmə sisteminin təkamül prosesini açıqlayan metodologiya və nəzəriyyə yoxdur.

 

Bu gerçəkliklərin fonunda Azərbaycanda inkişafda olan inzibati islahatlaşdırma zamanı dövlət aparatının strukturu və funksiyaları optimallaşdırılıb, dövlət hakimiyyəti orqanlarının kadr potensialının peşəkar səviyyədə inkişafının idarəetmə səmərəliliyinin artırılması təmin olunub.  Dövlət idarəçiliyinin və mülki dövlət qulluqçularının peşəkar təliminin davamlı və ziddiyyətsiz normativ-hüquqi bazasının yaradılması prosesi uğurla davam etdirilir. Ölkədə bütövlükdə dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqçularının islahatlar prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli mexanizmlərinin formalaşması, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, dövlət qulluğunun fəaliyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun səriştəli idarə edilməsi sisteminin qurulması, dövlət qulluğu institutunun inkişafı və təkmilləşdirilməsinə keyfiyyətli ekspert dəstəyinin təmin olunmasının önəmli rolu var.

 

Birinci vitse-prezident institutunun təsis edilməsi və bu yüksək vəzifəyə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təyin olunması da öz müsbət nəticələrini göstərməkdədir. Məhz onun fəaliyyətinin nəticəsi olaraq ölkəmizdə dövlət qulluğu təkcə hüquqi və təşkilati deyil, həm də publiksosial institut imici qazana bilib, dövlət-özəl tərəfdaşlığının özünəməxsus yeni formatı və modeli sınaqdan keçirilib. Bu gün dövlət aparatı qarşısında daha səmərəli, mobil və vətəndaşlara yönəlik, daim təkmilləşən instituta çevrilmək kimi bir çağırış var. Bu institutun başlıca kapitalı insandır. Peşəkar insanların uzunmüddətli karyeralarını dövlət aparatı ilə bağlamaları üçün dövlət qulluğu həm “daxildən”, həm də “xaricdən” cəlbedici yerinə çevrilməlidir. Bunun üçün dövlət qulluğunda yeni yanaşmaların tətbiqi zəruri tələb kimi qarşıya qoyulub. Öncə dövlət qulluğunun cəlbedici işgötürən kimi formalaşması üçün tədbirlər gerçəkləşdirilib, dövlət qulluqçularının sosial təminatları ilə bağlı bir çox məsələlər həllini tapıb. Dövlət qulluğunun cəlbediciliyinin yüksəldilməsi məqsədilə dövlət aparatının təşkilati mədəniyyəti daha çevik proses deyil, nəticəyə yönəlik və innovativ yanaşmalara açıq duruma gətirilib. Eyni zamanda yeni çağırışlar fonunda dövlət qulluqçularının potensialı və bacarıqlarının inkişafı, həmçinin dövlət qulluğunda insan resurslarının idarə edilməsinə yönəlik texnologiyaların tətbiqinə başlanılıb, meritokratiya prinsiplərinin gücləndirilməsi prioritet kimi önə çəkilib.

 

Mülki dövlət qulluqçularının peşəkar təlimi sisteminin təşkili inkişaf ehtiyatlarından kadr heyətinin proqnoz xarakteristikaları əsasında səmərəli istifadə də vacibdir, bu, dövlət qulluğunun inkişaf qanunauyğunluqları və meyillərinin meydana çıxarılmasını nəzərdə tutur. Dövlət kadr siyasəti reallaşdırılarkən dövlət qulluğunda həm müsbət, həm mənfi məqamlar nəzərə alınaraq islahatlar prosesində bu sahədə təkmilləşdirmə aparılıb.

 

Karyera inkişafını idarəetmə sisteminə elmi yanaşma sayəsində  konseptual müddəaların, məqsədlərin, vəzifə və funksiyaların  təhlilinə yeni nöqteyi-nəzərdən yanaşılıb, obyektiv problemlər və inkişaf mənbələri aşkar edilib ki, bu da öz növbəsində, praktiki sahədə dövlət qulluqçularının müasir karyera inkişafını idarəetmə sistemlərinin inkişaf qanunauyğunluqlarını və dövlət qulluğu sahəsində fəaliyyətin xüsusiyyətlərini nəzərə alaraq onların optimallaşdırılmasına, işlənib hazırlanmasına və tətbiqinə yol açıb. 

 

Səriştəli kadr çatışmazlığı təhlükəsi müasir elmi bilik, bacarıq və qabiliyyətlərə malik olanpraktiki fəaliyyətində dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi üzrə peşəkar hazırlıq keçən dövlət qulluqçuları korpusunun yaradılması problemini ön plana çıxardı. Belə bir mürəkkəb vəzifənin həlli səmərəli dövlət qulluqçusunun hazırlığı və ixtisasının artırılması sistemi olmadan qeyri-mümkündür. Bu cür sistemin işinin qurulması və təşkili çətin və uzunmüddətlidir, lakin çox mühüm və zəruridir. Deməli, bu istiqamət dövlət kadr siyasətində prioritet təşkil etməlidir.  Yeni sistem ictimai proseslərin dövlət tərəfindən idarə olunmasının səmərəliliyinin artırılmasının, mülki cəmiyyətin bərqərar olmasının  hüquqi dövlətin formalaşdırılmasının yollarından biri olmalıdır. Azərbaycanın bu sahədə örnəyi təqdirəlayiqdir. 

 

Yeniləşmiş dövlət aparatı perspektivdə tamamilə yeni şəraitdə işləyəcək.  Transparent və hesabatlı dövlətin yaradılması dövlət qərarlarının simulyasiyası, nəticə etibarilə qanunların “dəyərsiz kağıza” çevrilməsi təcrübəsini istisna edəcək. Vətəndaşların dövlət qərarlarının hazırlanması və reallaşdırılması prosesində birbaşa iştirakı cəmiyyətin sosiallaşdırılması və mədəniyyət səviyyəsinin əvəzolunmaz vasitəsinə çevrilib. Qəbul edilən dövlət proqramları, idarəetmə qərarlarının səmərəliliyinin anlaşılan qiymətləndirmə meyarlarının işlənməsi, həmçinin siyasilərin və idarəçilərin ölkənin inkişafına töhfələri cəmiyyətdə və dövlət aparatında tam yeni mənəvi və işgüzar atmosferi təmin edib. 

 

Müştəriyə yönəliklilik, peşəkarlıq, cavabdehlik, açıqlıq və əlçatanlıq məmurların əsas prinsipləri olmalıdır. Dövlət orqanları ilə əhali arasında effektiv interaktiv əlaqə, ictimaiyyətlə davamlı dialoq rəhbərliyin bütün sosial sahələrin ehtiyac və fikirlərinə fəal və adekvat reaksiyası, operativ qərarların qəbuluna imkan verib.

 

Bu arada bir fakta nəzər salmaq yerinə düşür: hazırda G 7 ölkələri və Azərbaycanda əhalinin orta yaş göstəricilərinin müqayisəli təhlili ölkəmizdə insan potensialının inkişafı baxımından bizə üstün tarixi imkanlar qazandırır. Məsələ burasındadır ki,  Azərbaycanda bu göstərici Almaniya, Böyük Britaniya, Yaponiya  Fransa kimi dünyanın demoqrafik baxımdan “qocalmaqdaolan aparıcı dövlətlərinin göstəricisindən üstündür. Göründüyü kimi, Azərbaycanın “innovativ sıçrayışı” üçün zəmin hazırlayacaq gənc insan potensialı var. Bu potensiala, onun düzgün dəyərləndirilməsinə postkonflikt dövründə olduqca böyük ehtiyac var. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış öz əksini tapıb və bu məsələnin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi bütövlükdə Azərbaycanda dövlət aparatı qarşısında yeni fərqli hədəflər qoyulduğundan xəbər verir. Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə dediyi kimi: “Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Keçmiş köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayıram. Hər halda Azərbaycan dövləti əlindən gələni edəcək ki, bu gün daha da yaxınlaşsın. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir”. Bu məqsəd, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadisosial simasında tarixi mövqeyinin bərpası, bölgə üçün müqayisəli üstünlük sahələrinin müəyyən edilməsi  yeni və fərqli idarəçilik və inkişaf modellərinin tətbiqini aktuallaşdırır. Cənab Prezidentin orta statistik azərbaycanlının xəyallarını gerçəkliyə çevirən siyasi iradə və uzaqgörənliyi və gələcək hədəflərin reallaşdırılması üçün formalaşdırdığı gənc, mobil və nəticəyönümlü dövlət aparatı sayəsində Böyük Qayıdış daha möhtəşəm uğurlara vəsilə olacaqdır.  

 

 

Ziyafət HƏBİBOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

 şöbə müdiri, siyasi elmlər doktoru, professor

Azərbaycan.-2021.- 20 iyun.- S.4.