Şuşa Bəyannaməsi
- sülh bəyannaməsi
Biz həmişə Tanrıya üz tutanda gözlərimizi göyə zilləyirik.
Əslində, hamımız Allahın səmanın sonsuzluğunda qərar tutduğunu qəbul etmişik.
Odur ki, yüksəkliyə qalxanda Allaha yaxınlaşdığımızı zənn edirik.
Şuşa Azərbaycanın ən hündür nöqtələrindən birində yerləşdiyindən Allaha yaxın şəhər sayılır.
Belə şəhərlərdə, adətən, xoş istək və arzular səsləndirilir, onların daha tez reallaşacağına inam olur.
Azərbaycan xalqını böhrandan, dövlətini və dövlətçiliyini itirmək təhlükəsindən xilas edən Milli Qurtuluş Günündə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan Şuşa Bəyannaməsinin məhz burada imzalanmasının ikiqat rəmzi mənası var.
Bu, Uca Tanrının da yaxından xeyir-dua verdiyi birlikdir, sazişdir!
Bu birlik Qarabağın daha etibarlı müdafiəsini təmin edəcəkdir!
Üstəlik, bu birlik Şuşa da
daxil bütün Qarabağın sürətlə
yenidən tikilib qurulmaqla cənnətə
çevrilməsinə öz
töhfəsini verəcəkdir!
Bu birlik həm də dosta sevinc,
fərəh gətirir,
düşmənə gözdağına
çevrilir!
***
I Qarabağ müharibəsində
ona görə məğlub olduq ki:
* Xalq həqiqi rəhbərindən - Ulu Öndər Heydər Əliyevdən uzaq düşmüşdü;
* Dövlətə maymaqlar,
qorxaqlar, səriştəsizlər,
şəxsi maraqlarını
milli mənafedən üstün tutanlar başçılıq edirdilər;
* Düzgün daxili və xarici siyasət formalaşdırılmamışdı;
* Vaxtında ordu qurulmadı və silahlandırılmadı;
* Torpaqların etibarlı müdafiəsi təşkil
olunmadı;
* Ölkədə sabitliyin pozulması, özbaşınalığın
və qanunsuzluğun baş alıb getməsi vətəndaş
müharibəsinə, ən
nəhayət, torpaqların
itirilməsinə səbəb
oldu!
* Məğlubiyyətin bir səbəbi də Ermənistanın bir neçə mənbədən
silahlandırıldığı, maliyyələşdirildiyi və
digər formalarda yardım göstərildiyi
halda Azərbaycanın
tək və köməksiz qalması idi.
Hətta qardaş Türkiyə də bizə həmin vaxt yardım göstərə
bilmədi.
***
Münaqişənin ilkin mərhələsində
Azərbaycan problemin sülh yolu ilə, danışıqlar
vasitəsilə həllinin
tərəfdarı olduğunu
açıq şəkildə
ortaya qoydu.
Ermənistan tərəfi isə bunu güzəşt və qorxaqlıq əlaməti kimi qiymətləndirərək daha
da azğınlaşdı.
Bəli,
ötən əsrin
90-cı illərində meydanda
zəif Azərbaycan və arxalı Ermənistan var idi!
Ermənistan həmişəki kimi, həm də xain xislətinə sadiq olaraq bu
məqamdan bəhrələndi,
Dağlıq Qarabağı
və ətrafdakı
yeddi rayonu işğal etdi.
Azərbaycan yenə də məsələnin çözülməsinin
sülh danışıqları
yolu ilə, eyni zamanda ərazi
bütövlüyü çərçivəsində
həllinin tərəfdarı
olduğunu söylədi.
Lakin Ermənistan
və münaqişəni
nizamlamalı olan
ATƏT-in Minsk qrupu sözdə
bu ideyanı dəstəkləsə də,
əməldə “özünüz
aranızda hansı razılığa gəlsəniz,
biz də onu qəbul edəcəyik” və daha sonra
“reallıqla hesablaşmaq
lazımdır” kimi məkrli və qəbuledilməz mövqe
sərgilədilər.
Beynəlxalq qurumlardan heç
bir təsir və təzyiq görməyən Ermənistan
Azərbaycan torpaqlarını
öz gücünə
işğal etdiyinə
inanaraq “qalib millət”, “məğlubedilməz
ordu” eyforiyasına uyaraq sözün həqiqi mənasında qudurdu və bizi yeni ərazilərin
işğalı ilə
hədələməyə başladı.
Amma iki vacib məqamı
unutmuşdu:
Birincisi,
zamanı və onun gedişatını!
İkincisi isə, Azərbaycana
İlham Əliyev kimi siyasət nəhənginin və qüdrətli sərkərdənin
rəhbərlik etdiyini!
44 günlük Vətən müharibəsi başlayandan
bir neçə gün sonra ciddi səhv və yekəbaşlıq
etdiyini anladı!
Döymədiyi qapı, zəng
etmədiyi dövlət
başçısı, yalamadığı
daban qalmadı!
Lakin Müzəffər
Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi və şərti - Ermənistan öz qoşunlarının işğal
ərazilərindən çıxarılması
ilə bağlı konkret tarix göstərilən
qrafik təqdim edilməyənə və
kapitulyasiya sənədini
imzalamayana qədər
hərbi əməliyyatlar
dayandırılmadı.
***
XXI əsrin ən müasir müharibəsini
aparan, ən yeni strategiya və taktika tətbiq edən Azərbaycan 44 gün ərzində düşməni
təkcə hərb meydanında deyil, diplomatiya sahəsində və informasiya müharibəsində də
darmadağın etdi!
Qısa
müddətdə 3 cəbhədə
möhtəşəm zəfər
qazanılmasının bir
neçə səbəbi
vardı:
Əvvəla, Azərbaycana və onun qüdrətli Ordusuna cənab İlham Əliyev kimi görkəmli dövlət xadimi, mahir sərkərdə rəhbərlik edirdi.
İkincisi, ordu qələbəyə
köklənmiş, mətin
və təcrübəli
əsgər və zabitlərlə komplektləşdirilmiş,
ən yeni silah və vasitələrlə
təmin edilmişdi.
Üçüncüsü, dövlət başçısı İlham
Əliyev hakimiyyətdə
olduğu müddətdə
diplomatiya sahəsində
böyük uğurlara
imza atmış, müəllifi olduğu “hücum diplomatiyası” taktikasını tətbiq
etmiş, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı əsl həqiqətləri dünyaya
çatdırmış və
Ermənistanın işğalçı
simasını yetərincə
ifşa etmişdi.
Dördüncü, hərbi əməliyyatlar
davam edən müddətdə cənab
İlham Əliyev dünya KİV-inə açıq oldu, jurnalistlərin bütün
suallarını cavablandırdı,
problemin mahiyyəti ilə bağlı dünya ictimaiyyətini maarifləndirdi, feyk xəbərləri təkzib
və ifşa etdi, informasiya müharibəsinin şəriksiz
qalibi oldu.
Beşincisi və ən əsası, qardaş Türkiyə bu müharibədə əvvəldən
sonadək bütün
məsələlərdə daim dəstəyimiz oldu, arxamızda durdu, hər bir köməyi göstərdi və indi də göstərir!
Məhz
bu birlik, dostluq, qardaşlıq Qarabağın işğaldan
azad olunmasının və bu gün
yenidən dirçəldilməsinin
təməli, əsasıdır!
Şuşa Bəyannaməsi isə
tarixi birliyimizin yeni və daha
yüksək mərhələsinə keçidinin
həm də rəsmən təsdiqlənməsidir!
***
Əslində, Şuşa Bəyannaməsi indiyədək
iki qardaş ölkə arasında mövcud olan və hamıya bəlli məsələlərin
bir daha ucadan söylənilməsidir:
* Azərbaycana qarşı hər hansı hədə, təhlükə
və ya təcavüz törətmək
istəyənlər öz
qarşılarında həm
də Türkiyəni
görəcəklər;
* Türkiyə ordu quruculuğunda daim Azərbaycana dəstək
olacaq, əsgər, zabit və hərbi
mütəxəssislərin hazırlanmasında yaxından
kömək edəcək;
* Hər iki dövlətin
hərbi sənaye kompleksi birgə fəaliyyət göstərəcək,
Türkiyənin ən
müasir silahları ölkəmiz üçün
əlçatan olacaq;
* Hərbin bütün sahələrində - məsləhətləşmələrdən
tutmuş təcavüzə
qarşı birgə müdafiəyədək hər
iki qardaş dövlət daim bir-birinin yanında olacaq, birgə fəaliyyət göstərəcəkdir.
Bütün bunlardan öncə
Şuşa Bəyannaməsi, əslində,
həm də sülh bəyannaməsidir,
sülhsevər bəyannamədir:
O, bölgədəki 6 dövləti
Cənubi Qafqazın bütün imkanlarından
bərabər şəkildə
bəhrələnməyə çağırır və
buna şərait yaradır!
Bölgədə təhlükə mənbəyi
rolunu oynayan, işğalçı dövlət
Ermənistanı əməkdaşlığa
dəvət edir, qisasçılıqdan uzaq
durmağa, öz dövlətinin və xalqının gələcək
inkişafı üçün
Zəngəzur dəhlizindən
bəhrələnməyə səsləyir!
Hətta
qardaş Türkiyənin
Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə
bildirdi ki, Ermənistanın Azərbaycanla
sülh müqaviləsi
bağlayacağı təqdirdə
Türkiyə dövləti
sərhədlərin açılması
məsələsinə yenidən
baxa bilər, Ermənistan blokadadan qurtular;
Bütövlükdə Şuşa Bəyannaməsi prinsipcə bölgədə sülhün təmininə, Zəngəzur dəhlizinin açılmasına töhfələr verməklə yeni nəqliyyat dəhlizindən yararlanacaq bütün dövlətlərə təhlükəsiz və səmərəli əməkdaşlıq şəraiti də yaradır!
Şuşa Bəyannaməsi əməlcə və mahiyyətcə sülh bəyannaməsidir!
Bu sənəd Cənubi Qafqaz regionuna sülh, əmin-amanlıq və əməkdaşlıq təklif edir.
Həm də onun yolunu, imkanlarını göstərir.
Sənədin arxasında iqtisadi imkanlar, nəhəng layihələr, eyni zamanda, hərbi güc də dayanır!
Azərbaycan, Türkiyə və Rusiya Cənubi Qafqazda sülhün və əməkdaşlığın bərqərar olunmasında maraqlıdır.
Bunu dəfələrlə bəyan etmiş və müxtəlif sənədləri imzalamaqla xoş niyyətlərini ortaya qoymuşlar.
İran və Gürcüstan da bölgənin nəqliyyat və logistika imkanlarından bəhrələnməyin tərəfdarıdırlar.
Nala-mıxa döyən isə təkcə Ermənistandır!
Üçtərəfli Bəyanatı imzalasalar da, qisasçılıqdan əl çəkmədiklərini, sərsəm xülyaları başlarından çıxarmadıqlarını müxtəlif formada səsləndirirlər.
Seçim yenə də Ermənistanındır!
Sülh və əməkdaşlıq, yoxsa dəmir yumruq!
Altılıqda olmaq, yoxsa çoxluğa qarşı çıxmaq!
“Böyük Ermənistan” söyləyərək kiçik Ermənistanı da itirmək, yoxsa dilənçi və məhv olmuş vəziyyətdən qurtulmaq!
Şuşa Bəyannaməsi həm də Ermənistanın qurtuluşu üçün sonuncu şansdır!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2021.- 22 iyun.- S.1;3.