Ermənistan faşizmə və
“müharibə partiyası”na “yox” dedi
Erməni xalqı iki şər qüvvə arasından nisbətən
zərərsizini seçdi
Ermənistanda növbədənkənar parlament
seçkiləri başa
çatdı. 21 partiya
və 4 blokun iştirak etdiyi seçki prosesi bir sıra kobud
qanun pozuntuları, hətta silahlı insidentlə müşayiət
olundu. Bəzi dairələr bunu
ölkə tarixinin ən rüsvayçı
seçkiləri adlandırdılar.
Ermənistan MSK-nın yaydığı
məlumata əsasən,
N.Paşinyanın rəhbərlik
etdiyi “Vətəndaş
Müqaviləsi” partiyası
53,92 faiz səs qazanmaqla qalib gəlib. Ancaq növbədənkənar seçki
nəticəsində parlamentdə
“Ermənistan” bloku da təmsil olunacaq.
Adıçəkilən blok səslərin 21,04 faizini toplaya bilib. Bunlardan başqa, 5,23 faiz səs qazanmış,
lakin bloklar üçün nəzərdə
tutulan 7 faizlik həddi aşmayan Artur Vanetsyanın başçılıq etdiyi
blok da mandat
alacaq. Ermənistan qanunlarına əsasən,
səsvermə nəticəsində
yalnız iki siyasi qüvvə parlamentdə təmsil olunmaq üçün kifayət qədər səs qazanarsa, üçüncü, daha
çox səs qazanmış siyasi qüvvəyə də parlamentdə təmsil olunmaq haqqı verilir.
Əvvəlcədən bəlli olduğu kimi, seçkilərdə əsas
rəqiblər baş
nazir vəzifəsini icra edən N. Paşinyanla, Xocalı qətliamının iştirakçısı,
günahsız soydaşlarımıza
qarşı amansız
terrorun təşkilatçılarından
biri olan Robert Koçaryan hesab olunurdu. Yəni erməni xalqı
iki şər arasında seçim etməli idi. İllərdir səfalət
içərisində yaşayan
xalq məcburiyyət qarşısında qalaraq
seçimini etdi və iki pisin
arasından nisbətən
zərərsizinə səs
verdi.
R.Köçəryanın yürütdüyü siyasətin
qurbanına çevrilən
erməni xalqı onu yaxşı tanıyırdı. Qarabağı işğal etməklə
Ermənistanı ağır
məhrumiyyətlərə düçar edən Köçəryanın seçkidə
qalib gəlməyəcəyi
əvvəlcədən gözlənilirdi.
Erməni xalqı terrora
dövlət səviyyəsində
dəstək verən,
iyrənc siyasət yürüdərək ölkəsini
xaosa sürükləyən
şəxsə etimad
göstərə bilməzdi.
Ən əsası ona görə ki, məhz Köçəryanın
dövründə Ermənistan
acınacaqlı vəziyyətə
düşmüşdü. Onun prezident olduğu illərdən Ermənistanda
rüşvətxorluq, korrupsiya,
qanunsuzluq halları və banditizm çiçəklənib. Bölgədə reallaşan
bütün transmilli layihələrdən kənarda
qalan ölkəni tərk edənlərin sayı hər il artıb.
Hətta
Robert Köçəryanın vaxtında Ermənistan vətəndaşları ailəlikcə
hakimiyyətin zülmündən
qaçaraq Naxçıvana
keçmişdilər.
N.Paşinyan isə hakimiyyətə gələndə əvvəlcə
yeni baxış, yeni mövqe nümayiş etdirəcəyini
söyləsə də,
sonradan havadarlarına
arxalanıb “qırmızı
xətt”i keçdi. Beynəlxalq toplantılar
çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi
görüşlərdə başqa fikirlər söyləsə də, Ermənistanda fərqli sözlər deyirdi. Sonda isə “Qarabağ Ermənistanındır” kimi
sərsəm fikrini söyləməklə işğal
edilmiş Azərbaycan
torpaqlarının sülh
yolu ilə geri qaytarılmasının
qeyri-mümkünlüyünü iddia etdi. Bununla da Paşinyan əsl erməni xislətini ortaya qoydu və
“yenilikçi” olması
fikrinin üstündən
xətt çəkdi.
Yəni
bu şəxs İkinci Qarabağ müharibəsinin başlanmasına
rəvac verən hərəkətlər, jestlər
və sonda təxribatlar etməklə
xalqını qırğına
verdi. “Güclü” ordusuna güvənib Azərbaycanla
savaşa başladı
və nəticədə
İlham Əliyevin qarşısında diz çökmək məcburiyyətində
qaldı. Kapitulyasiya sənədinə
qol çəkərək
işğal edilmiş
bir neçə rayonumuzu bir güllə atılmadan Azərbaycana qaytardı.
Ölkəsində rəzil vəziyyətə
düşdü.
İndi son seçkilərdə səslərin
çox hissəsini qazanmasının səbəbləri
də bəllidir. N.Paşinyan həm
parlamentdəki çıxışlarında,
həm də vətəndaşlarla görüşlərində
vurğulayırdı ki,
artıq reallıqları
qəbul etmək lazımdır. Regionda kommunikasiyaların
blokadadan çıxarılması
həm Ermənistan, həm də Azərbaycan üçün
faydalıdır. Yolların
açılması Azərbaycan
üçün faydalıdır,
çünki onun Naxçıvanla əlaqəsi
olmalıdır, Ermənistan
üçün də
faydalıdır, çünki
Rusiya və İranla etibarlı dəmir yolu əlaqəsinə ehtiyac
var. Bu, Ermənistan iqtisadiyyatını
əhəmiyyətli dərəcədə
dəyişə bilər.
Paşinyana görə, bölgədəki
ən böyük
problem Ermənistanın düşmən
kimi qəbul edilməsi və bu ölkənin də digərlərini düşmən hesab etməsidir.
Bu fikirlər müharibədəki
məğlubiyyətdən sonra erməni cəmiyyətinin N.Paşinyana
qarşı olan hirsini bir qədər
soyutdu. Çünki illərdir acınacaqlı
durumda yaşayan sadə ermənilər yaxşı anlayırlar ki, bu durumdan
qurtuluşun yeganə
yolu Azərbaycanla münasibətlərin normallaşmasıdır.
Belə olan halda Ermənistan
hansısa layihələrə
qoşula bilər və iqtisadiyyatında dirçəlmə yaranar.
Yəni Azərbaycanın
irəli sürdiyi şərtlərin qəbul
edilməsi Ermənistanın
qurtuluşu ola
bilər. Məhz buna görə də erməni xalqı iki şər qüvvənin arasından N.Paşinyanı
seçdi. Ancaq o da
bəllidir ki, N.Paşinyan Azərbaycanın
irəli sürdüyü
şərtlərə əməl
etməsə, Ermənistanın
durumu getdikcə daha da ağırlaşacaq,
bu ölkə səfalət içində
boğulacaq.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2021.- 22 iyun.- S.1;9.