Muxtar Tleuberdi: Qazaxıstan Azərbaycanla əməkdaşlığa
böyük önəm verir
Qazaxıstan Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Ölkələrimiz din, dil, adət-ənənələrə və tarixi köklərinə hörə bir-birinə çox yaxındırlar. Qazaxıstan dövləti Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirir.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri Qazaxıstan
Respublikasının Baş nazirinin müavini, xarici işlər
naziri Muxtar Tleuberdi iyunun 21-də azərbaycanlı həmkarı
Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat
konfransında ifadə edib.
Azərbaycanın
44 günlük Vətən müharibəsində Zəfər
qazanmasından ölkəsinin məmnunluğunu bildirən
Muxtar Tleuberdi qeyd edib ki, üçtərəfli Bəyanat
regionda sabitliyin təmin olunmasında mühüm rol
oynayır. Zəngəzur dəhlizinin əhəmiyyətindən
danışan nazir bildirib ki, bu dəhlizin açılması
ölkələrimiz arasında yeni imkanlar yaradacaq.
“Azərbaycan geosiyasi
reallıq yaradıb. Ölkəniz demokratik
və modern inkişaf
yolu ilə inkişaf edir. Azərbaycan Qazaxıstanın Cənubi Qafqazda əsas tərəfdaşlarından biridir. İqtisadi
diplomatiyanı inkişaf etdirməyə
hazırıq. Vaksin pasportlarının
tanınması, birbaşa aviareyslərin
açılması müzakirə mövzusudur.
Eyni zamanda, mədəniyyət, elm,
turizm və digər sahələrdə
layihələrimizi davam etdirəcəyik.
Ölkələrimiz arasında faydalı əməkdaşlıq
sistemi qurulub və biz bu əməkdaşlığı
daha yüksək səviyyədə inkişaf etdirəcəyik”, - deyə nazir vurğulayıb.
Azərbaycan.-2021.- 22 iyun.- S.2.