Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikası Vergi
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (I kitab),
maddə 583; 2001, ¹ 7, maddə
454, ¹ 9, maddə 576, ¹ 12, maddə
734; 2002, ¹ 5, maddə 249, ¹ 12, maddə 707; 2003, ¹ 8, maddə
425, ¹ 12 (I kitab), maddə
671; 2004, ¹ 1, maddə 1, ¹ 11, maddə 887, ¹ 12, maddə
980; 2005, ¹ 2, maddə 61, ¹ 8, maddə 688, ¹ 12, maddə
1081; 2006, ¹ 12, maddələr 1005, 1026;
2007, ¹ 1, maddə 4, ¹ 6, maddə
597, ¹ 8, maddə 745, ¹ 11, maddə
1053, ¹ 12, maddə 1192; 2008, ¹ 7, maddə
602, ¹11, maddə 960; 2009, ¹ 7, maddə 506; 2011, ¹ 1, maddə
14, ¹ 7, maddələr 588, 603, ¹ 12, maddə 1115; 2012, ¹ 6, maddələr
500, 513, ¹ 7, maddə 652, ¹ 9, maddə 841, ¹ 12, maddə
1226; 2013, ¹ 2, maddə 91, ¹ 4, maddə 366, ¹11, maddə
1278, ¹ 12, maddələr 1483, 1486, 1495;
2014, ¹ 2, maddələr 94, 98, ¹ 6, maddə 608, ¹ 7, maddə
770, ¹ 8, maddə 957, ¹ 10, maddə
1158, ¹ 12, maddə 1525; 2015, ¹ 1, maddə 11, ¹ 12, maddə
1433; 2016, ¹ 2 (I kitab), maddə
207, ¹ 3, maddələr 396, 402, ¹ 5, maddə 848, ¹ 6, maddələr
973, 974, 1015, ¹ 7, maddə 1245, ¹ 10, maddə 1603, ¹ 11, maddələr
1752, 1792, 1793, ¹ 12, maddələr 2001,
2037, 2046; 2017, ¹ 2, maddə 146, ¹ 5, maddələr 695, 723, 737, ¹ 6, maddə
1055, ¹ 7, maddə 1304, ¹ 8, maddə
1509, ¹ 12 (I kitab), maddələr
2219, 2251, 2270; 2018, ¹ 2, maddə 149, ¹ 5, maddə 863, ¹ 6, maddə
1193, ¹ 7 (I kitab), maddələr
1414, 1427, ¹ 10, maddə 1962, ¹ 11, maddələr 2186, 2210, ¹ 12 (I kitab),
maddələr 2498, 2509; 2019, ¹ 1, maddə 30, ¹ 4, maddə
590, ¹ 5, maddələr
796, 801, 804, 812, 814, ¹ 8, maddələr
1364, 1373, 1378, ¹ 12, maddə 1894; 2020, ¹ 5, maddə 522, ¹ 6, maddələr
668, 678, ¹ 7, maddə 832, ¹ 8, maddə 1013, ¹ 11, maddələr
1328, 1334, ¹ 12 (I kitab), maddələr
1439, 1441, 1454, 1455; Azərbaycan Respublikasının 2021-ci il
23 fevral tarixli 266-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
1. 150.1.13.4-cü maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
150.1.13.5-ci maddə əlavə
edilsin:
“150.1.13.5. verilmiş borcun təminatı kimi fərdi sahibkarın əmlakı çıxış etdikdə ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edilməsi.”.
2. 150.3-1-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:
“Hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar bu Məcəllənin 150.1.13.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə hərracın nəticələri rəsmiləşdirildiyi gündən 10 (on) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada məlumatı vergi orqanına təqdim etməyə borcludurlar.
Verilmiş borcun təminatı kimi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edildikdə bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ipoteka saxlayandan tutulur.”.
3. Aşağıdakı məzmunda 150.3-5-ci maddə əlavə edilsin:
“150.3-5. Bu Məcəllənin 150.1.13.5-ci maddəsində nəzərdə tutulmuş halda fərdi sahibkarlar bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablamağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar.”.
4. 159.7-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 may 2021-ci il
Azərbaycan.-2021.- 22 iyun.- S.5.