“Azərbaycan Respublikası
Hökuməti ilə Türkiyə Respublikası Hökuməti
arasında peşə təhsili sahəsində əməkdaşlığa
dair Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinin
4-cü bəndini rəhbər
tutaraq qərara alır:
2021-ci il fevralın
19-da Ankara şəhərində imzalanmış “Azərbaycan
Respublikası Hökuməti
ilə Türkiyə Respublikası Hökuməti
arasında peşə
təhsili sahəsində
əməkdaşlığa dair Protokol” təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyun
2021-ci il
Azərbaycan.-2021.- 22 iyun.- S.5.