“Şəkərli
diabet xəstəliyinə tutulmuş
şəxslərə dövlət qayğısı
haqqında”, “Qanın, qan komponentlərinin
donorluğu və qan
xidməti haqqında”, “Yetkinlik
yaşına çatmayanların
baxımsızlığının və hüquq
pozuntularının profilaktikası haqqında”, “Azərbaycan
Qızıl Aypara Cəmiyyəti
haqqında”, “Arıçılıq
haqqında”, “Penitensiar müəssisələrdə
cəza çəkməkdən azad edilmiş şəxslərin sosial
adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən
tərbiyəsi və idman haqqında”,
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında”, “İnsanın
immunçatışmazlığı virusunun
törətdiyi xəstəliklə mübarizə
haqqında” və “Məişət
zorakılığının qarşısının
alınması haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. “Şəkərli
diabet xəstəliyinə
tutulmuş şəxslərə
dövlət qayğısı
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 2, maddə 54; 2008, ¹ 7, maddə 602; 2016, ¹ 4, maddə
648; 2020, ¹ 7, maddə 828) aşağıdakı
dəyişikliklər edilsin:
1.1.
1.0.2-ci maddədən “qeydiyyatı
və” sözləri çıxarılsın;
1.2. 5.1-ci
və 7.4-cü maddələr
aşağıdakı redaksiyada
verilsin:
“5.1. Şəkərli diabet xəstəliyinə tutulmuş
şəxslərin uçotunun
aparılmasını təmin
etmək, şəkərli
diabetlə xəstələnmə
halları, ağırlaşma,
əlilliyin, o cümlədən
18 yaşınadək uşaqların
sağlamlıq imkanları
məhdudluğunun müəyyən
edilməsi və ölüm halları, müalicə-profilaktika tədbirlərinin
səmərəliliyi haqqında
sistematik və düzgün məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən registr
yaradılır və
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) həmin registrə çıxışı təmin
edilir.”;
“7.4. Şəkərli diabet xəstəliyinə tutulmuş
uşaq və gənclərə təhsil
aldıqları müəssisələrdə
tibb mütəxəssisləri
və müəllimlər
vasitəsilə xüsusi
nəzarət təşkil
edilir, səhhətlərində
hər hansı dəyişiklik baş verdikdə dərhal tibbi yardım göstərilir.”.
Maddə 2. “Qanın,
qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 7, maddə 562; 2007, ¹ 12, maddə 1218; 2008, ¹ 7, maddə
602; 2020, ¹ 7, maddə 829) aşağıdakı
dəyişikliklər edilsin:
2.1.
6-cı maddə üzrə:
2.1.1.
6.1-ci maddədə “Səhiyyə
orqanları” sözləri
“Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum)” sözləri ilə əvəz edilsin;
2.1.2.
6.2-ci maddədə “səhiyyə
orqanları” sözləri
“müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum)” sözləri ilə əvəz edilsin;
2.1.3.
6.3-cü maddədə “orqanı”
sözü “orqanının
müəyyən etdiyi
orqan (qurum)” sözləri ilə əvəz edilsin;
2.2.
13-cü maddənin birinci
cümləsində “orqanına”
sözü “orqanının
müəyyən etdiyi
orqana (quruma)” sözləri ilə və ikinci cümləsində “orqanı”
sözü “orqanının
müəyyən etdiyi
orqan (qurum)” sözləri ilə əvəz edilsin;
2.3.
14.4-cü maddədə “orqanı”
sözü “orqanının
müəyyən etdiyi
orqan (qurum)” sözləri ilə əvəz edilsin.
Maddə 3. “Yetkinlik
yaşına çatmayanların
baxımsızlığının və hüquq pozuntularının profilaktikası
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005,
¹ 8, maddə 681; 2006, ¹ 2, maddə
75; 2007, ¹ 1, maddə 5; 2016, ¹ 2 (I kitab), maddə 195, ¹ 12, maddə 2030; 2019, ¹ 11, maddə
1684) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.1-ci
maddədən “səhiyyə,”
sözü çıxarılsın
və həmin maddəyə “daxili işlər orqanları,” sözlərindən sonra
“tibb müəssisələri,”
sözləri əlavə
edilsin;
3.2.
16-cı maddə üzrə:
3.2.1. adında “Səhiyyə
orqanları və səhiyyə” sözləri
“Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) və tibb” sözləri
ilə əvəz edilsin;
3.2.2. 16.1-ci
maddədə “Səhiyyə
orqanları” sözləri
“Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum)” sözləri ilə əvəz edilsin;
3.2.3.
16.2-ci maddədə “Səhiyyə
orqanları” sözləri
“Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum)” sözləri ilə və “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;
3.2.4.
16.3-cü maddədə “səhiyyə
orqanlarının və
səhiyyə” sözləri
“müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) və tibb” sözləri
ilə əvəz edilsin;
3.3.
20.6.4-cü maddənin ikinci
cümləsində və
21.0.5-ci maddədə “səhiyyə”
sözü “dövlət
tibb” sözləri ilə əvəz edilsin.
Maddə 4. “Azərbaycan
Qızıl Aypara Cəmiyyəti haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 5, maddə
444, ¹ 12, maddə 1210; 2019, ¹ 11, maddə 1684) 3.0.12-ci maddəsində
“səhiyyə” sözü
“tibb” sözü ilə əvəz edilsin.
Maddə 5. “Arıçılıq
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 4, maddə 208; 2011, ¹ 2, maddə 71; 2019, ¹ 8, maddə
1384) 15.2-ci maddəsində “səhiyyə” sözü
“tibb” sözü ilə əvəz edilsin.
Maddə 6. “Penitensiar
müəssisələrdə cəza çəkməkdən
azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 7, maddə
710; 2011,
¹ 12, maddə 1088; 2018, ¹ 7 (I kitab), maddə 1382; 2019, ¹
3, maddə 379; 2020, ¹ 6, maddə
670, ¹ 7, maddə 830) 12.2-ci maddəsinə
“orqanının” sözündən
sonra “müəyyən
etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.
Maddə 7. “Təhsil
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 9, maddə 684; 2011, ¹ 2, maddə 70; 2014, ¹ 1, maddə
3; 2015, ¹ 11, maddə 1266; 2016, ¹ 1, maddə 41, ¹ 11, maddə
1766; 2017, ¹ 2, maddə 145, ¹ 5, maddə 691, ¹ 7, maddələr
1277, 1300, ¹ 12 (I kitab), maddə
2202; 2018, ¹ 7 (I kitab), maddələr
1381, 1409, ¹ 11, maddə 2208; 2019, ¹ 5, maddə 798, ¹ 7, maddə
1190, ¹ 8, maddə 1382, ¹ 11, maddə
1684, ¹ 12, maddə 1881; 2020, ¹ 5, maddə 508, ¹ 6, maddələr
662, 669, ¹ 7, maddələr 824, 830, ¹ 11, maddələr 1329, 1335, ¹ 12 (I kitab),
maddə 1420; 2021, ¹ 2, maddə
108) aşağıdakı dəyişikliklər edilsin:
7.1.
28.3-cü maddəyə “orqanının”
sözündən sonra
“müəyyən etdiyi
orqanın (qurumun)” sözləri və “xidmət” sözündən
sonra “həmin təhsil müəssisələri
tərəfindən” sözləri
əlavə edilsin;
7.2.
29.0.40-cı maddə aşağıdakı
redaksiyada verilsin:
“29.0.40. dövlət təhsil müəssisəsində
pulsuz tibbi xidmətin təşkili qaydasını müəyyənləşdirmək;”;
7.3.
31.0.2-ci maddədə “, səhiyyə
və digər orqanların” sözləri
“və digər orqanların, eləcə də tibb müəssisələrinin”
sözləri ilə əvəz edilsin.
Maddə 8. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə 613; 2010, ¹ 6, maddə 489; 2011, ¹ 2, maddə 71; 2013, ¹ 11, maddə 1281; 2014, ¹ 4, maddə 340; 2015, ¹ 5, maddə 507; 2016, ¹ 3, maddə 420, ¹ 12, maddə 2021; 2017, ¹ 1, maddə 11, ¹ 7, maddə 1272; 2018, ¹ 7 (I kitab), maddələr 1393, 1412, ¹ 10, maddə 1966; 2019, ¹ 5, maddə 797; 2020, ¹ 6, maddə 670, ¹ 7, maddə 830; 2021, ¹ 2, maddə 109) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 13.1-ci maddədə “orqanları” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
8.2. 18.0-cı maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
8.3. 22.3-cü maddədə “orqanları həyata keçirirlər” sözləri “orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir” sözləri ilə əvəz edilsin;
8.4. 23.2.1-ci və 30.3-cü maddələrdə “orqanları” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
Maddə 9. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 5, maddə 376; 2011, ¹ 7, maddə 594; 2014, ¹ 6, maddə 609; 2016, ¹ 1, maddə 17; 2019, ¹ 1, maddə 34; 2020, ¹ 12 (I kitab), maddə 1423) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 10.2.7-ci və 18.4.4-cü maddələrdə “orqanlarına” sözü “orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;
9.2. 19.5-ci maddədə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.
Maddə 10. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 481; 2014, ¹ 11, maddə 1350; 2016, ¹ 4, maddə 651; 2018, ¹ 5, maddə 892; 2020, ¹ 7, maddə 831) 21.1-ci maddəsində “orqanları” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə və “edirlər” sözü “edir” sözü ilə əvəz edilsin.
Maddə 11. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 10, maddə 836; 2017, ¹ 8, maddə 1512; 2019, ¹ 11, maddə 1685) 6.1.2-ci və 6.2-ci maddələrində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2021-ci il
Azərbaycan.-2021.- 22 iyun.- S.5.