“Dövlət
büdcəsindən ayrılmış vəsait hesabına
işlərin və xidmətlərin göstərilməsinə
görə əlavə dəyər vergisindən azad olunan publik
hüquqi şəxslərin
siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli
1119 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 7, maddə
899; Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 8
may tarixli 1336 nömrəli
Fərmanı) ilə
təsdiq edilmiş “Dövlət büdcəsindən
ayrılmış vəsait
hesabına işlərin
və xidmətlərin
göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik
hüquqi şəxslərin
siyahısı”nın 28-ci hissəsinin
sonundan nöqtə işarəsi çıxarılsın
və aşağıdakı
məzmunda 29 - 31-ci hissələr
əlavə edilsin:
“29. Azərbaycan Respublikası
Təhsil Nazirliyinin tabeliyində Təhsildə
Keyfiyyət Təminatı
Agentliyi
30. Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi
31. Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyun
2021-ci il
Azərbaycan.-2021.- 22 iyun.- S.5.