Ermənistanda seçkilərdən sonra da sular durulmur

 

 

Ölkədə siyasi sabitliyin pozulacağı ehtimal olunur

 

 

 

Ermənistanda növbədənkənar parlament seçkiləri artıq arxada qalsa da, ölkədə siyasi gərginlik səngimir. Məlum olduğu kimi, səsvermənin nəticələrinə görə, baş nazirin səlahiyyətlərini icra edən Nikol PaşinyanınVətəndaş müqaviləsipartiyası seçkilərdə səslərin 53, 92 faizini toplayaraq qələbə qazanmışdır. Hökuməti təşkil etmək baş nazir vəzifəsinə namizəd irəli sürmək hüququ parlament çoxluğuna məxsusdur.

 

Parlamentdə ana müxalifət kimi eks-prezident Robert KoçaryanınErmənistanbloku (21,04 faiz) təmsil olunacaq. Seçkilərdə gözlənilməz hadisə ölkənin ən varlı biznesmenlərindən biri Qagik Sarukyanın rəhbərlik etdiyiÇiçəklənən Ermənistanpartiyasının (3,96 faiz) bu dəfə parlamentə düşməməsidir. Bu partiya 5 faizlik baryeri aşa bilməmişdir.

 

Adi prosedura uyğun olaraq, səsvermənin rəsmi nəticələri elan edildikdən sonra qalib partiyanın yeni köhnə lideri Paşinyan hökuməti təşkil etməyə başlayacaq.

 

Parlamentin ilk iclasında “Vətəndaş müqaviləsi” partiyasından seçilmiş deputatlar baş nazir vəzifəsinə namizəd göstərəcəklər. Qanunvericilik orqanında heç kim bu prosesə təsir edə bilməyəcək; partiyanın lideri Paşinyanın hökumət başçısı vəzifəsinə namizədliyi dəstəklənəcək. Bundan sonra prezident onu baş nazir təyin edəcək. Yeni və köhnə baş nazir iyirmi gün ərzində hökumətin proqramını parlamentə təqdim edəcək. O həm də Təhlükəsizlik Şurasına rəhbərlik edəcək, müharibə şəraitində isə ali baş komandan olacaq.

 

İndi diqqət seçkisonrası mərhələnin necə gedəcəyinə yönəlmişdir. Ölkədə gələcək siyasi proseslərə münasibətdə fikirlər fərqlidir. Bəzi yerli və əcnəbi ekspertlər hesab edirlər ki, II Qarabağ müharibəsində məğlub olmasına baxmayaraq, Paşinyanın seçkilərdə qalib gəlməsi gözlənilən idi. Onların fikrincə, bir çox seçicilər Paşinyanın lehinə yox, Koçaryanın əleyhinə səs vermişdilər. 2018-ci ildən bəri Paşinyan hökumətinin həyata keçirdiyi islahatlar yarımçıq və bəzən uğursuz olsa da, bir çox hallarda aşağı təbəqə üçün məqbul idi. Xüsusilə kiçikorta biznesdə oyun qaydaları yaxşılaşmışdır. Hökümətin bu addımları, habelə cəmiyyətdə eks-prezidentlər Pobert KoçaryanSerj Sarkisyan iqtidarlarına hələ də hakim olan mənfi münasibət müxalifətin II Qarabağ müharibəsində məğlubiyyətin günahını təkcə Paşinyanın üzərinə qoymağa imkan verməmişdir. Erməni xalqı Koçaryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyiQarabağ klanı”nın Paşinyan hakimiyyətə gələnədək siyasi, iqtisadis. sahələrdə törətdiyi çoxsaylı cinayətləri, qanunsuzluğun, korrupsiyanın tüğyan etdiyi dövrü unutmamışdır. Koçaryanın revanşist bəyanatları, yəni vətəndaşları yenidən müharibə oduna atmaq niyyəti elektoratda çətin ki, tərəfdar toplasın. Eks-prezidentin və hazırkı ana müxalifətin liderinin qısa müddətdə güclü ordu qurmaq planı da cəfəngiyyatdan başqa bir şey ola bilməz.

 

Digər tərəfdən, erməni cəmiyyəti belə bir məqamı diqqətdən qaçıra bilməz ki, II Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri Paşinyanın yox, Koçaryan və Sarkisyanın qurduqları ordunu darmadağın etmişdir. Elə Paşinyanın özüyeri gəldikcə vurğulayırdı ki, Azərbaycan tərəfi uzun illər boyunca müasir ordu quranda Ermənistan hakimiyyəti əlini əlinin üstünə qoyub heçetmirdi.

 

Bütün bunlarla yanaşı, Ermənistanda siyasi sabitliyin tezliklə bərqərar olacağını iddia etmək yersizdir. Ölkədə iqtidar-müxalifət qarşıdurmasının güclənəcəyi ehtimal edilir.

 

Heç kimə sirr deyil ki, Koçaryanı siyasi hakimiyyətə qaytarmaq planı ölkədən kənarda cızılmışdır. Yerli ekspertlər də hesab edirlər ki, erməni cəmiyyəti hələ bir çox siyasi təlatümlər dövründən keçməlidir. Vətəndaşların bir il içində, bəlkə də, daha əvvəl yenidən seçki məntəqələrinə getməli olacağı mümkündür, çünki ölkənin yaşadığı dərin böhran hələ başa çatmamışdır.

 

Koçaryanın son bəyanatları da qarşıdakı mərhələdə özünün rəhbərlik etdiyi müxalifətin dinc durmayacağına dəlalət edir. O bildirmişdir ki, başçılıq etdiyi klan geri çəkilmək fikrində deyil: “Biz nə etmək niyyətindəyik? Mübarizəni davam etdirməli. Parlament mübarizəsi güclənə, küçə mübarizəsini əvəzləməyə bilər. Bizim küçə mübarizəsində də böyük təcrübəmiz var. Bu müqayisə yalnız imkanlarımızı artırır. Bu seçkilər siyasi mənzərəni əhəmiyyətli dərəcədə dəyişdirdi. Bizim siyasi mübarizəyə gəlişimiz siyasi sahədə sunami kimi bir şeydir. Sürəti, dinamikanı qoruyub saxlayacağıq, əminik ki, bizdə həm insan potensialı, həm də intellektual imkanlar var”.

 

Bütün bunlar onu göstərir ki, Ermənistanda suların tezliklə durulacağını gözləməyə dəyməz. Koçaryanı siyasət meydanına itələyənlər onu baş nazir kürsüsündə görmək istəyirdilər və bu məqsədə bundan sonra da nail olmağa çalışacaqlar. Öz növbəsində Paşinyanın komandası və ona Sorosun timsalında dəstək verən xarici qüvvələrrahat oturmayacaq. Başqa sözlə, erməni cəmiyyəti yaxın dövrdə sorosçularla klançılar arasında mübarizənin şahidi olacaq. Bəs kim kimə üstün gələcək? Bu sualın cavabını gözləmək lazım gələcək.

 

 

 

Allahverdi MEHDİYEV

Azərbaycan.-2021.- 23 iyun.- S.1;8.