“Azərbaycan
Respublikası Energetika Nazirliyinin
fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və
Energetika Nazirliyi
haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin
say həddinin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il
15 may tarixli 404
nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası
Energetika Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və “Azərbaycan Respublikasının
Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin,
nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 15 may tarixli
404 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 4, maddə
365, ¹ 6, maddə 637; 2015, ¹ 3, maddə 272; 2018, ¹ 5, maddə
899; 2020, ¹ 9, maddə 1149) 3-cü hissəsi aşağıdakı
redaksiyada verilsin:
“3. Azərbaycan Respublikası
Energetika Nazirliyinin işçilərinin say həddi
cəmi 180 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 140 ştat vahidi, Azərbaycan Respublikasının Energetika
Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi üzrə 40 ştat vahidi müəyyən edilsin.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun
2021-ci il
Azərbaycan.-2021.- 23 iyun.- S.2.