Məişət
tullantıları ilə bağlı idarəetmə sahəsində
bəzi məsələlərin tənzimlənməsi və
“Bakı şəhərində məişət
tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasında yaşayış məntəqələrinin abadlaşdırılması və ətraf mühitin qorunması dayanıqlı inkişaf prinsiplərinə əsaslanan müasir üsullarla təmin edilir. Bu çərçivədə tətbiq edilən tullantıların idarə edilməsi sistemi ətraf mühitin mühafizəsi standartlarına uyğun olmaqla, şəhərlərin ekologiyasının yaxşılaşmasına əhəmiyyətli təsir göstərir.
Ölkədə ekoloji tarazlığın mühafizəsi məqsədilə tullantıların idarə edilməsi sahəsində formalaşmış təcrübənin digər ərazilərdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində reallaşdırılması atmosferə və ətraf mühitə mənfi təsirlərin azaldılması, resurslardan davamlı istifadə, habelə müasir ekoloji idarəetmə sisteminin inkişafı üçün geniş imkanlar yaradar.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsi sisteminin müasir tələblərə uyğun təşkili işlərinin davam etdirilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, habelə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin müsbət təcrübəsindən istifadənin əhatə dairəsinin genişləndirilməsi məqsədilə qərara alıram:
1. Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılmasını, daşınmasını, yerləşdirilməsini və zərərsizləşdirilməsini “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti həyata keçirsin.
2. “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 8, maddə 750; 2010, ¹ 7, maddə 610; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında “Bakı şəhərində məişət” sözləri “Məişət” sözü ilə əvəz edilsin;
2.2. preambula
üzrə:
2.2.1. birinci abzas
aşağıdakı redaksiyada
verilsin:
“Azərbaycan Respublikasında
əldə edilən sosial-iqtisadi nailiyyətlər
yaşayış məntəqələrinin
müasir şəhərsalma
və tikinti fəaliyyətinin prinsipləri
əsasında inkişaf
etdirilməsi istiqamətində
ardıcıl tədbirlərin
həyata keçirilməsinə
zəmin yaratmışdır.”;
2.2.2. dördüncü abzasda “Bakı şəhərində məişət”
sözləri “Məişət”
sözü ilə əvəz edilsin;
2.3. 2-ci hissəyə
“zərərsizləşdirilməsi” sözündən sonra “, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin və
Şuşa şəhərinin
ərazisində əmələ
gələn belə tullantıların yığılması
və daşınması”
sözləri əlavə
edilsin;
2.4. 4-cü hissəyə
“Bakı şəhərinin
ərazisində” sözlərindən
sonra “(Qala qəsəbəsi istisna olmaqla)” sözləri əlavə edilsin;
2.5. 6-cı hissədə “Əmlak Məsələləri Dövlət
Komitəsi” sözləri
“İqtisadiyyat Nazirliyi”
sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun
2021-ci il
Azərbaycan .-2021.- 23 iyun.- S.2.