Üç medala layiq görülən könüllü döyüşçü

 

 

44 günlük Vətən müharibəsinin iştirakçısı, könüllü döyüşçü Muxtar Nizaməddin oğlu Süleymanov 1998-ci il fevralın 18-də Şəmkir rayonunun Təzəkənd kəndində dünyaya göz açıb. Kənddəki S.Vurğun adına orta məktəbi bitirib. Sonra Milli Ordu sıralarında qulluq edib. Vətən müharibəsi başlamazdan əvvəl “Şəmkir - Səbət” MMC-də nəzarətçi vəzifəsində işləyirdi.

 

 

 

Vətən məni çağırır

 

 

 

Ötən ilin sentyabrında 30 ilə yaxın erməni silahlı birləşmələri tərəfindan quldurcasına zəbt edilən Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşə yollanan könüllülər arasında 23 yaşlı Muxtar Süleymanov da var idi. Anası Tamara xanımın “heç iki il yoxdur əsğərlikdən gəlib, yenə əsgərlik?” deməsindən bir az tutulsa da, fikrini ətrafındakılara büruzə vermədi.

 

Muxtar çox səmimi və istiqanlı gəncdir. Ona görə qohum-qonşular, dost-tanışlar onaQaqaş” deyə müraciət edirlər. O, böyük qürur hissi ilə həmyaşıdları və qonşularla görüşəndə atası Nizaməddin, hərbi xidmətdən yenicə qayıtmış qardaşı Rauf çox məmnun oldular. - Mən hərbi xidmətdə olanda arzu edirdim ki, Ali Baş Komandan tərəfindən əmr olsun, erməni qəsbkarları ilə döyüşə gedim, torpaqlarımızın işğaldan azad edilməsi üçün vuruşum. Çox şadam ki, bu istəyimi yerinə yetirmək üçün imkan yaranıb. Vətən məni çağırır. Torpaqlarımızın düşmən tapdağından azad edilməsi, əsir götürülmüş, itkin düşmüş və şəhid olmuş azərbaycanlıların qisasını almaq üçün son damla qanımadak vuruşacağam. Ailəmizin, kəndimizin, rayonumuzun adını şərəflə doğruldacağam

 

Muxtar ötən il sentyabrın 29-da Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon idarəsindən birbaşa Gəncə şəhərindəki “N” saylı hərbi hissəyə göndərilir. Burada 10 günlük təlim-hazırlıq işlərindən sonra, oktyabrın 11-də döyüs bölgəsinə aparılır.

 

 

 

İlk döyüş əməliyyatı Cəbrayılda oldu

 

 

 

Söhbət zamanı könüllü Muxtar Süleymanov vətənsevərlik hissləri ilə dolu döyüş yolu barədə danışdı:

 

- Oktyabrın 12-də Cəbrayılın düşməndən azad edilməsi əməliyyatına basladıq. Qızğın döyüşlər gedirdi, ağlıma gətirə bilmədiyim hücum əməliyyatlarının iştirakçısı oldum, hər sey yuxu kimi görünürdü. Düşmən mövqelərinə doğru irəlilədikcə sevinirdik. Bu sevinc çox çətinliklər hesabına başa gəlirdi. Təəssüf ki, Cəbrayıl uğrunda gedən döyüşlər zamanı səhərə yaxın Gədəbəy rayonundan olan könüllü döyüşçü yoldaşımız Nofəl Süleymanov namərd erməni gülləsinə tuş gəldi, ağır yaralandı, çox çalışsaq da, “təki Vətən sağ olsun! O namərdlərdən mənim də qisasımı alarsız” deyərək Cəbrayıl yüksəkliklərində gözlərini həyata əbədi yumdu. Erməni vandallarına qarşı qəzəb hissimiz daha da artdı. Növbəti gün Cəbrayılın Balyan. Qacallı, Qoşulu, Qışlar, Süleymanlı, Əfəndilər, Qumlaq, Havıslı, Veysəlli kəndlərini keçib Dağ TumasSiric uğrunda gedən döyüşlərdə onlarca erməni terrorçusunu məhv etdik. Döyüşçü yoldaşlarımızın hər biri ayrılıqda Nofəlin intiqamını dəfələrlə alsa da, ürəyimiz soyumurdu. Cəbrayılda erməni silahlı birləşmələri darmadağın edildikdən sonra Qubadlıya doğru istiqamət götürdük.

 

 

 

Qubadlıda

 

 

 

- Qubadlının relyefi elədir ki, o yerləri tanımayanlar, həmin ərazilərə bələd olmayanlar üçün düşmənlə mübarizə aparmaq müəyyən qədər çətindir. Düzdür, komandirlər tərəfindən verilən tapşırıqlar zamanı bu çətinliklər o qədər  hiss edilməsə də, sıxıntımız olurdu, hücum zamanı təbii ləngimələr yaranırdı. Belə çətinliklərdən biri ilə növbəti dəfə Qubadlının Güləbir kəndi uğrunda gedən döyüşlərdə rastlaşdıq. Burada 12 gun muhasirədə qaldıq, aclıq, susuzluq yoldaşlarımızda bir qədər narahatlıq yaratsa da, heç kim gileyli görünmürdü, mühasirədən qorxmurdu. Uğurlu kəşfiyyat tədbirləri nəticəsində itki vermədən erməni saqqallılarını axırıncı nəfərinə kimi məhv etdik, silah-sursatları, döyüş texnikaları qənimət götürüldü.

 

 

 

Laçında

 

 

 

- Xoş əhvali-ruhiyyə və döyüş əzmi ilə Laçın istiqamətinə əmr aldıq. İlkin olaraq Laçının Sofiyan kəndini erməni işğalçılarından azad etmək üçün üç gun, üç gecə atışdıq, addım-addım irəlilədik. Onlara kömək üçün əlavə qüvvələr göndərilsə də, Azərbaycan Ordusu qarşısında aciz qaldılar... Erməni silahlılarının müqavimətinə rast gəldiyimiz ən ağır döyüşlərdən biri Aşagı Fərəcanlı kəndində oldu. Demək olar ki, sutka ərzində arası bir an belə kəsilməyən atəş səsləri, güllə və mərmilər dağlara, qayalara çırpılıb ərazidə təsvirolunmaz bir əks-səda yaradırdı, necə deyərlər, ağız deyəni qulaq eşitmirdi. Döyüşlərin ikinci günü erməni silahlılarının axırına çıxdıq. İrəli getmək üçün dərin dərələrdən keçməli, sıldırım qayaları aşmalı olduq. Çətinlik həm də onda idi ki, düşmən biz tərəflərə dayanmadan mərmi yagdırırdı. Hücumundöyüşün ən həlledici məqamı Böyuk Fərəcanlı kəndinə girəndə oldu. Bu kənddən sonra Lacın dəhlizi gəlirdi, erməni yaraqlıları bu dəhlizi heç cür təslim etmək istəmirdilər. Bu istiqamətdə gedən döyüşlərdə itki versək də, nəticə uğurlu alındı. Erməni quldurlarının çoxu öldü, ölməyəni isə məcburən qaçıb canını qurtarmağa çalışdı.

 

 

 

10 noyabr 2020-ci il - Qələbəmizin mübarək günü

 

 

 

44  günlük Vətən müharibəsinin Zəfər qələbəsindən sonra Ali Baş Komandan İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli sərəncamı ilə könüllü əsgər Muxtar Nizaməddin oğlu Süleymanov “Cəbrayılın azad olunmasına görə” medalı, 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı, habelə Prezidentin 29 dekabr 2020-cil tarxli sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

 

Çoxlarının “Qaqaşkimi tanıdığı Muxtar Süleymanovun boya-başa çatdığı Təzəkənd kəndinin sakinləri, ailə üzvləri və dostları, xüsusilə ona dərs vermiş orta məktəb müəllimləri, habelə “Şəmkir-Səbət” MMC-nin işçiləri gələcək nəsillərə əsl nümunə olan üçmedallı könüllü  döyüşçünün hərbi şücaətlərindən qürur duyurlar.

 

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2021.- 23 iyun.- S.9.