Azərbaycanla
Birləşmiş Ərəb Əmirlikləri arasında
siyasi əlaqələr yüksək səviyyədədir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də
Birləşmiş Ərəb Əmirliklərinin
(BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrini qəbul
edib.
AZƏRTAC
xəbər verir ki, BƏƏ-nin iqtisadiyyat naziri Birləşmiş
Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed
Al Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin
vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd
bin Rəşid Al Maktum və Əbu-Dabinin vəliəhdi Məhəmməd
Bin Zayed Əl Nəhyanın salamlarını dövlətimizin
başçısına çatdırdı.
Prezident
İlham Əliyev salamlara görə minnətdarlığını
bildirərək, onun da salamlarını Birləşmiş
Ərəb Əmirliklərinin Prezidentinə, Birləşmiş
Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri,
Dubay Əmirinə və Əbu-Dabinin vəliəhdinə
çatdırmağı xahiş etdi.
Abdulla
Bin Touq Al Marri ötən ilin iyulunda vəzifəsinin
icrasına başladığı vaxtdan ilk rəsmi səfərinin
Azərbaycana olmasından məmnunluq hissi keçirdiyini dedi.
Görüşdə
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri
arasında siyasi əlaqələrin yüksək səviyyədə
olduğu və uğurla inkişaf etdiyi qeyd olundu, beynəlxalq
təsisatlar çərçivəsində və ikitərəfli
səviyyədə ölkələrimizin bir-birini dəstəkləməsi
məmnunluqla vurğulandı.
Söhbət
zamanı iqtisadi əlaqələrə toxunularaq, bu sahədə
uğurlu əməkdaşlığın həyata
keçirildiyi bildirildi, Azərbaycandan Birləşmiş
Ərəb Əmirliklərinə ixracın artdığı
qeyd edildi. Eyni zamanda, qarşıdakı illərdə
tərəfdaşlıq əlaqələrimizin ruhuna uyğun olaraq yeni investisiya
imkanlarının müəyyən edilməsi, ticarət
dövriyyəsinin artırılması və biznes
əlaqələrinin genişləndirilməsi istiqamətində
işlərin həyata keçirilməsinin vacibliyi
vurğulandı.
Azərbaycan.-2021.- 24 iyun.- S.1.