"Mixail
Anxel Moratinos: "Ağdamda siyasi və peşəkar həyatımda
heç vaxt görmədiklərimin şahidi oldum"
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi
Migel Anxel Moratinosu qəbul edib.
AZƏRTAC
xəbər verir ki, Migel Anxel
Moratinos dedi:
-Siz mənim nə qədər şad olduğumu, yenidən burada olmaqdan necə məmnun olduğumu və Sizin
ən böyük uğurlarınızdan birini
dünən görməkdən
nə dərəcədə
şad olduğumu təsəvvürünüzə belə gətirə bilməzsiniz. Düşünürəm ki, günüm
çox təsirli keçdi.
Prezident
İlham Əliyev: Bəli, siz hər şeyin şahidi oldunuz.
Migel Anxel Moratinos: Ağdamda bəyanatımda,
yekun bəyanatımda
dedim ki, mən bir növ
qarışıq hisslər
keçirirəm. Birincisi, siyasi
və peşəkar həyatımda heç vaxt görmədiklərimin
şahidi oldum. Heç nə yoxdur, tamamilə dağıntıdır.
İnsan
kədərlənir ki,
XXI əsrdə belə
bir halın necə şahidi olmaq olar? İkincisi, düşünürəm
ki, Ağdama səfərim yaxşı
keçdi, çünki
Sizin xüsusi
nümayəndəniz mənə
gələcək üçün
planı göstərdi.
Bu, böyük baxışdır, cənab
Prezident. Yolları, insanların
məşğul olduğunu,
dinamikanı görmək
imkanı böyük
qürur hissi verir.
Azərbaycan hər zaman inkişaf edib və bu inkişaf
daha da güclənəcək. Mən özümü hər zaman Azərbaycanın dostu hesab etmişəm,
bu dəfə də Sizinlə olmaqdan və BMT Sivilizasiyalar Alyansının
ali nümayəndəsi
qismində yeni missiyamda Sizin səylərinizi, Xarici İşlər Nazirliyini və Mədəniyyət
Nazirliyinizi dəstəkləməyə
çalışmaqdan qürur
duyuram.
Məni qəbul etdiyinizə və birlikdə görə biləcəyimiz
işləri nəzərdən
keçirmək imkanına
görə təşəkkür
edirəm.
Prezident
İlham Əliyev dedi:
-Ölkəmizə, həmçinin
işğaldan azad edilmiş ərazilərə
səfər etdiyinizə
görə təşəkkür
edirəm. Siz öz hissləriniz
barədə danışdınız.
Düşünürəm ki, hər kəs eyni hissləri
keçirir. Mən müharibədən
sonra ilk dəfə Ağdama səfər edəndə qəmginlik hissi, kədər hissi, eyni zamanda,
şəhərin yenidən
qurulması ilə bağlı qətiyyət
hissi keçirirdim.
Yəqin sizə məlumat verilib ki, bir aydan
da az
vaxtda biz artıq yenidənqurma prosesinə başladıq. Siz gördünüz, hər şey dağılıb. Eyni zamanda,
təkcə Ağdam rayonunda 97 min mina basdırılıb.
Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik,
digər rayonlarda yüz minlərlə mina
var. Onlar xəritələri
bizə verməkdən
imtina edirlər və bizdə artıq 100-dən çox
ölən və yaralanan oldu. Müharibə başa çatandan sonra minalardan, piyada əleyhinə və tank əleyhinə minalardan
30-a yaxın adam
həlak oldu, 100-dən
çox mülki şəxs yaralandı, o cümlədən bu ayın əvvəlində
2 jurnalist həlak oldu.
Bilirsiniz ki, onlar şəhərləri
müharibə zamanı,
Birinci Qarabağ müharibəsi zamanı deyiI, ondan sonra
dağıdıblar. Onlar bunu Birinci Qarabağ
müharibəsi dayanandan
sonra demək olar ki, 30 il ərzində sistematik şəkildə
bir neçə səbəbdən dağıdıblar.
Birincisi,
bütün tikinti materiallarını götürmək
üçün. Çünki evlər sökülmüş,
daşlar aparılmışdır.
Bu, oğurluq idi. İkinci səbəb azərbaycanlılara
geri qayıtmağa imkan verməmək idi. Çünki onlar düşünürdülər
ki, total dağıntıdan
sonra heç kim qayıtmayacaq.
Təkcə şəhərlərdə deyil, kəndlərdə də, - siz digər istiqamətlərə
gedəndə, məsələn
Cəbrayıla, siz Füzulidə də olmusunuz, - Zəngilanda, Qubadlıda vəziyyət
eynidir. Bütün kəndlər, bütün
şəhərlər dağıdılıb.
İndi
biz onları minalardan təmizləməli, həmçinin
paralel olaraq yenidənqurmaya başlamalıyıq.
Biz artıq bütün
səylərimizi toplamışıq,
bütün resurslarımızı
səfərbər etmişik.
Böyük infrastruktur layihələrinə
artıq başlanıb.
Sizə bəlkə də bununla bağlı məlumat verilib. Biz onları yenidən
quracağıq və
düşünürəm ki, bu miqyasda
dağıntıdan inkişafa,
insanlar üçün
layiqli yaşayış
standartlarına doğru
dünyada nadir təcrübə
nümayiş etdirəcəyik.
Həmin ərazilərə səfər
etdiyinizə görə
təşəkkür edirəm. Bu, həqiqətən də sizin müharibədən,
uzun müddət davam edən işğaldan əziyyət
çəkmiş insanlara
rəğbətinizin, dəstəyin
göstəricisidir.
Azərbaycan.-2021.-
24 iyun.- S.1-2.