Müstəqilliyin şərəfli
salnaməsi
Heydər Əliyevlə başlanan, İlham
Əliyevlə davam etdirilən yüksəliş
yolu dövlətçiliyimizi
qürurlandıran hadisələrlə zəngindir
Azərbaycan xalqı müstəqilliyinin bərpasının 30-cu ildönümünə doğru tarixinə qürur verən hadisələrlə gedir. Sözsüz ki, ən böyük hadisə isə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi, Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi siyasətin nəticəsi olaraq torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası oldu. Vətən müharibəsindəki Qələbə yalnız müasir dövrün deyil, son 200 illik tariximizin ən böyük hadisəsidir.
Regionun liderinə dünya da ehtiramla yanaşır
1990-cı
illərin əvvəlləri
istisna olmaqla, ötən 27 il
tariximizin yüksəliş
dövrüdür. Əsası 1993-cü ilin Milli Qurtuluş
Günündə qoyulan
bu dövrün hər bir mərhələsi
müstəqilliyimizi şərəfləndirən,
xalqımızı qürurlandıran
nailiyyətlərlə, qələbələrlə
əlamətdardır.
Hələ 1994-cü ildə Heydər
Əliyevin müdrikliyinin
nəticəsi olaraq dünyanın aparıcı
neft şirkətləri
ilə “Əsrin müqaviləsi”nin imzalanması sıradan bir hadisə deyildi. Məhz Heydər Əliyev dühası o dövrdə
həmin şirkətləri
Azərbaycana cəlb edə bilmişdi və artıq 27-ci ildir ki, Ulu
Öndərin müəllifi
olduğu enerji strategiyası yalnız iqtisadi deyil, həm də siyasi baxımdan Azərbaycanın dövlət
və milli maraqlarına xidmət edir. 44 günlük
Vətən müharibəsində
də Azərbaycanın
milli maraqlarının
nüfuzlu siyasi mərkəzlər və dövlətlər tərəfindən
dəstəklənməsinin də əsası uğurlu enerji siyasətinə söykənir.
Heydər Əliyevlə başlanan,
İlham Əliyevlə
davam etdirilən bu yolda Azərbaycan
dünyanın enerji təhlükəsizliyinin təmin
olunmasında söz sahibi olan dövlətə
çevrildi. Bu siyasətin nəticəsidir
ki, Azərbaycan Cənubi Qafqazın aparıcı və lider dövlətidir.
Şərqdən Qərbə,
Şimaldan Cənuba iqtisadi baxımdan ən səmərəli və ən təhlükəsiz, ən
etibarlı və ən çevik nəqliyyat yolları məhz Azərbaycandan keçir və təsadüfi deyil ki, Azərbaycan bu sahədə dünyanın iqtisadi nəhənglərindən olan
Çinin əsas tərəfdaşlarından biridir.
Bu gün Azərbaycan
o dövlətdir ki, Xəzərin karbohidrogen ehtiyatlarını dünya
bazarlarına çıxarmaq
üçün yeni alternativ layihələrin həyata keçirilməsini
təmin edir. Məlumdur ki,
son onilliklərdə Avropaya
doğru müxtəlif
istiqamətlərdən enerji
dəhlizlərinin yaradılması
istiqamətində təşəbbüslər
irəli sürülüb
və onların demək olar ki, mütləq əksəriyyəti elə
təşəbbüs kimi
də qalıb. Azərbaycan isə “Cənub qaz dəhlizi” təşəbbüsünü irəli sürdü və həyata keçməsini təmin etdi. Bu layihənin
uğurla başa çatdırılması Prezident
İlham Əliyevin siyasi-diplomatik uğurlarından
biri kimi tarixə düşdü.
Lakin dünya Azərbaycanı yalnız neft-qaz ölkəsi kimi tanımır. Azərbaycan deyəndə həm də kosmik klubun üzvü, Bakı deyəndə beynəlxalq tədbirlər mərkəzi olan bir şəhər göz önünə gəlir. Prezident İlham Əliyevi isə dünya sözünün sahibi, vədinə sadiq siyasi lider kimi tanıyır. “Hər zaman öz siyasətimizi açıq aparmışıq. Heç bir ölkəyə qarşı heç bir avantürada yer almamışıq. Demişdim ki, Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən, ilk növbədə, qonşulara qarşı heç bir təxribat xarakterli addım, təşəbbüs olmayacaq. Beləliklə, dünyada, regionda, qonşular arasında hörmət qazanmışıq və ölkəmizi gücləndirmişik. Bizimlə hesablaşmağa başlamışlar. Bizim sözümüzə inanırdılar və inanırlar. Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir”, - deyə İlham Əliyev bildirib.
Bu dövrün ən böyük reallıqlarından biri də odur ki, regionun liderinə dünya da ehtiramla yanaşır.
İlham Əliyev bütün dünyaya göstərdi ki, Qarabağ Azərbaycandır!
İkinci Qarabağ müharibəsindəki Zəfər isə Azərbaycanın müsəqillik illərindəki uğurlarının zirvə nöqtəsi oldu. Hələ Vətən müharibəsinin baş verməsinə qədər Azərbaycan ictimaiyyəti əmin idi ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq. Çünki İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi siyasi kurs ərazilərimizin işğaldan azad ediləcəyi günü sürətlə yaxınlaşdırırdı. Bu siyasət isə bir çox məsələləri komplek şəkildə özündə birləşdirirdi. Azərbaycanın yüksəlişi, həyata keçirilən enerji layihələri, ordu quruculuğu, Ermənistanın işğal siyasətinin dünyada ifşası, cəmiyyətin İlham Əliyevin ətrafında sıx həmrəyliyi kimi mühüm məsələlərin hər biri torpaqlarımızın azadlığına aparan böyük siyasətin tərkib hissələri idi. Cəmi 44 günə qazanılan hərbi-siyasi Qələbə İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasətin nə qədər mükəmməl olduğunu göstərdi.
Bu Qələbənin memarı olan İlham Əliyev yalnız Ermənistanı diz çökdürmədi, həm də dünya erməniliyinə, erməni təəssübünü çəkən siyasi mərkəzlərə qalib gəldi. İlham Əliyev erməni yalanlarını və iddialarını alt-üst etdi, Qarabağla bağlı yüz ildən çox bir müddətdə dünyada formalaşmış saxta stereotipləri kökündən dəyişdi. Bu Qələbə ilə İlham Əliyev bütün dünyaya həm də sübut etdi ki, Qarabağ Azərbaycandır!
Vətən müharibəsindəki Zəfər Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Əgər buna qədər dünya Azərbaycanı qlobal enerji məsələlərində söz sahibi, sürətlə inkişaf edən ölkə, beynəlxalq tədbirlərə evsahibliyi edən mərkəz tranzit yolların kəsişdiyi mühüm coğrafi məkan, kosmik klubun üzvü kimi tanıyırdısa, artıq həm də müharibədə Ermənistanı ağır məğlubiyyətə uğratmış, Zəfər qazanmış qalib dövlət kimi tanıyır.
Azərbaycanın uğurları davamlıdır. Çünki bölgədə yaranmış yeni reallıqlar respublikamıza növbəti qələbələr üçün imkanlar yaradıb. İyun ayının 15-də Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi Vətən müharibəsindəki Zəfərin məntiqi davamı olaraq Qarabağ və bütövlükdə regionla bağlı qarşıdakı nailiyyətlərimizin siyasi-hüquqi təməlinə çevrildi. Yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılması Azərbaycanın növbəti uğuru olacaq.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2021.- 24 iyun.- S.1-2.