Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr
835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə
1608, ¹ 11, maddələr
1769, 1774, 1781, 1783, 1786, 1788, ¹ 12, maddələr
1984, 2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə
21, ¹ 2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296,
1297, 1299, ¹ 11, maddələr 1964, 1966,
1969, 1979, ¹ 12 (I kitab), maddələr
2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr
160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404,
¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr
1153, 1188, ¹ 7 (I kitab), maddələr
1435, 1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; 2019, ¹ 1, maddələr
4, 6, 15, 18, 44, ¹ 3, maddələr 374, 389, ¹
4, maddələr 579, 581, 587, 595, ¹ 5, maddələr 791, 800, 803, 804, 813, ¹ 6, maddələr 992, 998, 1007, ¹ 7, maddə
1193, ¹ 8, maddələr 1364, 1367, 1368,
1381,1383, ¹ 11, maddələr 1682, 1686, 1696,
¹ 12, maddələr 1883, 1900; 2020, ¹ 3, maddə 222, ¹ 5, maddələr
505, 515, 519, ¹ 6, maddələr 670, 672, 681,
¹ 7, maddələr 838, 841, 846, 854, ¹ 8, maddələr 1008, 1011, ¹ 9, maddə
1138, ¹ 11, maddələr
1332, 1333, 1336, ¹ 12 (I kitab), maddələr
1432, 1440; Azərbaycan Respublikasının
2021-ci il 23 fevral tarixli 270-VIQD nömrəli,
2 aprel tarixli 287-VIQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər
edilsin:
1.
445-1.4.2-ci maddəyə “yerləşdirilməsinə”
sözündən sonra
“, habelə həmin Qanunun 7.4-cü maddəsində,
28.4-cü maddəsinin ikinci
cümləsində, 30.1-ci maddəsinin üçüncü
cümləsində, 30.2, 32.1, 37.3, 37.7,
40.1-ci maddələrində, 40.2-1-ci maddəsinin ikinci cümləsində, 40.4, 40-1.2, 43.1, 56.3 və 59-cu maddələrində
satınalmaların təşkili
və tender prosedurları
ilə bağlı nəzərdə tutulmuş
müddətlərlə əlaqədar
tələblərə riayət
edilməməsinə” sözləri
əlavə edilsin.
2. Aşağıdakı məzmunda
445-1.7-ci maddə əlavə
edilsin:
“445-1.7. Satınalan təşkilat
tərəfindən “Dövlət
satınalmaları haqqında”
Azərbaycan Respublikasının
Qanununda satınalma müqaviləsi üzrə
ödəmələrlə bağlı tələblərin
pozulmasına, yəni
satınalma müqaviləsi
üzrə ödəmələrin
tenderin əsas şərtlər toplusunda
və satınalma müqaviləsinin xüsusi
şərtlərində müəyyənləşdirilmiş
qaydada, məbləğdə
və müddətdə
həyata keçirilməməsinə,
o cümlədən satınalma
müqaviləsinin icrası
tam başa çatdıqdan
(texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər
tərtib olunduqdan sonra ödənilməli məbləğin satınalma
müqaviləsində müəyyən
olunmuş müddətdə
ödənilməməsinə, habelə ödənişin
gecikdirilməsinə görə
satınalma müqaviləsində
müəyyən olunmuş
məbləğdə hesablanmış
faizlərin əsassız
olaraq malgöndərənə
(podratçıya) ödənilməməsinə
görə - vəzifəli
şəxslər üç
min manatdan altı min manatadək məbləğdə
cərimə edilir.”
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 may 2021-ci il
Azərbaycan.-2021.-
24 iyun.- S.2.