“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının  2008-ci il 1 fevral tarixli  541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 3, maddə 157, ¹ 10, maddə 886; 2013, ¹ 7, maddə 792; 2014, ¹ 11, maddə 1348; 2019, ¹ 2, maddə 188; 2020, ¹ 4, maddə 393) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. həmin Qanunla təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə” üzrə:

 

1.1.1. 1-ci maddədə “gəmidə (hərbi gəmi istisna olmaqla)” sözləri “ticarət gəmiçiliyi məqsədilə istifadə edilən gəmidə (bundan sonra - gəmi)” sözləri ilə əvəz edilsin;

 

1.1.2. aşağıdakı məzmunda 1-2-ci maddə əlavə edilsin:

 

“1-2. Bu Əsasnamə şəxsiyyət sənədinin verilməsi, dəyişdirilməsi, təhvil verilməsi, qüvvədən düşmüş hesab edilməsi və məlumatların şəxsiyyət sənədinin elektron daşıyıcısına (çipinə) daxil edilməsi, habelə həmin məlumatlardan istifadə qaydalarını müəyyən edir.”;

 

1.1.3. 2-ci maddədə “Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədi ilə istifadə edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işləyən” sözləri “gəmidə işləyən və ya təcrübə keçən” sözləri ilə, “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

 

1.1.4. 3-cü maddədə “Azərbaycan Respublikasında qeydiyyatda olan və ya onun ərazisində istifadə üçün icarəyə götürülmüş gəmidə dənizçi vəzifəsində işləyən və” sözləri “gəmidə işləyən və ya təcrübə keçən” sözləri ilə əvəz edilsin və həmin maddədən “(bundan sonra - əcnəbilər)” sözləri çıxarılsın;

 

1.1.5. 5-ci və 6-cı maddələr aşağıdakı redaksiyada verilsin:

 

“5. Şəxsiyyət sənədində Azərbaycan Respublikasının adı, Dövlət Gerbi, sənədin tipi, nömrəsi, sahibinin adı, soyadı, vətəndaşlığı, cinsi, doğulduğu tarix və yer, verilmə tarixi və etibarlılıq müddəti, verildiyi yer, şəxsiyyət sənədi sahibinin imzası, səciyyəvi əlamətləri, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun fotoşəkli, habelə şəxsiyyət sənədini verən orqanın adı, telefonu, internet səhifəsi göstərilir.

 

6. Şəxsiyyət sənədində elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcı (çip) Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə və standartlarına uyğun olaraq, dəyişdirilməyən məlumatlardan ibarətdir. Şəxsiyyət sənədinin elektron daşıyıcısına (çipə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Əsasnamənin 6-1-ci maddəsində göstərilən məlumatlar daxil edilir.”;

 

1.1.6. aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:

 

“6-1. Şəxsiyyət sənədinin elektron daşıyıcısına (çipə) aşağıdakı məlumatlar daxil edilir:

 

6-1.1. Azərbaycan Respublikasının adı, sənədin tipi, nömrəsi, sahibinin adı, soyadı, vətəndaşlığı, cinsi, doğulduğu tarix və yer, verilmə tarixi və etibarlılıq müddəti;

 

6-1.2. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun fotoşəkil;

 

6-1.3. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə uyğun olaraq müvafiq sertifikatlar.”;

 

1.1.7. 8-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

“8. Şəxsiyyət sənədi verilən şəxs  aşağıdakı sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən  etdiyi orqana  (quruma) təqdim etməlidir:

 

8.1. şəxsiyyət sənədinin verilməsi haqqında ərizə-anket (əlavə olunur);

 

8.2. şəxsin ixtisas şəhadətnaməsi (diplomu);

 

8.3. şəxsin gəmidə işlədiyini və ya təcrübə keçəcəyini təsdiq edən sənəd;

 

8.4. sağlamlıq haqqında tibbi arayış;

 

8.5. dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.”;

 

1.1.8. aşağıdakı məzmunda 8-1-ci və 8-2-ci maddələr əlavə edilsin:

 

“8-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) məsul əməkdaşı bu Əsasnamənin 8-ci maddəsində göstərilən sənədləri qəbul edir, ərizə-anketin düzgün doldurulduğunu yoxlayır. Ərizə-anketdəki məlumatlar əlavə sənəd tələb edilmədən dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməklə yoxlanılır. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur.

 

8-2. Şəxsiyyət sənədinin doldurulması “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra - İAMAS) vasitəsilə həyata keçirilir. Verilmiş şəxsiyyət sənədi, habelə onun aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar İAMAS-a daxil edilir.”;

 

1.1.9. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:

 

“9. Dənizçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həyata keçirilir.

 

Şəxsiyyət sənədini verən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) iş qrafiki haqqında məlumatları, şəxsiyyət sənədinin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısını və ödənilməli olan dövlət rüsumunun məbləğini özünün rəsmi internet səhifəsində və inzibati binasında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirməlidir.”;

 

1.1.10. 10-cu maddəyə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin və həmin maddədə ismin müvafiq hallarında “vəsatət (ərizə-anket)” sözləri ismin müvafiq hallarında “ərizə-anket” sözləri ilə, “və gerbli möhürlə” sözləri “ilə” sözü ilə, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin” sözləri “İAMAS-ın” sözləri ilə əvəz edilsin;

 

1.1.11. 11-ci maddəyə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 

“Şəxsiyyət sənədinin verilməsindən imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır.”;

 

1.1.12. 12-ci və 13-cü maddələr aşağıdakı redaksiyada verilsin:

 

“12. Şəxsiyyət sənədi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilən dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin Qanunda nəzərdə tutulmuş müddətdə verilir və ya dəyişdirilir. Dənizçi yeni şəxsiyyət sənədini alarkən, köhnə şəxsiyyət sənədini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməlidir.

 

13. Dənizçiyə şəxsiyyət sənədinin verilməsi barədə müsbət qərar qəbul edildiyi təqdirdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) məsul əməkdaşı həmin dənizçinin ərizə-anketi üzrə təsdiq olunmuş məlumatları, onun fotoşəkli ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.”;             

 

1.1.13. aşağıdakı məzmunda 13-1-ci və 13-2-ci maddələr əlavə edilsin:

 

“13-1. Şəxsiyyət sənədinin elektron daşıyıcısında (çipində) dənizçiyə dair məlumatların düzgünlüyünü sənəd sahibinin ödənişsiz olaraq elektron avadanlıqdan istifadə etməklə yoxlaması şəxsiyyət sənədini verən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin olunur.

 

13-2. Şəxsiyyət sənədinin üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin sənəd təqdim edildiyi vaxtdan 3 (üç) iş günü müddətində, şəxsiyyət sənədinin elektron daşıyıcısına daxil edilmiş məlumatlarda səhv müəyyənləşdirildikdə şəxsiyyət sənədi təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilir.”;

 

1.1.14. 15-ci maddənin birinci və ikinci hissələrində “orqanına” sözü “orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;

 

1.1.15. 15-ci maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

 

“Bu maddənin 1-ci hissəsinə uyğun olaraq şəxsiyyət sənədini itirməsi barədə dənizçinin yazılı məlumatı daxil olduğu halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)  tərəfindən dənizçinin  şəxsiyyəti müəyyənləşdirilir, şəxsiyyət sənədinin itirilməsi barədə məlumat qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür və İAMAS-da onun aktiv statusu dəyişdirilir. Şəxsiyyət sənədini itirmiş dənizçiyə yeni şəxsiyyət sənədi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.”;

 

1.1.16. 16-cı maddədə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

 

1.1.17.  17-ci maddədə “dənizçi vəzifəsində” sözləri “gəmidə” sözləri ilə, “bu sənədin dəyişdirməsi” sözləri “şəxsiyyət sənədinin dəyişdirilməsi” sözləri ilə, “yazılarında qeyri-dəqiqlik” sözləri “üzərindəki məlumatlarda səhv” sözləri ilə əvəz edilsin, həmin maddədən “, atasının adı” sözləri çıxarılsın və həmin maddəyə “yararsız” sözündən əvvəl “, o cümlədən onun elektron daşıyıcısı (çipi)” sözləri əlavə edilsin;

 

1.1.18. aşağıdakı məzmunda 17-1-ci və 17-2-ci maddələr əlavə edilsin:

 

“17-1. Bu Əsasnamənin 17-ci maddəsində nəzərdə tutulmuş hallarda şəxsiyyət sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Əsasnamənin tələblərinə riayət etməklə dəyişdirilir. Bu zaman dənizçinin fotoşəkli sənəd verən orqanda çəkilir və yalnız aşağıdakı sənədlər təqdim olunur:

 

17-1.1. ərizə-anket;

 

17-1.2. sağlamlıq haqqında tibbi arayış (etibarlılıq müddətinin bitməsi halında);

 

17-1.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

 

17-2. Bu Əsasnamə ilə nəzərdə tutulmuş hallarda dənizçi şəxsiyyət sənədinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində müraciət etmədikdə, şəxsiyyət sənədi qüvvədən düşmüş hesab edilir, şəxsiyyət sənədinə dair məlumatlar İAMAS vasitəsilə qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür və İAMAS-da onun aktiv statusu dəyişdirilir.”;

 

1.1.19. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”yə 1 nömrəli əlavənin yeni redaksiyası təsdiq edilsin (əlavə olunur);

 

1.1.20. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”yə 2 nömrəli əlavə ləğv edilsin;

 

1.2. həmin Qanunla təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası” üzrə:

 

1.2.1. birinci - üçüncü və altıncı hissələr aşağıdakı redaksiyada verilsin:

 

“Elektron daşıyıcısı (çipi) olan dənizçinin şəxsiyyət sənədi beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli polikarbonat materialından hazırlanır, yüksək temperatura, işığa, deformasiyaya, kimyəvi maddələrin təsirinə və rütubətə davamlıdır, istifadə zamanı zəhərləyici maddələr ifraz etmir, fotoşəkli keyfiyyətli əks etdirir və saxtalaşdırmanın qarşısını almaq xüsusiyyətinə malikdir.

 

Dənizçinin şəxsiyyət sənədinin elektron daşıyıcısı (çipi) məlumatların yazılmasını və oxunmasını təmin edir.

 

Dənizçinin şəxsiyyət sənədində “göy qurşağı” üsulu ilə hazırlanmış qilyoşdan, ultrabənövşəyi çap və lazer həkketmə texnologiyasından, mikromətndən və digər qoruyucu elementlərdən istifadə olunur.”;

 

“Dənizçinin şəxsiyyət sənədinin üzərin

 

Azərbaycan Respublikasının Dövlət Gerbi ultrabənövşəyi işıq altında görünən formada da verilir.”;

 

1.2.2. aşağıdakı məzmunda yeddinci - doqquzuncu hissələr əlavə edilsin:

 

“Dənizçinin şəxsiyyət sənədində yerləşdirilmiş təmassız interfeysli elektron daşıyıcının (çipin) yaddaşı 80 kilobaytdan az olmamalıdır.

 

Elektron daşıyıcı (çip) ən azı Basic Access Control, Passiv Authentication, Extended Access Control kimi mexanizmləri dəstəkləməli və CC EAL 5+ səviyyəsində uyğunluq sertifikatına malik olmalıdır.

 

Elektron daşıyıcıda (çipdə) olan məlumatların təhlükəsizliyini təmin etmək üçün elektron imza texnologiyasından və kriptoqrafik alqoritmlərdən istifadə olunur.”;

 

1.3. həmin Qanunla  təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədinin təsviri” üzrə:

 

1.3.1. birinci hissəyə “Təşkilatının” sözündən sonra “(ICAO-nun)” sözləri əlavə edilsin;

 

1.3.2. ikinci hissə üzrə:

 

1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

 

“Dənizçinin şəxsiyyət sənədinin üz tərəfinin yuxarı sol küncündə “AZƏRBAYCAN RESPUBLİKASI”, altında “REPUBLIC OF AZERBAIJAN” sözləri yazılır, yuxarıda ortada Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri verilir, gerbin təsvirinin yanında “DƏNİZÇİNİN ŞƏXSİYYƏT SƏNƏDİ”, altında “SEAFARERS' IDENTITY DOCUMENT” sözləri yazılır, yuxarı sağ küncündə şəxsiyyət sənədinin tipini bildirən “SID” sözü göstərilir və onun yanında elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir edilir.”;

 

2. ikinci cümlə ləğv edilsin;

 

1.3.3. üçüncü hissə üzrə:

 

1. ikinci abzas ləğv edilsin;

 

2. üçüncü abzasda “3x4 sm ölçülərində” sözləri “26 mm x 32 mm ölçülü” sözləri ilə əvəz edilsin;

 

3. dördüncü və beşinci abzaslar aşağıdakı redaksiyada verilsin:

 

“üz tərəfinin orta hissəsində “Sənəd ¹/Document No”, “Adı, Soyadı/Full Name”, “Vətəndaşlığı/Nationality”, “Cinsi/Sex”, “Doğulduğu tarix/Date of birth”, “Səciyyəvi əlamətləri/Identfying characteristics”, “Doğulduğu yer/Place of birth”, “Verilmə tarixi/Date of issue”, “Etibarlılıq müddəti” /Date of expiry”, “Verildiyi yer/Place of issue”, “Sahibinin imzası/Signature of holder” sözləri yazılır;

 

dənizçinin şəxsiyyət sənədinin arxa tərəfinin yuxarı hissəsində “This document is a seafarers' identity document for the purpose of the Seafarers' Identity Documents Convention (Revised), 2003, of the International Labour Organization. This document is a stand-alone document and not a passport.”, orta hissəsində “Sənədi verən orqanın əlaqə vasitələri / Issuing authority contact details” sözləri yazılır, həmin sözlərin altında sənəd verən orqanın adı və rekvizitləri üçün yer ayrılır, “Telefon/Phone No”, “Veb/Web” sözləri göstərilir;”;

 

4. aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

 

aşağı hissəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə uyğun olaraq maşınla oxuna bilən üçzolaqlı optik nəzarət oxunuşu hissəsi yerləşir.”;

 

1.3.4. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

 

“Dənizçinin şəxsiyyət sənədinin elektron daşıyıcısında (çipində) olan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə uyğun olaraq ingilis dilində olmalıdır.”;

 

1.4. “Dənizçinin şəxsiyyət sənədinin nümunəsi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

 

Maddə 2. Keçid müddəa

 

Bu Qanun qüvvəyə minənədək verilən dənizçinin şəxsiyyət sənədi onun yenisi ilə dəyişdirilməsi üçün əsaslar yarananadək qüvvəsini saxlayır.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 may 2021-ci il

Azərbaycan.-2021.- 24 iyun.- S.5.