Azərbaycan Ordusu tariximizə yeni parlaq səhifələr yazdı

 

Milli Məclisin iclasında

 

 

İyunun 25-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasında növbəti iclası keçirilib.

 

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri əvvəlcə 26 İyun – Silahlı Qüvvələri Günü münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevincqürur hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifələr yazıb. Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilib. Əzəli və tarixi torpağımız olan Qarabağ mənfur düşmənin əsarətindən xilas edilib.

 

Tarixi ədalətin öz yerini tutmasının, dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasının xalqımızın özünəinamını qaytardığını və ruhunu təzələdiyini qeyd edən Sahibə Qafarova deyib: “Bu gün biz yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qəhrəman ordumuz, onun Ali Baş Komandanı qaytarıb. Biz şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç zaman unutmayacağıq. Xalqımız əmindir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri nəinki Qarabağ bölgəsinin mənzərəsini kökündən dəyişəcək, həm də bütün Azərbaycanın inkişaf tarixində yeni bir dövr açacaq”.

 

Sahibə Qafarova əminliklə vurğulayıb ki, Azərbaycan bayrağını Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Hadrutda, Qarabağın digər şəhər və kəndlərində dalğalandıran qalib xalqımız erməni vandalları tərəfindən viran qoyulmuş yaşayış məntəqələrimizi bərpa edib qurucu xalq olduğunu bir daha dünyaya nümayiş etdirəcək. Qeyd edib ki, bu gün Silahlı Qüvvələrimiz işğaldan azad olunmuş bölgənin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Xalqımız həm Vətən müharibəsi dövründə, həm də bu gün, dinc dövrdə ölkəmizin hərbi təhlükəsizliyinin təmin edilməsində fədakarlıq göstərən hərbçilərimizlə haqlı olaraq fəxr edir,- deyən Milli Məclisin sədri əminlik ifadə edib ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə də inkişaf edəcək və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcək.

 

Milli Məclisinin sədri Sahibə Qafarova Azərbaycan parlamentinin tribunasından Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandana, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərinə, bütün hərbi qulluqçularımıza təbriklər ünvanlayıb, ölkəmizin mənafelərinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayıb.

 

Sonra iclasda 12 məsələdən ibarət gündəlik təsdiqlənib. Cari məsələlərin müzakirəsində Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlar Siyavuş Novruzov, Aydın Mirzəzadə, Elman Nəsirov, Musa Qasımlı, Aqiyə Naxçıvanlı, Qənirə Paşayeva, Şahin İsmayılov, Elşad Mirbəşiroğlu, Elşən Musayev, Cavid Osmanov Silahlı Qüvvələr Günü münasibəti ilə təbriklərini və xoş arzularını ifadə ediblər, bir sıra digər aktual məsələlərə münasibət bildiriblər.

 

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb. Öncə ikinci oxunuşda plenar iclasa təqdim olunmuş 5 qanun layihəsi bu oxunuşun prosedur qaydalarına uyğun müzakirə edilib.

 

İclasda Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri Sadiq QurbanovEnerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi (ikinci oxunuş) üzərində birinci oxunuşdan sonra aparılmış dəyişikliklər barədə ətraflı məlumat verib. Bildirib ki, layihə üzərindəki hər bir dəyişiklik qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb.

 

Parlamentdə geniş müzakirə aparılıb. Deputatlar Razi Nurullayev, Vahid Əhmədov, Fazil Mustafa, Etibar Əliyev, Vüqar Bayramov, Aydın Hüseynov, İltizam Yusifov, Şahin İsmayılov, Rauf Əliyev, Qənirə Paşayeva rəy və təkliflərini bildiriblər. Məsələ səsə qoyulub və 8 fəsil, 23 maddədən ibarət olanEnerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

 

Plenar iclasda sədr diqqətə çatdırıb ki, gündəlikdəki növbəti 2 qanun layihəsi mahiyyətcə bir-biri ilə bağlıdır və parlamentə bir zərfdə daxil olub.

 

Həmin layihələri ikinci oxunuşda təqdim edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib ki, “Əmək pensiyaları haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsindən məqsəd əlilliyi olan pensiyaçı vətəndaşlarımızın sosial müdafiəsini gücləndirmək və təkrar ekspertiza müddətini ötürdüyü halda ilkin 6 ay müddətində həmin pensiyanın əlillik başlandığı müddətdən hesablanmasını təmin etməkdir.

 

İclasda deputat Qüdrət Həsənquliyevin bu layihələrə dair rəyi dinlənildikdən sonra səsvermə keçirilib, hər iki qanuna təklif olunan dəyişikliklər ikinci oxunuşda təsdiqlənib.

 

Sonra iclasda parlamentə bir zərfdə daxil olmuş növbəti 2 qanun layihəsinə baxılıb. Öncə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məlumat verib. Bildirib ki, bu layihələr də vətəndaşların sosial müdafiəsini gücləndirmək xarakteri daşıyır. Layihəyə görə, vətəndaş 13 il dövlət qulluğunda işlədikdən sonra əgər onun 13 il çalışdığı orqan publik hüquqi şəxsə çevrilərsə, o halda həmin şəxs pensiyaya çıxarkən 2 il də dövlət tərəfindən dövlət qulluqçusu stajı tanınacaq və həmin vətəndaş dövlət qulluqçusu kimi pensiya almaq hüququ əldə edəcək.

 

Müzakirə zamanı deputatlar Qüdrət Həsənquliyev, Könül Nurullayeva, Fazil Mustafa qeyd və təkliflərini bildiriblər. Qanun layihəsi səsə qoyulubikinci oxunuşda qəbul edilib.

 

“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələni təqdim edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatların nəzərinə çatdırıb ki, bu layihə indicə qəbul olunan “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə üzvi surətdə bağlıdır, faktiki olaraq həmin normalar “Dövlət qulluğu haqqında” qanuna köçürülür.

 

Fikir mübadiləsində deputat Etibar Əliyevin çıxışı dinlənildikdən sonra bu qanun da ikinci oxunuşda qəbul olunub.

 

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəlikdəki növbəti 7 qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunub. İclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədr müavini Çingiz Əsgərov və Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev iştirak edirlər.

 

Gündəlikdəki növbəti məsələləri təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi faktiki olaraq məhkəmələrin, mediatorların, vətəndaşların və dövlət orqanlarının mediasiya institutunun fəaliyyəti ilə bağlı prosessual əsaslarını özündə ehtiva edir və “Mediasiya haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.

 

Məlumat dinlənildikdən sonra müzakirə aparılıb. Deputatlar Razi Nurullayev, Müşfiq Cəfərov, Aqiyə Naxçıvanlı, Siyavuş Novruzov rəy və təkliflərini diqqətə çatdırıblar. I vitse-spiker çıxışlara münasibət bildirib, suallara aydınlıq gətirib. Qanun layihəsi səsə qoyulubbirinci oxunuşda qəbul olunub. Həmçinin “Mediasiya haqqında” qanunun bir sıra maddələrinə təkmilləşdirmə məqsədi ilə edilən dəyişikliklər də (birinci oxunuş) parlamentdə razılıqla qarşılanıb.

 

İclasda “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli qanunu ilə təsdiq edilmişGömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli qanunu ilə təsdiq edilmişMiqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi barədə I vitse-spiker, komitə sədri Əli Hüseynlinin məlumatı dinlənilib. Layihəyə görə, xüsusi dövlət qulluğuna qəbul olunan dövlət qulluqçusunun barəsində sınaq müddəti müəyyən edilməyəcək. Bildirilib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

 

Parlamentdə bu qanun birinci oxunuşda qəbul olunub.

 

Sonra iclasda Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə, “Dövlət rüsumu haqqında” qanunaİnzibati Prosessual Məcəlləyə təklif olunan dəyişikliklərə dair 4 qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb. Bildirilib ki, bu qanun layihələri Hüquq siyasəti və dövlət quruculuğu komitəsində, həmçinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində geniş müzakirə olunub.

 

Parlamentdə qanun layihələrini geniş şərh edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli xatırladıb ki, 2019-cu ildə Azərbaycan Prezidenti tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalandı. Həmin fərmanın icrası ilə bağlı parlamentə aid olan hissə artıq uğurla həyata keçirilib, yəni qanunvericilik sahəsində islahatlarda Prezidentin tövsiyəsi əsasında çoxlu qanunlar qəbul edilib. ApellyasiyaAli Məhkəmə instansiyalarına hakimlər təyin olunub. Yeni kadrların keyfiyyəti də fərqlidir.

 

Komitə sədri deyib ki, bu layihə də həmin fərmanın icrasının davamı kimi qəbul olunmalıdır. Oktyabr ayının 1-də qanunun qüvvəyə minməsi nəzərdə tutulur. Layihədə konseptual yeni fikir ondan ibarətdir ki, tam yazılı icraat institutu yaradılır. Bu məsələ günün zərurətidir. Kasasiya instansiyası işin hüquqi tərəfinə qiymət verir, yəni sübutlar təqdim olunur və məhkəmə buna hüquqi qiymət verməlidir. İşin faktiki halları artıq birinciapellyasiya instansiyasında araşdırılıb.

 

Əli Hüseynli qeyd edib ki, tətbiq olunan yeni qayda vaxt itkisininbir sıra hallarda qeyri-prosessual münasibətlərin də qarşısını alacaq. Məhkəmə-hüquq sistemində hazırlıq institutunun möhkəmləndirilməsi vacibliyini önə çəkən Milli Məclis sədrinin birinci müavini layihədə elektron məhkəmə sistemi ilə bağlı olan müddəalara da toxunub. Azərbaycanda yaradılmış kommersiya məhkəmələrinin faktiki olaraq elektron məhkəmə olduğunu vurğulayıb və müzakirəyə çıxarılmış layihədə mülki prosesinelektron varianta keçməsinin təşviq edilməsini mütərəqqi hal kimi dəyərləndirib.

 

Milli Məclis sədrinin birinci müavini geniş şərhində qanun layihələrində mübahisə doğurmuş tezislərə də aydınlıq gətirib. Qeyd edib ki, sosial şəbəkələrdə vəkil ictimaiyyəti cərimələrin artırılmasına tənqidi münasibət bildirib. Əli Hüseynli deyib ki, ikinci oxunuşa qədər deputatların, vəkillərin, hüquq ictimaiyyətinin iştirakı ilə layihədəki mübahisəli müddəalarla əlaqədar ictimai dinləmə keçiriləcək.

 

Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklərlə bağlı məsələni şərh edib. Bildirib ki, təklif olunan dəyişikliklər əsasən üç istiqaməti özündə ehtiva edir: ödənilən dövlət rüsumunun məhkəməyə verilən iddianın məbləğindən differensial asılılığı, yığılan rüsumların bir hissəsinin məhkəmə aparatı işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsi, ilk dəfə tətbiq olunan özəl ekspertiza qurumlarının fəaliyyətinin tənzimlənməsi və bununla bağlı şəhadətnamənin rüsumunun müəyyən olunması.

 

Tahir Mirkişili beynəlxalq təcrübədə bu məsələlərin necə tənzimləndiyi barədə də danışıb.

 

Plenar iclasda aparılan müzakirələrdə deputatlar Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev, Qənirə Paşayeva, Nurlan Həsənov, Əziz Ələkbərov, Etibar Əliyev irad və təkliflərini diqqətə çatdırıblar.

 

Ali Məhkəmənin Sədr müavini Çingiz Əsgərov deputatları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib.

 

Müzakirələrdən sonra Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

 

Bununla da Milli Məclisin növbəti iclası başa çatıb.

 

Azərbaycan.-2020.- 26 iyun.- S.1;3.