“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası
Dövlət Sərhəd
Xidmətinin hərbi qulluqçularının sosial
müdafiəsini gücləndirmək
məqsədilə qərara
alıram:
1. “Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 15
sentyabr tarixli 499 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 9, maddə 793; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə
1027, ¹ 10, maddə 1194; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 3, maddə
384, ¹ 5, maddə 761, ¹ 7, maddələr
1322, 1335, ¹ 8, maddə 1521; 2018, ¹ 5, maddə 906, ¹ 9, maddə
1844, ¹ 12 (I kitab), maddə
2609; 2020, ¹ 5, maddə 560) 28.13.1-ci yarımbəndində “250 000” rəqəmləri
“450 000” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
3. Bu Fərman 2021-ci il
iyulun 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun
2021-ci il
Azərbaycan.-2021.- 26 iyun.- S.2.