Bakıda
dünya brendinə məxsus hotel istifadəyə verildi
Paytaxtımızda “Courtyard by
Marriott Baku” otelinin açılışı
olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda
iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım oteldə yaradılan şəraitlə
tanış olublar.
Məlumat verildi ki, “Courtyard by
Marriott Baku” otelində 365 otaq,
iclas, idman zalları, restoran yaradılıb. Bu cür
müasir otel kompleksinin istifadəyə
verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə
olmaqla yanaşı, paytaxtın sosial-iqtisadi inkişafında mühüm
rol oynayır, otel biznesinin keyfiyyətcə yeni mərhələyə qədəm
qoymasına şərait
yaradır.
Bu otel kompleksi Avropada və dünyada xüsusi imicə malik otellər şəbəkəsi
tərəfindən inşa
edilib. Son illər
Azərbaycanda dünya
brendlərinə məxsus
bu cür otellərin istifadəyə
verilməsi ölkəmizdə
əlverişli investisiya
mühitinin olduğunu,
bölgənin iqtisadi
mərkəzi sayılan
Azərbaycanın turizm
sahəsində də
qabaqcıl sıralarda
qərarlaşdığını göstərir.
Qeyd edək ki, dünyada
maliyyə və iqtisadi çətinliklərin
olduğu, pandemiyanın ciddi
fəsadlar yaratdığı bir dövrdə
Prezident İlham
Əliyevin gələcəyə baxış konsepsiyası
sayəsində ölkəmizdə heç
bir sosial-iqtisadi layihə
təxirə salınmadı. Turizm infrastrukturunun inkişafı ilə
bağlı həyata keçirilən davamlı tədbirlər,
o cümlədən müasir
mehmanxanaların istifadəyə verilməsi Azərbaycanda postpandemiya mərhələsinə daha uğurlu keçidi təmin etməkdə böyük rol oynayır.
Azərbaycan.-2021.- 30 iyun.- S.1;4.