Birinci
vitse -prezident Mehriban Əliyeva: "Biz Azərbaycan Ordusuna, əsgər
və zabitlərimizə hədsiz dərəcədə minnətdarıq"
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi
instaqram səhifəsində 26 İyun - Silahlı Qüvvələr
Günü ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:
“Bu
gün biz böyük fəxarətlə Azərbaycan
Respublikasının Silahlı Qüvvələri
Gününü qeyd edirik! Sözlə ifadə edilməsi
çətin olan hisslərlə qeyd edirik. Biz
Azərbaycan Ordusuna, əsgər və
zabitlərimizə hədsiz dərəcədə minnətdarıq!
Qəhrəmanlığınıza, şücaətinizə,
cəsarətinizə və
dözümlülüyünüzə görə sizə
minnətdarıq! Azərbaycanın ərazi bütövlüyünün
bərpa edilməsinə görə! Vətənə sədaqətlə
xidmət etmək nümunəsinə görə! Siz bizim fəxrimizsiniz! Bu əlamətdar gündə Vətən uğrunda həlak olmuş
qəhrəman oğullarımızın nurlu
xatirəsini ehtiramla yad
edir, onların doğma
və yaxınlarına səbir arzulayıram! Bütün əsgər və
zabitlərimizi səmimi-qəlbdən təbrik edirəm, Uca Tanrıdan onların hər birinə
möhkəm cansağlığı, sevinc,
sevgi və səadət, doğma
Azərbaycanımıza sülh və əmin-amanlıq
bəxş etməsini diləyirəm!”.
Azərbaycan.-2021.- 30 iyun.- S.1.