Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli
387 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “DOST” mərkəzlərində
göstərilən xidmətlərin siyahısı”nda və
“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis
edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 641 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 10
dekabr tarixli 387 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 12 (I kitab), maddə
2544; 2019, ¹ 7, maddələr 1213, 1233, ¹ 12,
maddə 1935; 2020, ¹ 8, maddə
1039; Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 4
may tarixli
1328 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş “DOST” mərkəzlərində
göstərilən xidmətlərin
siyahısı”nda aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 5.1.1-ci yarımbənd
üzrə:
1.1.1. 3-cü abzasda “böyütmüş”
sözü “tərbiyə
etmiş” sözləri
ilə əvəz edilsin;
1.1.2. 5-ci abzas aşağıdakı
redaksiyada verilsin:
“5. ana vəfat etdiyinə və ya ana
ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik
hüququndan məhrum
edildiyinə görə
5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına
səkkiz yaşınadək
böyüdən atalara,
habelə 5 və daha çox uşağı övladlığa
götürüb təkbaşına
səkkiz yaşınadək
böyüdən atalara,
həmçinin 5 və
daha çox uşağı səkkiz yaşınadək böyüdən
qəyyum kişilərə”;
1.2. 5.2.2-ci yarımbənd üzrə:
1.2.1. aşağıdakı
məzmunda 4-1-ci abzas əlavə edilsin:
“4-1. övladlığa götürülən
uşağa, o cümlədən
övladlığa götürülən
sağlamlıq imkanları
məhdud 18 yaşınadək
uşağa görə
müavinət;
1.2.2. 8-ci
və 12-ci abzaslar aşağıdakı redaksiyada
verilsin:
“8. yaşa görə,
o cümlədən:
8.1. 5 və daha çox
uşağı doğub
8 yaşınadək tərbiyə
etmiş qadınlara
8.2. sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş qadınlara
8.3. ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalara, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə”
“12. müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına”;
1.3. 7.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
“7.9. ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla)”;
1.4. aşağıdakı məzmunda 7.9-1-ci və 7.14-cü bəndlər əlavə edilsin:
“7.9-1. ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə”
“7.14. əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə”.
2. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 4, maddə 641) 2.2-ci bəndində “xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup” sözləri “səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən I dərəcə gözdən” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
17 iyun 2021-ci il
Azərbaycan.-2021.- 25 iyun.- S.3.