Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi”nin yeni inzibati
binasının açılışında iştirak
edib
Martın 1-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tədbirdə iştirak edib.
Yeni
inzibati bina ilə tanış olan dövlətimizin
başçısına məlumat verildi ki, müasir texnoloji
sistemlərlə təchiz olunmuş binada beynəlxalq tələblərə
cavab verən lokal informasiya texnologiyaları infrastrukturu,
videokonfrans və rabitə sistemləri yaradılıb.
Burada
ölkəmizdə dənizçilik peşəsinin qədimliyini
əyani vasitələr, interaktiv təqdimatlarla ziyarətçilərə
çatdıran “Üç əsrin şahidi” adlı muzey də
yerləşir. Bu muzeyin yaradılmasında əsas
məqsəd Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin
üç əsrə şahidlik
edən şanlı tarixini bir araya gətirərək
nümayiş etdirmək, tarixi
eksponat və sənədləri konservasiya etmək və rəqəmsal formata çevirərək gələcək nəsillərə
ötürülməsini təmin etməkdən ibarətdir.
Binanın inşası zamanı həm eksteryerdə, həm də
interyerdə dənizçilik rəmzlərindən geniş istifadə olunub.
Binanın bütün otaqlarında səmərəli
fəaliyyət üçün hər cür şərait yaradılıb.
Azərbaycan.-2021.- 2 mart.- S.1;3.