İlham
Əliyevin yaratdığı yeni
reallıq
Azərbaycan Ermənistanın işğal
siyasətinə son qoymaqla
bölgədə sabitliyi və təhlükəsizliyi
möhkəmləndirdi
İkinci Qarabağ müharibəsinin nə vaxtsa baş verəcəyi qaçılmaz idi. Ona görə ki, danışıqlar prosesi heç bir nəticə vermirdi. Ermənistan imitasiya ilə məşğul idi, danışıqlar prosesində iştirak edən təşkilat və dövlətlər isə beynəlxalq hüququn Azərbaycanın tərəfində olmasına baxmayaraq, problemin həllinə laqeyd yanaşırdılar. Bu da nəticə etibarilə işğal siyasətinin dəstəklənməsi anlamına gətirib çıxarırdı.
İlham Əliyev inkişaf strategiyası ilə tarixi şəraiti yetişdirdi
Ümumiyyətlə isə, 44 günlük müharibəyə qədər ayrı-ayrı siyasi mərkəzlərin mövqeyi, problemə yanaşmaları Azərbaycanın işğal faktı ilə barışmasına yönəlmişdi. Çünki Azərbaycan ərazilərinin zəbt edilməsinə, yüz minlərlə azərbaycanlının 30 ilə yaxın idi məcburi köçkün vəziyyətində yaşamasına olan laqeydlik, Dağlıq Qarabağın Azərbaycan əraziləri olduğunu təsbit edən beynəlxalq hüququn norma və prinsiplərinin nəzərə alınmaması, Ermənistana hərtərəfli siyasi dəstəyin göstərilməsi başqa cür düşünməkdən başqa yol qoymurdu.
Azərbaycanın işğal olunmuş kənd və şəhərlərinin adlarının dəyişdirilməsi, onlara eybəcər erməni adlarının qoyulması da göstərirdi ki, Ermənistan həmin əraziləri heç vaxt azad etmək niyyətində olmayıb. Həmin ərazilərin qeyri-qanuni məskunlaşdırılmasına, Ermənistanın ayrı-ayrı təxribatlarına beynəlxalq təşkilatların və dövlətlərin göz yumması işğala dəstək göstərilməsindən başqa bir şey deyildi.
Təbii
ki, Azərbaycan bu vəziyyətlə barışa bilməzdi
və barışmadı da. Prezident İlham
Əliyev bütün xarici
səfərlərində, beynəlxalq tədbirlərdəki
çıxışlarında ilk növbədə
diqqəti torpaqlarımızın işğal
altında olmasına yönəldirdi. İlham
Əliyev hər zaman deyirdi
ki, danışıqlar nəticəsiz qalarsa, Azərbaycan güc
yolu ilə torpaqlarını işğaldan azad edəcək. Azərbaycan xalqı əmin
idi ki, günlərin
birində ordumuz
işğalçını döyüş
meydanında darmadağın edəcək.
Əlbəttə, bunun üçün əlverişli tarixi şərait yetişməliydi. Bunun üçün zaman düzgün seçilməliydi. İlham Əliyev öz inkişaf siyasəti ilə həmin tarixi şəraiti yetişdirdi. Azərbaycanın yüksəlişi, ordumuzun qüdrətlənməsi ilə torpaqlarımızın azad olunmasının zamanı da gəldi və 44 günlük müharibədə İlham Əliyev özünün daha bir vədini inamla, qətiyyətlə və uğurla yerinə yetirdi.
Prezdent İlham
Əliyev xalqa müraciətlərində,
mətbuata müsahibələrində müharibənin səbəbləri
barədə yerli və xarici
ictimaiyyəti məlumatlandırıb. Fevralın
26-da yerli və xarici media nümayəndələri üçün
keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyev bir daha bildirdi
ki, otuz il davam
edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan bu məsələni təkbaşına həll
etdi: “Otuz il davam edən
danışıqlar heç bir nəticə vermədi. Minsk
qrupunun fəaliyyəti olsa
da, nəticəsi sıfıra bərabər
oldu. Son iki il ərzində
faktiki olaraq Minsk qrupunun həmsədrləri
özləri də bilmirdilər ki, nə
işlə məşğul olsunlar. Çünki Ermənistan baş
nazirinin yersiz və çox təhlükəli bəyanatları
onların fəaliyyətini də faktiki olaraq iflic etmişdi,
mənasız etmişdi. Əgər Ermənistan
baş naziri
deyirsə ki, “Qarabağ
Ermənistandır və nöqtə”, ondan
sonra hansı proses ola bilər, hansı danışıqlardan
söhbət gedə bilər? Bu, əslində,
Minsk qrupunun həmsədrlərini
də çox çətin vəziyyətə
saldı. Çünki onlar da buna hər
hansı bir reaksiya verməli idilər. Faktiki olaraq son iki il ərzində
danışıqlar aparılmırdı.
Yəni,
Azərbaycan bu məsələni təkbaşına
həll etdi”.
Üçtərəfli bəyanata qarşı çıxmaq
Ermənistanın növbəti
faciəsi olar
Azərbaycan artıq bölgədə
yeni reallıq yaradıb. İlk növbədə bəzi beynəlxalq təşkilatların və
dövlətlərin Ermənistanın
işğal siyasətinə
dəstək verən
mövqelərinə tutarlı
zərbə vuruldu.
Azərbaycan göstərdi ki,
torpaqlarının işğal
altında qalması ilə heç vaxt razılaşa bilməz. Danışıqlarda imitasiya edən,
zamanı uzatmaqla işğala daha güclü beynəlxalq dəstək almaq istəyən Emənistan güc yolu ilə
Azərbaycan torpaqlarından
qovuldu.
Noyabrın 10-da imzalanmış üçtərəfli
bəyanat Ermənistanın
kapitulyasiyasının hüquqi-siyasi
təsdiqi və bölgədə yaranmış
yeni reallığın
təcəssümüdür. Bu sənəd həm də bölgədəki sülhün və təhlükəsizliyin zəmanətidir.
Bu sənədə imza atmaqla Ermənistan
bir dövlət olaraq öz üzərinə öhdəliklər
götürüb. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq, Ermənistan bu öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir.
Ermənistanda aylardır ki, mitinqlər keçirən
müxalifət və
keçmiş hərbi
xunta tərəfdarları
həm hakimiyyətə,
həm də üçtərəfli bəyanatlara
qarşı çıxırlar. Lakin bu sənədə qarşı
çıxmaq Ermənistana
ağır başa gələ bilər.
Prezident İlham Əliyev mətbuat konfansında bəyanata qarşı çıxmaq istəyənlərə
də xəbərdarlıq
etdi. “Noyabrın
10-da imzalanmış bəyanat
icra edilir və tam icra edilməlidir.
O bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcəkdir. Əks-təqdirdə Ermənistan daha da ağır duruma düşəcək. Yəni Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq”, - deyə İlham Əliyev bildirdi.
Maraqlıdır ki, revanşistlər üçtərəfli bəyanata qarşı çıxmağın alternativi barədə danışmaqdan qaçırlar. Çünki yaxşı anlayırlar ki, bu sənədə qarşı çıxmaq Ermənistan üçün daha böyük fəlakətlə nəticələnə bilər. Bəyanata qarşı çıxmaqda əsas məqsədləri sadəcə Paşinyanı baş nazirlikdən uzaqlaşdırmaqdır. Lakin son günlərdə Ermənistanda baş verənlərdən bir daha aydın oldu ki, erməni xalqı müxalifətə və hərbi xuntaya qarşıdır.
Beləliklə, Prezident İlham Əliyev Cənubi Qafqazda yeni reallığın müəllifi oldu. 44 günlük müharibə ilə Ermənistanın işğal siyasətinə son qoyuldu. Bu savaşdakı tarixi zəfərin nəticəsi olaraq Azərbaycan bölgədə sabitliyi və təhlükəsizliyi möhkəmləndirdi, mövqelərini daha da gücləndirdi.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2021.- 3 mart.- S.1;3.