İlham Əliyevin yeni layihələri regionda sabitliyin qarantıdır

 

Prezidentin müəyyənləşdirdiyi Milli Prioritetlərin sistemli şəkildə icrası Azərbaycanın hərtərəfli yüksəlişini təmin edəcək

 

 

“Dağlıq Qarabağ münaqişəsi sona çatıb. O, artıq tarixin bir hissəsinə çevrilib. İndi biz diqqəti qarşımızdakı məsələlərə cəmləşdirməliyik, ilk növbədə, əlbəttə ki, ərazilərin yenidən qurulmasına, bərpasına. Hər şey məhv olub. Biz dağıntıların miqyasını təsəvvürümüzə belə gətirə bilməzdik. Ağdamda, Füzulidə, azad edilmiş digər ərazilərdə, kəndlərdə, şəhərlərdə bir bina belə qalmayıb. Hər şey, tarixi abidələr dağıdılıb. Yenidənqurma işləri aparmaq üçün çoxlu tədbirlər görülməlidir. Əlbəttə, biz bu işə sadiqik, bunu etmək üçün bizim güclü iradəmiz, imkanlarımız var”.

Bu fikirləri Prezident İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən söyləyib.

44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlayıb. İslahatlarla yanaşı, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa işlərinə start verilib. Bütün bu məsələlər Prezident İlham ƏliyevinAzərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərstrategiyasında aydın şəkildə öz əksini tapıb. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair reallaşdırılacaq beş milli prioritet müəyyənləşdirilib. Bütün prioritetlər, əlbəttə ki, Vətən müharibəsində ərazi bütövlüyünü təmin edən Azərbaycanın gələcək yüksəlişinə hədəflənib.

Ölkəmiz həm region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir görülən işlər bir daha göstərir ki, Azərbaycan artıq bu prosesə start verib. Dövlət başçısı bu məsələyə toxunaraq vurğulayıb ki, Azərbaycan yenidənqurma işlərinə, bütün region ölkələri üçün nəticədə regionda sabitlik, proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlayıb. Azərbaycan öz öhdəliklərinə sadiqdir müharibədən sonra da çox konstruktiv yanaşma nümayiş etdirir. Bu reallıqlar uzunmüddətli olacaq.

 

 

Yeni layihələr sistemli şəkildə reallaşdırılacaq

 

 

Bu gün mühüm hədəflərdən biri işğaldan azad edilmiş torpaqlarımızda bərpa, quruculuq işlərinin sistemli şəkildə reallaşması yüksəliş dövrünün başlanmasıdır. Burada reallıq böyük qayıdışa uyğun proqramların hazırlanması icrasıdır. Bu hədəf üzrə işlər tamamilə yeni reallıqlar əsasında Azərbaycanın inkişafında xüsusi mərhələyə qədəm qoymaq deməkdir.

Çünki 30 ilə yaxın müddətdə işğal altında qalmış ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda beynəlxalq regional əhəmiyyətli nəqliyyat-logistika dəhlizlərinin fəaliyyətə başlaması həm Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq, həm bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasını şərtləndirəcək.

 

Azərbaycan dövlətinin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərimizdə əhalinin məskunlaşma səviyyəsini işğala qədərki səviyyəyə çatdırmaqdır. Buna nail olmaq üçün isə bütün imkanlar, o cümlədən iqtisadi potensial insan resursları mövcuddur.

Tarixi zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək. Bu çərçivədə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın qarşılıqlı faydalı əməkdaşlığın formalaşdırılması, eləcə iqtisadi ticarət əlaqələrinin inkişaf etdirilməsi Azərbaycanın region iqtisadiyyatının ümumi mənzərəsinin müəyyənləşdirilməsində rolunu daha da gücləndirəcək.

 

 

 

Yeni dəmir yol xətləri, su elektrik stansiyaları, “ağıllı kəndlayihələri

 

 

İşğaldan azad edilmiş ərazilərimizdə reallığa çevrilməkdə olan layihələrə gəlincə, fevralın 14-də Prezidentin Füzuli, Zəngilan, Laçın Cəbrayıl rayonlarına səfəri çox aspektlərdən xüsusi önəm daşıdı. Səfər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt müəssisələrin təməlinin qoyulması həm siyasi, iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edirdi.

Prezident bu səfər zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu, 8 meqavat gücündəGüləbird” Su Elektrik Stansiyasının açılışında iştirak etdi stansiyanı işə saldı. Həmçininağıllı kəndlayihəsinin necə reallaşacağı nümayiş etdirildi.

Əlbəttə ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilməsi mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən layihənin başlanğıcı kimi qiymətləndirilməli olan bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Digər vacib məsələ isə odur ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsi yaranacaq.

LaçındakıGüləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi əlamətdar hadisə idi. Çünki bu, işğaldan azad olunan rayonlarda İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk layihə idi. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Mərasimdə çıxış edən Prezident qətiyyətlə vurğuladı ki, Kəlbəcər Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyaları bərpa ediləcək. İşğaldan azad olunan ərazilərdə ekoloji cəhətdən təmiz, bərpaolunan enerji növləri yaradılaraq torpaqlaryaşıl enerjizonasına çevriləcək.

Birinciağıllı kəndlayihəsi isə Zəngilan rayonunda icra ediləcək. Rayonun Üçüncü Ağalı kəndindən başlayacaq “ağıllı kənd” layihəsinin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Bir sözlə, dövlət başçısının düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadisiyasi dividendlər qazandıracaq, həm də dünya bir daha şahidi olacaq ki, İlham Əliyev verdiyi vədləri daim uğurla gerçəkləşdirən qətiyyətli liderdir.

Bu günün reallıqları isə bir daha göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2021.- 3 mart.- S.1;3.