Ermənistanda xalq
hərbi xuntadan üz
döndərdi
Yerevan meydan dərəbəyliyini yaşayır
Ermənistanda martın 1-də keçirilən mitinqlər ölkədə siyasi böhranın daha da dərinləşdiyini göstərir. 44 günlük Qarabağ müharibəsindən sonra Nikol Paşinyanın opponentləri xalqın baş nazirdən üz döndərəcəyini gözləsə də, indi tamam əks vəziyyət müşahidə edilir. İnsanların müxalifətə və hərbi xuntaya dəstək verməməsi baş nazirin mövqelərini bir qədər möhkəmləndirib.
Müxalifət baş nazirdən sübut tələb edir
Baş nazirin Yerevanın Respublika meydanında keçirilən mitinqdəki çıxışları hərbi xunta təmsilçilərinin etirazına səbəb olub. Belə ki, mitinqdə çıxış edən Nikol Paşinyan ordunun baş qərargah rəisi O.Qasparyanı Ermənistanın üçüncü prezidenti S.Sarkisyanın təzyiqi altında baş nazirin istefasını açıq şəkildə müdafiə etməkdə və birbaşa rəhbərinin tələbinə tabe olmaq əvəzinə eks-prezidentin əmrlərini yerinə yetirməkdə günahlandırıb. O, Qasparyanın hərəkətlərini xainlik adlandırıb və onun istefa verməli olduğunu bildirib.
Ermənistanın müxalif “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan isə Nikol Paşinyandan mitinqdə dedikləri haqqında sübut tələb edib. O, baş nazirdən bu barədə dəlillər göstərməsini söyləyib. “Baş nazir deyir ki, Qasparyan göstərişləri Sarkisyandan alır. Qoy Paşinyan dediklərini sübut etsin, dəlil göstərsin, ya da danışmasın”, - deyə partiya sədri bəyan edib.
Ermənistanın
silahlı qüvvələri isə
bəyanat yayaraq Nikol Paşinyanı əsassız
ittihamlara son qoymağa çağırıb.
S.Sarkisyanla qiyamçı general arasında telefon danışığı olub
O.Qasparyanın qızı da Nikol Paşinyanın atasına qarşı ittihamlarına reaksiya verib. O, “Facebook”dakı səhifəsində
yazıb ki, bir gün fərarilik
edən biri hakiminiz olarsa, təəccüblənməyin: “Bir qrup fərarilik
edənlərin vətənin
müdafiəçilərindən danışarkən onları
xain adlandırması
gülüncdür. Yeri gəlmişkən,
bu cür insanların intonasiyası
birbaşa cəbhə
xəttindən uzaqlaşma
dərəcəsindən asılıdır.
Güldüm, xeyli güldüm”.
Bu arada Ermənistan
Milli Təhlükəsizlik
Xidməti O.Qasparyanla keçmiş prezident S.Sarkisyanın telefon danışığını dinləyərək, lentə
alıb. Ermənistanın Vatikandakı keçmiş
səfiri, S.Sarkisyanın
kürəkəni Mikael
Minasyan sosial media hesabında yazdığı
statusunda telefon danışığının bir neçə ay öncəyə aid olduğunu
bildirib. “Paşinyan
mitinqdə Serj Sarkisyan və Onik Qasparyan arasında telefon danışığı haqda
bir anons verdi. Bir neçə
ay öncə Ermənistan
MTX Sarkisyanla Qasparyanın
telefon danışığını
izləyərək lentə
aldı. MTX rəhbəri Abazyan Nikol və Annanın
şəxsi xidmətində
olduğundan dərhal
bu səs yazısını onlara ötürdü. Bunun tezliklə
ictimaiyyətə açıqlanacağı
bildirildi. Bu telefon danışığında
nələrin müzakirə
olunduğu haqda xəbərim yoxdur, amma MTX mənbələri
danışığın son hadisələrlə heç
bir əlaqəsi olmadığını bildirirlər”,
- deyə Sarkisyanın
kürəkəni qeyd
edib.
Ümumiyyətlə isə, görünən odur ki, Ermənistanda
xalq hərbi xuntadan üz döndərib. Yerevan isə
siyasi xaosdan meydan dərəbəyliyinə
qədəm qoyur.
Tənəzzül daha da dərinləşəcək
Ermənistanın müxalif “Vətənin qurtuluşu hərəkatı”
bəyan edib ki, Yerevanın mərkəzindəki Baqramyan
prospektini yalnız Nikol Paşinyanın vəzifədən gedəcəyi
təqdirdə azad edəcək. Qeyd edək ki, Yerevanda həftələrdir
davam edən etiraz aksiyalarından sonra müxalifət vahid halda birləşə,
eyni zamanda hərbçilərin qiyamı
fonunda xalqın dəstəyini ala bilmədi.
İndi maraq doğuran məqam ölkədə hadisələrin hansı səpkidə inkişaf edəcəyidir. Əksər
proqnozlar bundan ibarətdir ki, dövlət çevrilişinin
qarşısının alınmasına rəğmən
ölkədə vəziyyət
yenə xaotik məcrada davam edəcək.
Bütün bunlarla yanaşı, ölkədə iqtisadi vəziyyətin getdikcə
daha da ağırlaşdığı,
insanların gündəlik
maddi ehtiyaclarla bağlı çətinliklərinin
miqyasının artdığı
da müşahidə olunmaqdadır. Hadisələrin inkişaf axarı
vəziyyətin hələ
uzun müddət dəyişməz qalacağını,
Ermənistanın üzləşdiyi
tənəzzülün bir
qədər də dərinləşəcəyini deməyə əsas verir.
Bu durumda iş adamlarının da ölkəni tərk etməsi problemləri artırır. Belə vəziyyətin yaranmasının
səbəblərindən biri
kimi iş adamlarına haqq qoyulması, onların qeyri-rəsmi ödənişlərə
cəlb edilməsidir.
Bununla razılaşmayan sahibkarlar
qısa zaman ərzində müflis edilir, həbsə atılır.
“4rd.am” saytı yazır ki, ictimai-siyasi gərginliyin fonunda Ermənistanda aclıq çəkənlərin və narazıların sayı gündən-günə artır. Hakimiyyətdə olanlar bu faktları gizlətməyə çalışsalar da, reallıq belədir. Ermənistan hakimiyyət orqanlarının bütün hərəkətləri açıq-aşkar nümayiş etdirir ki, ölkədə ümumi vəziyyət çox gərgindir: “Bu nə ilə bağlıdır? Ermənistanı idarə edən, özünü bu ölkənin hakimiyyəti adlandıran kriminal-oliqarxik piramida bütün kiçik və orta biznesi məhv edir. Bu isə əhalinin narazılığına səbəb olur. Ermənistanın hakimiyyət orqanları həqiqəti nə qədər gizlətsələr də, iqtisadiyyatda sistemli böhran baş verir. Hakimiyyət orqanları ölkə iqtisadiyyatının fəlakətli vəziyyətdə olmasına dəlalət edən həqiqi rəqəmləri gizlədir”.
Bunlar
Ermənistandakı ağır böhranın bütün sahələrə
dərindən sirayət etdiyini göstərir.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 3 mart.- S.1;3.