Azərbaycanın mədəniyyət
naziri Türkiyənin xarici
işlər naziri ilə görüşüb
Azərbaycan
Respublikasının mədəniyyət naziri Anar Kərimovun
rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə
Respublikasında səfərdədir.
Mədəniyyət
Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində
nazir Anar Kərimovun Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu ilə Ankarada
görüşü keçirilib.
Martın 2-də keçirilən görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluq ifadə edilib. Ölkələrimizin həyata keçirdikləri birgə layihələrin əhəmiyyəti vurğulanıb. Dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.
Söhbət zamanı Türkiyə-Azərbaycan birliyinin təcəssümü olan tarixi Zəfərdən, 44 günlük Vətən müharibəsində qardaş ölkənin göstərdiyi böyük dəstəkdən söz açılıb.
Görüşdə ikitərəfli
münasibətlər, mədəniyyət sahəsində inkişaf perspektivləri, həmçinin
qarşılıqlı maraq doğuran məsələlər barədə
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2021.- 3 mart.- S.2.