Azərbaycanın xarici işlər naziri
italiyalı həmkarı ilə telefonla
danışıb
Martın 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.
Bu
barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat
xidməti idarəsindən məlumat verilib.
Nazir
Ceyhun Bayramov hazırda bölgədə mövcud olan vəziyyət,
2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli
bəyanatların həyata keçirilməsi ilə
bağlı məsələlər, o cümlədən
ölkəmiz tərəfindən bu istiqamətdə
görülən işlər və Ermənistanın bəyanatdan
irəli gələn öhdəliklərinə qarşı
olan pozucu əməlləri barədə italiyalı həmkarına
məlumat verib.
Nazir
Luici Di Maio bölgədə dövlətlərarası vəziyyətin
normallaşması üçün üçtərəfli bəyanatların
bütün aspektlərinin həyata keçirilməsinin vacibliyini
vurğulayıb.
Nazirlər,
həmçinin ölkələr arasında mövcud olan
münasibətlərin hərtərəfli inkişafı
perspektivləri, regiondakı yeni əməkdaşlıq
imkanları, enerji və humanitar sahələrdə əməkdaşlığın
genişlənməsi imkanlarını müzakirə ediblər.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi
aparıblar.
Azərbaycan.-2021.- 4 mart.- S.2.