“Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr
olunmuş iclas keçirilib
Baş nazir Əli Əsədovun sədrliyi ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə
uyğun olaraq
“2021-2025-ci illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”nın hazırlanması
məqsədilə yaradılmış
Komissiyanın ilk iclası
keçirilib.
Nazirlər Kabinetinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikasının Prezidenti
tərəfindən 2 fevral
2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış
Sərəncamda hökumətə
"2021-2025-ci illər üzrə
Sosial-iqtisadi inkişaf
strategiyası"nın hazırlanması
ilə bağlı verilmiş müvafiq tapşırıqlar, habelə
yaradılmış Komissiyanın
10 alt işçi qrupunun
fəaliyyət istiqamətləri,
iş planları və onun koordinasiyası,
hesabatlılıq və
təşkilati məsələlər
müzakirə olunub.
Azərbaycan.-2021.-
5 mart.- S.2.