Şəhidin ad günü məzarı yanında qeyd olunub
Torpaqlarımızın bütövlüyü uğrunda
gedən döyüşlərdə
şəhidlik zirvəsinə
ucalan Göyçay rayonunun Şıxbəy kəndindən olan Qismət Yolçu oğlu Qasımovun ad günü uyuduğu qəbiristanlıqda məzarı
yanında qeyd olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə
rayon icra hakimiyyətinin
məsul işçiləri,
şəhidin yaxınları,
kənd sakinləri iştirak ediblər. İştirakçılar Qismət Qasımovun məzarı üzərinə
gül-çiçək dəstələri
düzüblər.
Qismət Qasımov yaşasaydı
28 yaşını qeyd
edəcəkdi.
Anım
mərasimində Qismət
Qasımovun həyat yolundan danışılıb,
2020-ci il oktyabrın 25-də Ağdərə-Suqovuşan
istiqamətində gedən
döyüşlərdə düşmənin hücumunun
qarşısını alarkən
qəhrəmancasına şəhid
olduğu vurğulanıb.
Şəhid atası Yolçu
Qasımov şəhid
ailələrinə göstərilən
diqqət və qayğıdan razılığını
ifadə edib və buna görə
Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını
bildirib.
Azərbaycan.-2021.-
7 mart.- S.3.