Dünyanı dəyişən
qadınlar
8
mart Beynəlxalq Qadınlar Günüdür
Adətən qadınlara ev, məişət qayğılarını yerinə yetirən, uşaqların qulluğunda durub tərbiyəsi ilə məşğul olan bir insan kimi yanaşılır. Elə düşünülür ki, elmi, mədəni, yaradıcı fəaliyyətlər, yeni ixtiralar yalnız kişilərə xas ola bilər. Halbuki tarixdə elə faydalı kəşflər var ki, onlara məhz qadınlar imza atıb. O kəşflər ki dünyanın gərdişini dəyişib, insanların yaşam tərzini asanlaşdırıb. Kompüter proqramlarından qabyuyan maşına qədər gündəlik istifadə etdiyimiz əşyaların və elmi ixtiraların müəllifləri olan ixtiraçı qadınlarla tanış olun.
Qreys Hopper: ABŞ Donanmasının admiralı Qreys Hopper İkinci Dünya müharibəsindən sonra Harvard Universitetində apardığı araşdırmalar nəticəsində ilk böyük ölçülü kompüter olan “IBM-Harvard Mark 1” üzərində işləmək tapşırığı alır. Az keçmədən onun adı kompüter proqramlaşdırmasında ön sırada çəkilməyə başlanır. 1952-ci ildə o, söz halında olan təlimatları kompüterlərin oxuya biləcəyi kod halına salaraq ilk kompilyatoru yaradır. Bu kəşf proqramlaşdırmanı sürətli etməklə yanaşı, onların işləkliyinə müsbət təsir edir və İT sahəsində inqilab hesab olunur.
Hopper həmçinin alətinin içindən güvəni təmizlədikdən sonra işlətdiyi “cücüdən təmizləmə” (de-bugging) ifadəsini məşhurlaşdırıb. Onu “kompüterin anası” da adlandırırlar.
“Amazing Grace” (valehedici Qreys) donanmada xidmət edən ən yaşlı zabit kimi 79 yaşında təqaüdə çıxana qədər kompüterlərlə işləyib.
Hedi Lamer: II Dünya müharibəsi zamanı gizli rabitə sistemində inqilabi yeniliklər edib. Onun ilk dəfə olaraq tətbiq etdiyi üsul kodların düşmən kəşfiyyatı tərəfindən sındırılmasının qarşısını alıb.
Ellen Oşoa: İxtisasca astronavt olan Ellen Oşoa robot texnologiyasını təkmilləşdirən ilk şəxslərdəndir. O, robot texnologiyasını kəşf etdiyi optik analiz sistemləri ilə inkişaf etdirib.
Olqa D Gonzalez-Sanabria: Əslən Puerto-Rikodan olan bu xanım Beynəlxalq Kosmik Stansiyanı enerji ilə təmin edən uzun müddətli nikel-hidrogen batareyasını kəşf edib. O, bu texnologiyanı 1980-ci illərdə yaradıb. Hazırda NASA-nın Glenn Tədqiqat Mərkəzinin mühəndislik üzrə müdiridir.
Stefani Kvuolek: Bu kimyaçı 1965-ci ildə güllə keçirməyən jilet və bədən zirehi üçün istifadə olunan yüngül fibranı ixtira edib. Onun kəşfindən sonra dəmirdən beş dəfə güclü olan bu material milyonlarla həyatı xilas edib və hər gün minlərlə insan tərəfindən işlədilir. Materialdan rezin əlcəklər, mobil telefonlar, təyyarələr və asma körpülərin hazırlanmasında istifadə olunur.
Sara Meter:
Bu qadın sualtı qayıqlar üçün
periskop ixtira edib. 1845-ci ildə
patentləşdirilən bu
cihazın köməyi
ilə müşahidə
edilən obyektlər arasındakı məsafə
təyin olunur.
Şirley
Ann Cekson: O, Massaçusetts
Texnologiya İnstitutunda
fəlsəfə doktoru
dərəcəsini qazanan
və yüksək səviyyəli tədqiqat
universitetinə rəhbərlik
edən ilk Afrika-Amerika
əsilli qadındır.
1970-ci illərdə apardığı araşdırma
zəng edənin kimliyinin müəyyənləşdirilməsinə
və zəng gözləmənin yaranmasına
səbəb olub.
Onun telekommunikasiya üzrə nailiyyətləri portativ faks, fiber optik kabellər və günəş batareyalarının
ixtirasına yol açıb.
Meri
Anderson: Bu gün avtomobillərin
ön şüşəsini
yağış, qar və çirkdən təmizləyən şüşə
silən fırçanın
da ideya müəllifi qadın olub. Meri Anderson adlı xanım
ilk dəfə maşınlar
üçün bu cür qurğu düşünüb.
1903-cü ilə qədər
sürücülər yağış
və qar yağanda hər küçənin başında
dayanıb şüşələrini
silmək məcburiyyətində
idilər. Meri Anderson məhz həmin il rezin
ülgücün rəsmini
cızır və maşınlar üçün
şüşəsilən icad edir. Lakin
“sürücülərin diqqətini
dağıdır” bəhanəsi
ilə 10 il
kəşfi üçün
patent ala bilmir. Şüşəsilənlər maşınlar üçün
standart hesab olunduqdan sonra belə Anderson ixtirasından
pul qazanmayıb.
Həmin silginin elektrikli variantını da 1917-ci ildə yenə bir qadın ixtira edib.
Josefina Kokreyn: Tez-tez şənliklər təşkil
edən Kokreyn çini qablarının qulluqçular tərəfindən
sındırılmasından bezir və qabyuyan
maşın hazırlayır.
Onun mis qazan içindəki
təkəri fırladan
mühərrikli maşını
yüksək təzyiqli
su ilə işləyən ilk avtomatik
qabyuyan olub. Həmin dövrdə evlərə
isti su gəlməsə
də, Kokreyn icadını restoranlara və hotellərə sata bilir. Kokreynin əyyaş əri ölümündən sonra
ona böyük məbləğli borclar qoyur. Bu, Josefinanı
1886-cı ildə kəşfini
patentləşdirməyə sövq edir və o, öz zavodunu açır.
Patrisiya
Bas: Avropada yaşayan zənci qadın Patrisiyanın kəşfi
tibb aləmində, xüsusən də cərrahllıqda əsl
inqilab idi. Bu xanım ilk dəfə olaraq katarakta əməliyyatlarında yeni
metoddan - lazer üsulundan istifadə edib və 1988-ci ildə patent alan ilk afro-amerikan qadın həkim olub.
Ann
Tsukamoto: Kök hüceyrəsi
izolyasiyasının patentini
1991-ci ildə alıb.
Həmin ildən bu yana Tsukamotonun işi xərçəng xəstələrinin
qan sistemini anlamaqda böyük rol oynayır və həllinə də yol aça
bilər. O, hazırda
kök hüceyrəsinin
böyüməsi üzrə
başqa bir tədqiqat aparır və yeddidən çox ixtiranın ortaq patentçisidir.
Tabita
Babbitt: O, iki
kişinin mişarı
irəli-geri çəkməklə
necə ağac kəsməyinə uzun müddət tamaşa edir. Bu zaman hər iki kişinin
üzərinə eyni
dərəcədə yük
düşdüyünü görür. Taxta yalnızca
mişar irəli çəkildikdə kəsilirdi,
yəni mişarı geri çəkdikdə taxta ilə heç nə baş vermirdi. Babbitt belə düşünür
ki, bu mişarlar
boşa enerji sərfidir. Beləliklə, 1813-cü ildə yuvarlaq mişar, dairəvi mişar icad edir. Artıq nəsə kəsəndə
ikinci adama ehtiyac qalmırdı.
Bu icad sonradan
meşə sənayesində
istifadə olunsa da, Babbit onun
patentini almır.
Nadejda Kojina: 1873-cü ildə rusiyalı Nadejda Kojina Vyanada keçirilən ümumdünya
sərgisində ət
konservlərinin hazırlanma
üsulunu təqdim edir və buna
görə medalla təltif edilir.
Marion
Donovan: ABŞ-dan olan bu xanım illərdir
bütün uşaqlı
ailələrdə istifadə
olunan, anaların “xilası” sayılan uşaq bezlərini kəşf edib. Donovan 1949-cu ildə uşaqları bişməcə
olmağa qoymayan
“Boaters” adlı bezi kəşf edir. Sonradan icadını daha da təkmilləşdirərək
1961-ci ildə birdəfəlik
uşaq bezləri olan “Pampers”I yaradır.
Mariya Telkes: Macarıstanda doğulmuş biofizik Telkes evlərdə günəş enerjisi ilə isitmə sisteminin ixtiraçısıdır.
1925-ci ildə Amerika vətəndaşlığı alan Telkes
Vestinqhaus elektrik şirkətində mühəndis
kimi işləyib. Fizika sahəsində bir çox uğurlara imza atan Mariya
bu uğurlara görə ölkəsi Macarıstanın sərhədlərini
aşa bilib.
Elis H.
Parker: Mərkəzi isitmə
sisteminin ixtiraçısı
Parker 1919-cu ildə Amerikadan
patent almaq üçün
müraciət edib. Bu sistem sayəsində
binalara istilik verilib.
Marta
Koston: Heç bilirdinizmi bu gün təntənəli günlərdə,
bayramlarda havaya atdığımız, müxtəlif rənglərlə
gözəl görüntü yaradan fişəngləri
qadın icad edib? Bəli, bunun da ixtiraçısı
qadındır - Marta Koston.
Azərbaycan.-2021.- 7 mart.- S.6.