Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini
dünyaya bir daha çatdırdı
Dövlət
başçısının səsləndirdiyi bu həqiqətlər dünya
mediasının gündəmindən düşmür
Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransının fevralın 26-da - Xocalı soyqırımı günündə keçirilməsi təsadüfi deyildi. Dövlət başçısı həmin gün bir daha dünyaya erməni faşizminin Xocalıda törətdiyi soyqırımı barədə geniş məlumat verdi.
Məlumdur ki, ermənilər bu faciəni hər vəchlə gizlətməyə çalışırlar. Bununla yanaşı, fürsət düşdükcə Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşilikləri ermənilərin özlərinə qarşı həyata keçirilən soyqırımı kimi qələmə verməyə də cəhd edirlər. Odur ki, Prezidentin bu soyqırımı barədə verdiyi mötəbər məlumatlar bir daha dünyaya erməni faşizminin iç üzünü açıb göstərdi. Konfrans boyu 30 illik işğala və postmüharibə dövrünə aid bir çox həqiqətlər də çatdırıldı.
Tarixi qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsi ölkəmizə marağı daha da artırıb. Hələ də dünyanın aparıcı kütləvi informasiya vasitələri bu müharibə barədə geniş məlumatlar verir. Hərb, siyasət və diplomatiya üzrə ekspertlər müxtəlif istiqamətlərdə müharibənin gedişini və nəticələrini təhlil edib qiymətləndirirlər.
Prezidentə verilən suallardan aydın olur ki, jurnalistləri maraqlandıran suallar çoxşaxəlidir. Belə
ki, onlar Vətən müharibəsində
qazandığımız qələbə,
işğal nəticəsində
törədilən vandalizm, bərpa-quruculuq işləri, Ermənistanın üçtərəfli
bəyanata əməl
edib-etməyəcəyi, məcburi
köçkünlərin doğma
yurdlarına qayıtması
və s. ilə bağlı suallar səsləndirirdilər.
Kütləvi informasiya
vasitələri nümayəndələri
mətbuat konfransından
öncə işğaldan
azad edilən ərazilərə getmiş və ermənilərin törətdikləri
vəhşiliklərin şahidi
olmuşlar.
Özlərini dünyaya qədim
və mədəni xalq kimi sırımaq
istəyən ermənilərin
törətdikləri dağıntılar
onları heyrətləndirmişdi. Görünür,
ermənilərin illərlə
yalan danışdıqlarına
artıq inanmışdılar.
Həmin ərazilərin
ermənilər tərəfindən
vəhşicəsinə talan
edilməsindən az qala şoka
düşmüşdülər. Onlar bir çox münaqişələri görmüş
jurnalistlər idi.
Ancaq bu cür vandalizmin yəqin heç yerdə şahidi olmamışdılar.
Dövlət başçısı işğaldan
azad edilən ərazilərdə dəhşətli
dağıntıların olmasına
baxmayaraq, orada yenidən geniş bərpa-quruculuq işlərinin
aparılacağını jurnalistlərin
diqqətinə çatdırdı. Bildirdi ki,
bu ərazilərin yenidən bərpası üçün dövlət
tərəfindən böyük
layihələr hazırlanır.
Bunun üçün
bölgədə yeni infrastruktur
qurulur. Füzuli hava limanının tikintisi məsələsinə toxunuldu.
Həmçinin işğaldan azad
olunan ərazilərdə
quruculuq işlərinin
sürətlə həyata
keçirilməsinə ermənilərin
basdırdıqları minaların
mane olduğu vurğulandı.
Bununla belə hava limanında uçuş-enmə
zolaqları və aeroportun fəaliyyətini
təmin edəcək
naviqasiya sistemləri qısa müddətdə
istifadəyə veriləcək.
Bu, beynəlxalq hava limanı olacaq. Onun uçuş-enmə zolaqları ən ağır təyyarələr
də daxil olmaqla bütün növ təyyarələri
qəbul edə biləcək. Eləcə
də Laçın və Zəngilanda yeni
aeroportların tikintisinin
proqnozlaşdırıldığı bildirilirdi.
Əlbəttə, kiçik bir ərazidə üç hava limanının tikilməsi dövlətin
bu bölgəyə verdiyi əhəmiyyətdən
irəli gəlir. Məqsəd
işğaldan azad edilən torpaqların turizm imkanlarından səmərəli
istifadə etmək, yerli əhalinin gediş-gəlişini asanlaşdırmaq,
eyni zamanda bu ərazilərin bərpası üçün
yükdaşımaların səmərəliliyini təmin
etməkdir.
Dövlət başçısı jurnalistlərə tarixi qələbəmizdən sonra
yaranan yeni situasiya barədə də məlumat verdi. Bildirdi
ki, Ermənistanın işğalı üzündən
30 ildən çoxdur
ki, Azərbaycanın Naxçıvan MR ilə quru yol əlaqəsi kəsilmişdi. İmzalanan üçtərəfli bəyanatdan sonra bu nəqliyyat dəhlizi təkcə ölkəmiz üçün
deyil, eləcə də region üçün
böyük əhəmiyyət
qazanıb. Belə ki,
Mehri dəhlizi bərpa edildikdən sonra Azərbaycan, Türkiyə, İran, Rusiya və Gürcüstanın iqtisadi
əməkdaşlığı üçün yeni imkanlar açılacaq.
Mehri dəhlizinin əhəmiyyəti
bununla bitmir. Bu marşrut tezliklə
Asiya ilə Avropa arasındakı yükdaşımalarda özünəməxsus
yer tutacaq. Sözügedən xətt eyni zamanda “Şimal-cənub nəqliyyat dəhlizi”nin vacib bir sahəsinə
çevriləcək. Bu da şimaldan Yaxın Şərqə və Fars körfəzinə
yüklərin daşınması
üçün yeni imkan yaradacaq. Dövlət
başçısı bunları
deməklə həm də dünyaya bir mesaj vermiş
oldu. Yəni münaqişənin həlli təkcə ölkəmiz üçün
deyil, həm də dünya üçün əhəmiyyətli
bir hadisədir.
Prezident İlham Əliyev jurnalistlərin marağını
nəzərə alaraq
işğaldan azad olunan ərazilərə qayıdış və bərpa-quruculuq işləri
barədə də geniş məlumat çatdırdı. Dövlət başçısı bildirdi ki, orada
bərpa-quruculuq işləri
aparılarkən ekologiyanın
bərpasına, həmçinin
ekoloji cəhətdən
təmiz enerjinin istifadəsinə üstünlük
veriləcək. Belə ki,
bölgə bu sahədə böyük potensiala malikdir. Kəlbəcər-Laçın
zonasında külək,
Zəngilan-Cəbrayıl zonasında
isə Günəş
stansiyalarının tikilməsi
“yaşil enerji”dən istifadəyə
imkan yaradacaq. Bununla yanaşı, Laçın,
Qubadlı və Kəlbəcər rayonlarında
çoxlu su elektrik stansiyaları mövcuddur. Onlar ermənilər
tərəfindən dağıdılıb.
Hazırda bu stansiyalarda
bərpa işləri
həyata keçirilir.
Artıq
Qubadlıdakı Güləbird
Su Elektrik Stansiyası
təmir olunaraq istifadəyə verilib.
İşğaldan azad olunan ərazilərdə
yaşayan insanların
əsas məşğuliyyəti
kənd təsərrüfatıdır. Qeyd edək
ki, bu regionun
aqrar potensialı böyükdür. Həmin ərazilərdə
kənd təsərrüfatının
bərpasına xüsusi
diqqət yetirilir.
Artıq
Kənd Təsərrüfatı
Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi
bölgənin bu sahədəki imkanlarını
yeni şəraitə
uyğun araşdıraraq
dövlətə müvafiq
təkliflər verib.
Prezident mətbuat konfransında bildirdi ki, işğaldan
azad olunan torpaqlardan ilk növbədə
kənd təsərrüfatı
sahəsində istifadə
edilməyə başlanıb.
Burada 7
min hektar sahədə
payızlıq buğda
əkilib. Cari ilin yayında işğaldan
sonrakı ilk
taxıl biçini
həyata keçiriləcək.
Prezident
İlham Əliyev jurnalistlərin ən çox maraqlandığı
məsələrdən biri
olan məcburi köçkünlərin doğma
yurdlarına qayıdışı
barədə sualları
cavablandırarkən demişdir:
“Bu barədə mən
artıq demişəm.
Minalardan
təmizləmə prosesi
başa çatdıqdan
sonra və artıq bununla paralel olaraq biz bu işləri başlayırıq. Bu yaxınlarda “ağıllı
kənd” layihəsi artıq gerçəkləşməyə
başlamışdı. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü
Ağalı kəndlərində
bu layihə həyata keçiriləcək.
Mən təlimat vermişəm ki, bu ilin
sonuna qədər layihə tam başa çatsın. Yəni orada
təqribən 1000-ə yaxın
insan yerləşəcək.
Bütün lazımi infrastruktur
qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə
pilot layihələr çox
ola bilər.
Biz indi onun
üzərində işləyirik”.
Rüstəm KAMAL
Azərbaycan.-2021.- 10 mart.- S.1;3.