Bayram günlərində
xüsusilə ehtiyatlı olmalıyıq
COVID-19 pandemiyası bütün dünyada insanlar üçün ciddi çətinliklər yaratmaqda davam edir. Artıq bu təhlükəli virusa yoluxanların ümumi sayı 117 milyona çatıb. Pandemiya ərzində koronavirusdan ölənlərin sayı isə 2,5 milyonu ötüb.
Son günlər ərzində infeksiyaya yoluxanların 45 faizindən çoxu Şimali və Cənubi Amerikada, daha sonra Avropada, Cənub-Şərqi Asiyada qeydə alınıb. Ən çox yoluxma halı yenə də ABŞ, Hindistan, Braziliya və Rusiyada müşahidə olunub.
Keçən həftə Avropada COVID-19-a yoluxma 9 faiz artaraq milyonu keçib. Avropada həm də virusun yeni növü yayılıb. Belə ki, Avropadakı 53 ölkədən 43-də ilk dəfə Böyük Britaniyada aşkarlanan koronavirusun B.1.1.7, 26 ölkəsində Cənubi Afrikada aşkarlanan B.1.351 növü qeydə alınıb, 15 ölkədə isə ilkin olaraq Braziliya və Yaponiyada aşkar edilən P1 növü dövr edir.
Avropada koronavirusa yeni yoluxmaların artması fonunda Ümumdünya Səhiyyə Təşkilatının regional bürosunun rəhbəri Hans Klyuge sayıqlığı itirməməyə və məlum olan bütün tədbirlərə ciddi şəkildə riayət etməyə çağırıb: “Bildiyimiz vasitələrdən istifadə edərək hər yerdə virusun yayılmasını dayandırmalıyıq. Ən ciddi tədbirlərə qayıtmaq lazımdır”.
Həmin tədbirlər virusun yeni növlərinə qarşı yüksək sayıqlıq, genişmiqyaslı testləşmə, yoluxmuş şəxslərin təcrid olunması, kontaktların izlənməsi, karantinə yerləşdirilməsi və müalicə olunması, digər xəstəliklərə daha ciddi diqqət, əhali ilə əlaqə və pandemiya “yorğunluğuna” qarşı mübarizə, tədricən koordinasiyalı, real vəziyyətə əsaslanan məhdudiyyətlərin qaldırılması və vaksinasiyanın sürətləndirilməsidir.
ÜST-ün Avropa bürosunun rəhbərinin qeyd etdiyi kimi, vaksinlər artıq insan həyatını xilas edir. “Risk qrupuna aid insanların xəstəxanalara yerləşdirilməsi və ölüm hallarının səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. COVID-19-a qarşı peyvənd kampaniyasına bölgədəki 45 ölkədə başlanılıb, lakin əhalinin bütün qruplarının peyvənd olunmasına qədər hələ çox vaxt keçəcək”, - deyə Klyuge xəbərdarlıq edib.
Hazırda bir çox ölkələr yenidən qapanma qərarı verir və karantin rejimini sərtləşdirir. Üstəlik, əksər ölkələrdə həm dövlətlərin zəif əlaqələri, həm də maddi vəziyyətinə görə vaksinasiyaya start verilməyib.
Azərbaycanda iki aya yaxındır ki, vaksinasiya prosesi bütün rayonlarda mərhələli şəkildə davam edir. Hazırkı dövrədək ölkəmizdə 411 min 496 nəfər koronavirus infeksiyasına qarşı peyvənd olunub.
Respublikada vaksinasiya prosesi sürətlə davam etdirilir. Lakin yanvar ayından
karantin rejiminin yumşaldılmasından sonra
ictimai aktivlik və insanlar arasında ünsiyyətin
artması son günlər
koronavirusa yoluxma hallarında yenidən müəyyən artıma
səbəb olub.
Belə ki, fevralın əvvəllərində gündəlik
yoluxma ikirəqəmli
saya keçsə də, son günlər yoluxanların sayının
400 nəfəri ötdüyünün
də şahidi olmuşuq.
Yoluxma sayı
yüksəldikcə tibb
sisteminin üzərinə
düşən yük
də artır, həkimlər xəstələrə
lazımi qulluq edə bilmirlər. Nəticədə ağır xəstələrin,
reanimasiyada süni tənəffüs aparatına
bağlı qalanların,
boğularaq ölümlə
həyat arasında mübarizə aparmaq məcburiyyətində olan
insanların və nəticədə ölənlərin
də sayı artır.
Bütün dünyada olduğu
kimi, Azərbaycanda da pandemiyanın başladığı bir
il müddətində
bir neçə dəfə karantin rejiminin sərtləşdirilməsi
və yumşaldılması
qərarları verilib.
Təcrübə göstərir ki,
hər dəfə karantin rejimi yumşaldıldıqdan sonra
yoluxma sayında artımlar müşahidə
edilir. Bunun da bir səbəbi insanlar arasında arxayınlaşmanın
yaranmasıdır. Sosial məsafənin
qorunmaması, tibbi maskadan düzgün istifadə edilməməsi,
gigiyenik qaydalara əməl olunmaması gündəlik statistikada artıma, bu isə öz növbəsində vəziyyətin
kritik həddə çatmasına rəvac verir.
Qarşıdan Novruz bayramının
gəldiyini nəzərə
alsaq, insanların ünsiyyətinin artacağı,
tətildən istifadə
edərək rayonlara üz tutanların sayının çoxalacağı
istisna deyil. Bu da koronavirusun yayılmasının sürətlənməsinə
səbəb ola
bilər.
Xalqımız Novruz bayramını həmişə yüksək
səviyyədə qeyd
edir. Amma bütün dünyada
pandemiyanın bitmədiyini
unutmamalıyıq. Bayram günlərində
çox ehtiyatlı davranmaq lazımdır.
İmkan
daxilində qonaq getməkdən çəkinməliyik.
Qapalı məkanlara çox
üz tutmamalıyıq.
Pandemiya ilə ehtiyatlı və məsuliyyətli olmalıyıq. Əgər bayramdan
sonra sərt karantin dövrünü yaşamaq istəmiriksə,
bu günlərdə əks-epidemik tədbirlərə
riayət etməliyik.
Qaydalara əməl etməsək,
bayramdan sonra çox güman ki, yoluxma daha
da artacaq. Bu da məhdudiyyətləri
yenidən labüd edəcək. Ona görə
də əvvəlcədən
baş verəcəkləri
anlamalı və təhlükənin qapıda
olduğunu unutmamalıyıq.
Növbəti aylar ərzində,
xüsusən insanların
sıx təmasda olduğu Novruz bayramında tibbi maskalardan düzgün istifadə etməklə, sosial məsafə qorumaqla, gigiyena qaydalarına uyğun davranmaq və könüllü vaksinasiya
olunmaqla Azərbaycanda
bir neçə aydan sonra post-pandemiya mərhələsinə
start verə bilərik.
Xəyalə
MURADLI
Azərbaycan.-2021.- 10 mart.- S.1;5.