Yeni Azərbaycan
Partiyasının Sədr müavini - Mərkəzi
Aparatın rəhbəri Tahir Budaqov kollektivə təqdim olunub
Martın 9-da Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov kollektivə təqdim olunub.
Bu barədə AZƏRTAC-a partiyadan məlumat verilib.
Azərbaycan Respublikası Baş
nazirinin müavini, YAP
Sədrinin müavini Əli Əhmədov çıxış edərək
Yeni Azərbaycan Partiyasının martın
5-də keçirilən VII Qurultayında partiyanın
Sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxışından bəhs
edərək, partiyanın
strukturunda da ciddi dəyişikliklərin
olunduğunu diqqətə
çatdırıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi
partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri
Ədalət Vəliyev
çıxışında ölkəmizdə Prezident
İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatların
həyata keçirildiyini
və bu islahatların siyasi sferanı da əhatə etdiyini diqqətə çatdırıb. Ədalət Vəliyevin sözlərinə
görə, Yeni Azərbaycan Partiyasının
VII Qurultayında qəbul
olunmuş qərarlar da bu islahatların
tərkib hissəsi hesab olunmalıdır.
YAP Mərkəzi Aparatının
rəhbəri Tahir Budaqovun fəaliyyətinin
Azərbaycan ictimaiyyətinə
yaxşı tanış
olduğunu deyən Ədalət Vəliyev qeyd edib ki,
Tahir Budaqov uzun illərdir həm siyasi, həm də dövlət orqanlarında
uğurla fəaliyyət
göstərir.
Çıxış edən YAP-ın Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov göstərilən
böyük etimada görə Yeni Azərbaycan Partiyasının
Sədri, Prezident İlham Əliyevə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğrultmağa
çalışacağını, partiyanın qarşısında
dayanan vəzifələrin
uğurla yerinə yetirilməsi üçün
səylərini əsirgəməyəcəyini
vurğulayıb.
Azərbaycan.-2021.-
10 mart.- S.3.